Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4368/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X24 Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə görə 700.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.12.2018-ci il tarixdə saat 20:30 radələrində oğlu Sənan bacısı oğlu Əlidən test kitabı almaq üçün onlara getmişdir. Bacısı onlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmış, həmin vaxt Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Uşaqlar orada oynayarkən çox güclü partlayış olmuşdur. Tələsik evdən çıxıb Günelgilin evinə gəlmiş və həyətə girən kimi Sənanın paltarları yanmış vəziyyətdə həyət qapısına tərəf gəldiyini görmüşdür. Evə çatanda Əlinin yana-yana talvarın altında olduğunu görmüş, əynindəki yanan paltarları çıxarmış, evə girdikdə isə Günelin Məhəmmədi qucağında çölə çıxardığını görmüşdür. Baş vermiş hadisə barədə həm təcili yardıma, həm də yanğın söndürənlərə məlumat vermişdir. Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı və müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparmışlar. Uşaqların yanıq xəsarətləri ciddi olmuş və həkimlər ilk gündən yaşamaq imkanlarının zəif olduğunu bildirmişlər. Göstərilən bütün tibbi yardımlara baxayaraq Əli 10.12.2018-ci il tarixdə, Məhəmməd 14.12.2018-ci il tarixdə, Sənan isə 16.12.2018-ci il tarixdə ölmüşdür. Qaz sızması bacısı Günelin evinin qarşısında açıq aydın göründüyü üçün bu barədə mərhum Əli 27.11.2018-ci il və 05.12.2018-ci il tarixlərində, o özü isə 08.12.2018-ci il tarixdə 104 qaynar xəttə zəng vurmuşdur. Lakin heç bir nəticəsi olmamış, 05.12.2018-ci il tarixdə sonradan adını bildiyi Məhəmməd Nuruyev adlı şəxs gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. Cavabdeh əməkdaşları X2 Regional Qhz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin, X1 X27 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X23ma məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08.12.2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X11, X4 və X21 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı rayon məhkəməsinin 1(050)-55/2019 saylı, 03.10.2019-cu il tarixli hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2,-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirlər. Hökm qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlunun və azyaşlı bacısı uşaqlarının faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh nümayəndəsi X15 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, analoji işlərdə iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nətcəsində dəymiş maddi ziyan təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq mülki hüquq pozuntusunun təsdiq olunması faktının müəyyən olunması, başqa sözlə iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının oğlunun və bacısı uşaqlarının arzuolunmaz hadisə nəticəsində həyatlarını itirmələrinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işi üzrə təqsirləndirilən şəxslər müvafiq hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X33 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan əlavə maddi zərərin təminində zərərçəkənin şəxsiyyəti zərərin hesablanmasına təsir etməsə də, mənəvi zərərin müəyyən edilməsində əsas meyar hesab edilir. Zərərçəkənlə əlaqəli meyarları, xüsusən hissetmə qabiliyyətini, sosial vəziyyətini, həyat tərzi və vərdişlərini, iqtisadi vəziyyətini və birgə məsuliyyət olmaq üzrə digər xüsusiyyətlərini qeyd edə bilər. Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi artıq onu deməyə əsas verir ki, iddiaçının pozulmuş hüquqları artıq bərpa olunub. Bu baxımdan, cavabdehdən mənəvi zərərə görə 700.000 manat yüksək məbləğdə pulun tutulması ağlabatan və ədalətli kompensasiya hesab edilə bilməz. Ümumiyyətlə mənəvi təzminatın miqdarı təqsirkarın törətdiyi əmələ görə işəgötürənin iqtisadi cəhətdən məhvinə səbəb olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə çox şişirdilmiş bir məbləğin verilməsi şəxsdə fəlakəti arzulamaq kimi bir vəziyyət yaratmaqla yanaşı, eyni zamanda haqsız qazanc əldə etməsinə də şərait yaradacaqdır. Bir məsələni də vurğulamaq xüsusilə lazımdır ki, mənəvi ziyanın əvəzinin ödənilməsi cəza xarakteri daşımamalı, bu tədbir yalnız pozulmuş hüquqların bərpa edilməsi və belə pozuntunun nəticələrinin aradan qadirilməsi məqsədi daşımalıdır. Mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-cı il tarixli Qərarına əsasən, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03.10.2019-cu il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs X2 X27 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, təqsirləndirilən şəxs X1 X27 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X17 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08.12.2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X11, X4 və X21 ölümünə səbəb olan səhlənkarlıq etmişdirlər. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2,-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17.02.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət 17.02.2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20.10.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının oğlunun və onun bacısının oğullarının ağır xəsarət alması və ölməsi Cavabdeh Lənkəran X27 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləyən X12, Lənkəran X27 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyən X8 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı baş vermiş hadisədə oğlu X16, bacısı uşaqları X5 və X22 itirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh işçiləri X12 və X8 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin həcmi 50.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev