Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-423/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi Cavabdeh ləğv prosessində olan Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosessində olan Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosessində olan Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC ilə iddiaçı arasında 25.11.2013-cü il tarixdə bağlanmış 1458 nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan 25.11.2013-cü il tarixli 1458 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC ilə iddiaçı arasında 25.11.2013-cü il tarixdə 1458 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 27500 manat məbləğində pul krediti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsində yerləşən 7 nömrəli ev 25.11.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 46000 manat ilkin satış qiyməti müəyyən edilməklə girov qoyulmuşdur. İddiaçı müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişini etsə də, sonradan ödəniş edə bilməmişdir. Borcunu ödəyə bilmədiyi üçün Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan borcunun geri ödənilməsini tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilə etibarsız hesab edilməlidir. Sözügüdən kredit müqaviləsində beynəlxalq müqavilə hüququnun “good faith” prinsipi pozulmuşdur. Azərbaycan dilinə tərcümədə “xoş niyyət” kimi ifadə olunan bu prinsipə əsasən, tərəflər müqavilə bağlayarkən bir-biri ilə ədalətli, dürüst və xoş niyyətli olmalıdırlar ki, hər iki tərəf müqavilədən bəhrələnə bilsin. Cavabdeh isə kredit və ipoteka müqavilələri bağlanarkən iddiaçının atasında məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini çox aşağı qiymətlə müəyyən etmişdir. Beləliklə, bunun nəticəsində faktiki dəyəri 80000 manatdan çox olan əmlakın xəmi 49000 manat qiymətləndirilməsi “good faith” beynəlxalq müqavilə prinsipini pozur. Daha sonra, Avropa Şurasının “Müqavilələrdə ədalətsiz şərtlər haqqında” 93/13 saylı göstərişinin 45-ci maddəsində qeyd edilmişdir ki, istehlakçı ilə bağlanılmış müqavilələr aydın şəkildə tərtib olunmalıdır və müvafiq şərtin tətbiq mexanizmi elə dəqiq göstərilməlidir ki, istehlakçı bunu analiz edib, lazımı qaydada qiymətləndirib özü üçün bütün olan bilən iqtisadi nəticələr barədə aydın təsəvvür əldə etsin. Həmçinin Avropa Məhkəməsi bildirir ki, milli məhkəmələr istehlakçıların tələb olunan məlumatları aldıqlarını yoxlamalı və kredit müqaviləsinin danışıqlarında kreditor tərəfindən təqdim olunan materiallarını və məlumatları da nəzərə almalıdırlar. İddiaçı sahə istehlakçı əmlakını girov qoyarkən əmlakının dəyərindən aşağı kreditlə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olmuşdur. İndi isə iddiaçıya məxsus əmlak dəyərindən 50 faiz aşağı giymətlə qiymətləndirilibdir. Bundan başqa iddiaçıya məlum olmuşdur ki, girov qoyduğu əmlak hərracdan alınmadığı təqdirdə onun qiyməti ilkin hərracdan 15 faiz, ikinci hərracdan isə 25 faiz olmaqla dəyərdən düşəcəkdir və bunun nəticəsində bu günə faktiki dəyəri 80000 manat olan fərdi yaşayış evi 31237,50 manat müqabilində cavabdehin balansına keçiriləcəkdir. Odur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu spesifik qanundur və onun bu cür iddiaçının ziyanına ola biləcəyi barədə kredit verən iddiaçıya məlumat verməli idi. Belə ki, kredit götürdüyü zaman girov qoyduğu əmlakın gələcəkdə faktiki dəyərindən 2-3 dəfə az qiymətə satıla biləcəyi qeyd edilsəydi, əqdi təbii ki, bağlamaqla razılaşmayacdı. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış 25.11.2013-cü il tarixli 1458 nömrəli kredit müqaviləsinə əsasən bank İddiaçı 24 ay müddətinə qaytarmaq şərti ilə 27500 manat məbləğində krediti illik 22 faiz tətbiq edilməklə kredit verir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış 25.11.2013-cü il tarixli 1458 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış 25.11.2013-cü il tarixli 1458 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında qeydiyyatının aparılmasını öhdəsinə götürür. İpoteka predmeti tərəflərin razılığı ilə 46000 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mübahisəli kredit müqaviləsindən göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.2-ci maddəsinə əsaəsn şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh ləğv prosessində olan "xxxx" ASC-yə qarşı cavabdehlə 25.11.2013cü il tarixdə bağladığı 1458 nömrəli kredit müqaviləsi, qeyd olunan müqavilənin təminatı olan 25.11.2013-cü il tarixli 1458 saylı ipotek müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qişdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-423/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-423/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver