Məhkəmə qərarları › İş №2(011)-429/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-429/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-429/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, birgə nikahdan olan övladları X10, X11 və X9 yetkinlik yaşına çatanadək Cavabdeh hər uşaq üçün 235 manat toplam 705 manat, xəstə övladı üçün də əlavə ödənişin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixində Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin üç övladları dünyaya gəlmişdir. Nikahları 2021-ci ildə pozulmuş, Cavabdeh övladlarına baxacağını bildirdiyi üçün aliment tələb etməmişdir. Lakin 2024-cü il fevral ayından uşaqlarının heç bir ehtiyacı ilə maraqlanmadığı üçün aliment tələb etmək qərarına gəlmişdir. Bildirir ki, ilk övladı anadan olduqda xromozon patologiyalı dünyaya gəlib. Epilepsiya və diyabet xəstəsidir. Onun üçün də əlavə ödəniş tələb edir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdeh X3 alınaraq, Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X8 tərəfindən Cavabdeh qarşı “aliment təyin edilməsi tələbi” ilə Bakı şəhər Xətai Rayon Məhkəməsin müraciət edilmiş və hazırda sözügedən iddia tələbi üzrə 2(011)-7276/2024 №-li iş Bakı şəhəri Xətai Rayon Məhkəməsində icraatındadır. Lakin tərəfindən həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Belə ki, X8 ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bir müddət sonra X8 ilə münasibətləri pisləşmiş və 2021-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaqların cavabdehin yanında saxlanılması onun öz istəyi ilə olmasına baxmayaraq, hazırda cavabdeh uşaqlara baxmayaraq onları nəzarətsiz qoyur və uşaqlarla görüşməyinə maneə olur. Qeyd edilməlidir ki, ailə həyatının ilk günlərindən o, ailənin maddi rifahı, xoşbəxtliyi və səadəti üçün əlindən gələni etmiş və hazırda da övladları üçün bunu edir. Boşandıqları gündən bəri uşaqlarların bütün xərclərini o, qarşılayır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil üçün aylıq 650 (altı yüz əlli manat) AZN kirayə haqqını, gündəlik qida xərcləri üçün hər həftə 220-250 (iki yüz iyirmi manat - iki yüz əlli manat) AZN məbləğində pulu ödəmişdir. Hətta müəyyən vaxtlarda şəxsən özü müxtəlif azuqələr alaraq sözügedən mənzilə aparmış və təhvil vermişdir. Bundan əlavə cavabdeh uşaqları - X10 və X2 Liseyində təhsil alması üçün illik 8500 (səkkiz min beş yüz manat) AZN, 7500 (yeddi min beş yüz manat) AZN olmaqla təhsil haqlarını ödəyir. Göstərilən xərclər ona məxsus bank kartlarından həyata keçirilmişdir. Xüsusilə qeyd edilməlidir ki, qızı X10 zəif inkişaf etmiş uşaqdır və epilepsiya, şəkərli diabet xəstəsidir. Məhz onun xəstəlikləri ilə əlaqədar müxtəlif dərman vasitələrinin alınması üçün bütün xərcləri çəkmiş və çəkməkdədir. Məhz bu hallar 2(011)-7276/2024 №-li iş üzrə iddiaçı X4 iddia ərizəsində göstərdiyi “2024-cü ilin fevralından uşaqlarının heç bir ehtiyacı ilə maraqlanmadığı” faktının əsassızlığını sübut edir. Lakin cavabdeh bütün bu xərcləri qarşılasa da cavabdeh bundan sui- istifadə etməyə başlamışdır. Belə ki, cavabdeh aylıq 650 AZN kirayə haqqını ödədiyi mənzili ticarət məqsədli obyekt kimi istifadə etməyə başlamışdır. Övladları ilə hər zəng danışığı zamanı mətbəxdə olduqlarını və cavabdehin onlara "buranı hər kəs ofis kimi bilir, buna görə də səsinizi çıxarmayın!" deyərək səssiz olmalarını tapşırdığını bildirmişdirlər. Məhz cavabdehin sözügedən mənzildən ticarət obyekti kimi istifadə etməsi səbəbindən uşaqları saatlarla kiçik mətbəx otağında oturmağa məcbur qalmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixində uşaqlarına baş çəkmək, onlarla görüşmək üçün cavabdehin uşaqlarla yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə getmişəm. Lakin qapını mənzilin qapısını cavabdeh deyil, Əminə adlı qadın açmış və uşaqlara onun baxdığını, X4 iki gün əvvəl Türkiyəyə getdiyini bildirmişdir. Qeyd etməliyəm ki, bu hal xx.xx.2024-cü il tarixli, Rəhimli Əminə tərəfindən imzalanmış Akt'la öz təsdiqini tapmışdır. Yenidən bildirilir ki, qızı, X10 zəif inkişaf etmiş uşaqdır və epilepsiya, şəkərli diabet xəstəsidir. Həmçinin oğlu X9 7 yaşındadır və bu yaşda uşaqları nəzarətsiz qoymaq qətiyyən yolverilməzdir. Cavabdeh uşaqlarla bağlı öz məsuliyyətini unutmuş və onlara qarşı laqeyd davranmışdır. Hələ bu azmış kimi X8 heç bir əsas olmadan cavabdehi uşaqları ilə görüşməyinə, ünsiyyətdə olmağına mane olur. Göründüyü kimi, uşaqlarının rifahı və yaxşı yaşaması üçün əlindən gələn hər şeyi etmişdir. Həmişə cəmiyyətdə, qohum və qonşular arasında hörmət və nüfuz sahibi olmuşdur. Cavabdehə və uşaqlarına qarşı onları döymək, söymək, incitmək, bezdirmək kimi narahatlıqlar yaşatmamışdır. Hətta cavabdehə, onun ailəsinə daim hörmətlə, qayğıyla yanaşmışdır. Yuxarıda qeyd etdiyimiz faktlardan da göründüyü kimi, uşaqların da cavabdehin yanında saxlanılması yolverilməzdir. Hesab edir ki, uşaqların cavabdeh X4 himayəsində saxlanılması uşaqların sağlam və təhlükəsiz həyatı üçün ciddi riskdir və övladlarının cəmiyyətdə müstəqil şəxsiyyət kimi formalaşması baxmından da təhlükə yaradır. Tərəflərin izahatları İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, uşaqların saxlanması üçün cavabdehdən alimentin təyin edilməsini xahiş etmiş, Cavabdeh uşaqları ilə ünsiyyətdə olmasına mane yaratmadığını, uşağa sadəcə uşaqların gecə onda qalmaqları ilə razı olmadığını bildirərək, qarşılıqlı iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, xəstə övladına görə aylıq 500 manata yaxın xərcinin çıxdığını bildirmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia tələbləri ilə qismən qəbul edərək, aliment tələbi ilə razılaşdığını, əlavə xərclər ilə bağlı iddia tələbinin təmin edilib-edilməməsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Qarşılıqlı iddia tələblərini isə müdafiə edərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşlar. xx.xx.2024-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/16/2024-00883 saylı arayışın surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/14/2024-00456` saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq və poçt xərci ödəmişdir. İş üzrə verilmiş Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2024-cü il tarixli 5-11/2-1852/2024 saylı rəyindən görünür ki, komissiya uşaqların bir-birlərindən ayrı salınmasının yolverilməz olduğu və yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X5 fikirləri nəzərə alınaraq onların, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında saxlanılması məqsədə uyğun hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(011)-1331/2024 saylı qərardadından görünür ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat pul vəsaiti məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır, əmək haqqı 2000 manat təşkil edir. O, həmçinin "xxxx" MMC-də şöbə müdiri vəzifəsində çalışır, əmək haqqı 292 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı icraçı direktor vəzifəsində çalışır, aylıq əmək haqqı 345 manat təşkil edir, işəgötürən isə X6r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşıdırıb hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları faktiki vəziyyətə və qəyyumluq və himayəçilik komissiyasının rəyinə uyğun olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin yanında qalmalıdırlar. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair razılığını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli (400x0.58=232 manat) həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Məhkəmə eyni zamanda ilkin iddia tələbinin “xx.xx.2010-cu il təvəllüdlü X7 xəstəliyinə görə cavabdehdən hər ay əlavə ödənişin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak etmiş hər iki valideyn Əsra Həsənzadənin epilepsiya və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Bu hal işdə iştirak edənlər tərəfindən mübahisə edilməmişdir. Əsra Həsənzadənin müalicəsi ilə bağlı aylıq olaraq nə qədər xərc çəkildiyini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, məhkəmə uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, aylıq 200 manat məbləğində pul vəsaiti Əsra Həsənzadənin yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə cavabdehdən alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(011)- 1331/2024 saylı qərardadından görünür ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat pul vəsaiti məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibət olaraq bildirir ki, hazırkı məhkəmə araşdırmasında uşaqların ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə iclaslarında cavabdehin izahatından və qarşılıqlı iddia tələblərindən görünür ki, cavabdeh iddiaçının işlədiyini əsas gətirərək, uşaqların nəzarətsiz qalmasına görə himayəsinə verilməsini tələb etmişdir. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Cavabdeh ikinci həyat yoldaşı və ikinci həyat yoldaşının ilk nikahından olan övladı ilə birlikdə yaşayır. Bu məqamda məhkəmə qeyd edir ki, uşaqların kimin yanında qalması müəyyən edilərkən, uşaqların bir-birinə bağlılığı, bacı və qardaşın bir-birindən ayrılmaması, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar olmaqla eyni valideynə verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə xidmət edir. Buna görə də məhkəmə uşaqların artıq vərdiş etdikləri şəraiti tərk edərək, atanın himayəsinə verilməsini əsaslı hesab etmir. Odur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların atanın himayəsinə verilməsi barədə qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 müalicə xərclərinə görə 18 yaşı tamam olanadək, yəni xx.xx.2028-ci il tarixədək Cavabdeh hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar