Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4323/2020 12.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor məhkəmə əmri çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə ünvan 1 Yat. ünvanında qeydiyyatda olan Borclu Konstantiovnadan 2066 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2086 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h:AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə, baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələb borclu L.Konstantinovnadan xx.xx.2019-cu il tarixli müqavilələri üzrə 2066 manat əsas borcun və s. alınaraq Kreditor MMC-yə ödənilməsi barədədir, mübahisə məişət avadanlıqlarının alqı-satqısı barədədir, müqavilə tarixi kimi xx xxxxxxxx 2019-cu il qeyd edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilədən görünür ki, alıcı qalıq məbləği 18 ay müddətində, müxtəlif müqavilələr üzrə müvafiq olaraq 69 manat və 48 manat olmaqla şirkətə ödəməyi öhdəsinə götürmüş, müqavilənin qüvvəyə minməsi isə onun imzalandığı andandır, qüvvədə olması isə tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin qüvvəyə minməsi tarixi onun imzalandığı tarixlə müəyyən olunması barədə razılıq olsa da, müqavilənin hansı tarixdə imzalanması və müqavilənin icrası vaxtının bitməsi tarixinin iş materiallarından görünməməsi, həmçinin qalıq məbləğinin 18 ay müddətində ödənilməsi və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirilənədək qüvvədə olması barədə tərəflər arasında mövcud müqavilə şərtləri, tələbin aşkar və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin xx.xx.1955-ci ildə ünvan 1 Yat. Ünvanında qeydiyyatda olan Borclu Konstantiovnadan 2066 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2086 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************,H/h:AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4323/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4323/2020
12.08.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver