Məhkəmə qərarları › İş №2(011)-4278/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4278/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4278/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Cavabdeh “Cavabdeh" İstehsalat Birliyi nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyindən 10.000.000 (on milyon) manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-“Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının cinayət əməlləri nəticəsində iddiaçının anası X14, bacısı X15, qardaşı X20 və qardaşının arvadı X7 itirmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” X3 rayonu X21 9 saylı sahəsinin rəisi X18 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində xx xxxxxx 2009-cu il tarixdə ailəmin 4 üzvü zəhərlənərək ölmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə X18 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, hər biri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər. Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 1(001)-196/09 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır.Baş vermiş cinayət hadisəsi nəticəsində 4 nəfər ailə üzvünün həlak olmasından sonra həyatı sönüb, onu böyüdən anası, birlikdə böyüdükləri bacısı və qardaşı və ona bacı kimi olan qardaşının arvadı bir gündə həlak oldular. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş və iddianı qismən qəbul edərək, məhkəmədən iddianın qismən qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(001)-196/09 nömrəli hökmü hökm edilmişdir ki: X18 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; Cəzasını çəkmə müddətinin əvvəli hökm faktiki icraya yönəldildiyi vaxtdan hesablansın; X18 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin; X16 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin;Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; Cəzasını çəkmə müddətinin əvvəli hökm faktiki icraya yönəldildiyi vaxtdan hesablansın; X16 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Həmin Hökmün surətindən həmçinin görünür ki, məhkəmə texniki təhlükəsizlik ekspertizasının 299 saylı, xx xxxxxx 2009-cu il tarixli rəyindən görünür ki, Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsində nəzarətçi-çilingər işləyən X16 öz vəzifə borclarına əsasən mənzilə baxış zamanı abunəçi İ.Balayevin yaşadığı evin dəhlizində əlavə qaz sobasının quraşdırıldığını gördükdə, bu cihazdan istifadə etməsinə qadağa qoymadığına görə tərəfindən “qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.1 3.1,3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış komisyon məhkəm texniki təhlükəsizlik ekspertizasının x xxx 2009-cu il tarixli, 4922 saylı rəyindən görünür ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, abunəçi İ.Balayevin yaşadığı, hadisə baş vermiş ev avadanlıqlarına texniki baxış zamanı Qİİ-nin nəzarətçi-çilingəri Kamal İbrahimovla birlikdə Binəqədi Qİİ-nin 9 saylı sahəsinin rəisi İkram Məhərrəmov da olmuş, lakin onun tərəfindən həm evdə özbaşına, təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırılmış qaz sobalarında istifadə olunmasının qarşısını almaq üçün öz vəzifə təlimatına uyğun olaraq, müvafiq tədbirlər görülməmişdir. Bununla da, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.76, 3.77, 3.79, 3.8, 3.84, 3.102 bəndlərinin və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texnil baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.11 bəndlərinin, həmçinin “Bakı şəhəri Baş İstehsak Qaz idarəsinə tabe olan rayon qaz istismar idarələrinin qaz istismar sahəsi rəisinin vəzil təlimatı”nın tələbləri Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsinin rəisi İkram Məhərrəmov tərəfində pozulmuşdur. Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsinin nəzarətçi çilingəri X13 tərəfindən “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ı 1.3, 1.11, 3.1, 3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 342186 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 342188 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 342186 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan İX-ЖГ seriyalı, 311024 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı İdayət qızı xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, atası X17, anası X8r. İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 123 nömrəli arayışına əsasən xx.xx.1982-ci il təvəllüdlü X2 qəsəbəsi, Xaqani küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. Ailə üzvləri- atası X12 xx.xx.2018-ci ildə vəfat edib, anası X14 xx.xx.2009-cu ildə vəfat edib, qardaşı X19 xx.xx.2009-cu ildə vəfat edib, bacısı X11 xx.xx.2009 - cu ildə vəfat edib. Göründüyü kimi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının qardaşı X10 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşlarının “Cavabdeh” İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və X31 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X31 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 10.000.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 40.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyindən mənəvi zərərə görə 40.000 (qırx min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar