Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4221/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Zakirova Zarınaya qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikahları rəsmi qeyd etdirməklə el adəti ilə ailə qurmuşlar. Birgə nikahdan bir uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah xx.xx.2024-cü il tarixli e- 2(001)-1803/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan da qızı Sibel cavabdehin himayəsində qalmışdır. Cavabdeh ilə onlar Mediasiyada aralarında razılaşdırılaraq barışıq sazişi bağlayaraq onun uşağının saxlanılması üçün hər ay 363 manat aliment ödəmək öhdəliyi götürmüşdür. Həmin vaxt o "xxxx" MMC-də işləmişdir və aylıq əmək haqqım 1450 manat olmuşdur, lakin sonradan işdən azad edilmişdir. Halhazırda işləmədiyi üçün məhkəmə tərəfindən kəsilən alimenti ödəməyə çətinlik çəkir. Cavabdeh Bakı Şəhər Xətai Rayon Məhkəməsinə barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsində ərizəçi Cavabdeh müraciəti xx.xx.2024-cü il tarixli 2(011)-6178/2024 saylı qətnaməsinə əsasən təmin edilərək 363 manat aliment tutulub verilməsi qət olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bu səbəbdəndə cavabdehin 363 manat aliment ödəməyə imkanı çatmır. Hesab edir ki, qızı Sibelin saxlanılması üçün alimentin ödənilməsi atası olaraq ondan və anası olaraq cavabdehdən bərabər olan ödənişlərlə həyata keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar, bu səbəbdən hesab edir ki, həmin məbləğin yarı hissəsi anasının üzərinə düşməlidir. Cavabdeh hal-hazırda "xxxx" MMC-də işləyir və aylıq əmək haqqısı yüksəkdir. O işləmədiyinə görə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6178/2024 saylı qətnaməsinə əsasən ədalətli qərar qəbul edilməyib və hər ay 363 manat olaraq aliment ödəməyə həqiqətən onun maddi imkanı yoxdur.
İddiaçının tələbi:
2. xx.xx.2018-ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılaraq hər ay 246 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
3. Cavabdehin iddia ərizəsinə yazılı etirazı daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında noyabr ayından çalışmadığını, uşaqla görüşə bilmədiyini, uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət etmədyini, faktiki olaraq gəlirinin olmadığını, "tiktoker” olmadığını sadəcə praktika üçün fəaliyyət göstərdiyini, hazırda gəlirinin olmadığını, 246 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş etdiyini bildirmişdir.
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddiaçının “tik-tok” platforması üzərindən psixoloq kimi fəaliyyət göstərdiyini və kifayət qədər yaxşı pul qazandığını, iddiaçının sərbəst iradə ifadəsi nümayiş etdirərək 363 manat aliment məbləği ilə razılaşdığını, lakin daha sonra öhdəliklərini icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, barışıq sazişinin təsdiq edilərək icraya yönləndirildiyini, həmin barışıq sazişinin mübahisələndirilmədiyini, həmçinin məhkəmə qətnaməsindən də şikayət vermədyini, aliment ödəməmək üçün öz ərizəsi ilə işdən çıxdığını, hazırda qeyri-rəsmi çalışaraq pul qazandığını, alimenti ödəməkdən yayınmaq üçün atalığı mübahisələndirərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyini, uşağın atası olması ilə bağlı ekspert rəyi gəldikdən sonra ərizəsini geri götürdüyünü, iddiaçının uşağa ölkə xaricinə çıxarılması üçün icazə vermədiyini, bu səbəbdən Nizami Rayon Məhkəməsinə müraciət etdiklərini, iddia tələblərinin təmin olunduğunu və hazırda məhkəmə qətnaməsinin icraya yönləndirildiyini, iddia ərizəsinin düzgün tərtib edilmədiyini, iddia ərizəsinin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamədən şikayət vermək xarakteri daşıdığını, lakin qətnamədən şikayət verilmədiyini bildirərək iddia tələbinin əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00002 saylı “Barışıq Sazişi”.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1803/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı ilə X6 arasında xx.xx.2016-cı il tarixdə 4315 nömrəli akt qeydi ilə 5 saylı Bakı "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6178/2024 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, X9 kızı və İddiaçı arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli Barışıq Sazişi “4.1. Yəhyayev X8 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək” məzmunda təsdiq edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 tərəfindən verilmiş № 515/2024-MTBŞ saylı ekspert rəyinə əsasən qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X7 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 Saylı Bakı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı (FİN OULBD8A) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
12. Bakı şəhəri 9 saylı Mediasiya təşkilatının MŞB/9/2025-00329 nömrəli xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasda iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, X4 mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı ödəniş etməmişdir.)
13. Disklər.
14. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
27. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
28. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§22)
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§24).
30. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§16). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§18), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6178/2024 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, X9 kızı və İddiaçı arasında bağlanmış 07 yanvar 2024-cü il tarixli Barışıq Sazişi “4.1. Yəhyayev X8 Zarina ilə birgə nikahdan olan övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 yanvar 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Zakirova Zarinaya hər ay 363 (üç yüz altmış üç) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər ayın sonuncu günü ödəniləcək” məzmunda təsdiq edilmişdir. İddiaçı tərəf cavabdehlə bağlanmış Barışıq Saizişini heç bir zaman mübahisələdirməmişdir.
32. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf könüllü olaraq daimi iş, stabil gəliri olan iş yerindən çıxmış, sosial şəbəkə platformasında müəyyən fəaliyyətlə məşğuldur. İddiaçı maddi vəziyyətinin pisləşməsinə istinad etsə də, məhkəmə ölkədə sosial şəbəkə platforması üzərindən real gəlir əldə edilməsi hallarını hamıya bəlli olan hal kimi qiymətləndirir və iddiaçının maddi vəziyyətinin pisləşməsini işin real hallarına uyğun hesab etmir.
33. Eyni zamanda məhkəmə hesab edir ki, uşağın ən üstün maraqlarından çıxış edərək uşağın maddi təminatının hər iki valideyinin iştirakı ilə təmin edilməli, nikahın pozulduqdan sonra uşağın təminatları tərəflərin birgə yaşadıqları dövrə, şəraitə uyğun həyata keçirilməlidir. Dəyişən iqtisadi göstəricilər fonundan uşağın maddi təminatının azaldılması uşağın ən üstün maraqlarına mütənasib deyil.
34. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova