Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4384/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı 24 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Cavabdeh hər ay iddiaçının xeyrinə ödənilməsi üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin indeksasiyasına uyğun olaraq sabit pul məbləğində (246 manat) alimentin müəyyən edilməsi və mediasiya prosesinə çəkilən xərcin (60 manat məbləğin) Cavabdeh iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli, 2(007)-1629/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında 25 dekabr 2005-ci il tarixdə “Səadət” Sarayıda - Bakı Nikah evi) 4032 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 ananın himayəsində qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 17 oktyabr 2006-cı il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmış şəxsdir. Lakin digər yetkinlik yaşına çatmamış övladı X1 üçün qeyd olunan məbləğ kifayət etmir. Övladının təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur və bu xərclər yalnız onun vəsaitləri hesabına həyata keçirilir. Yetkinlik yaşına çatmamış övladı böyüdükcə onların saxlanılması üçün əlavə məsrəflər meydana gəlir ki, yuxarıda qeyd olunan Cavabdeh qazancının və başqa gəlirinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment bu xərcləri ödəmir. 24 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Cavabdeh hər ay iddiaçının xeyrinə ödənilməsi üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin indeksasiyasına uyğun olaraq sabit pul məbləğində aliment qanunvericiliyə uyğun olaraq tutulmalıdır. Bundan başqa o da qeyd olunmalıdır ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf mediasiya prosesində iştirak etməmiş, mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1629/2014 saylı, 04 avqust 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə Məmmədova (Kərimova) Nərgiz Əli qızı arasında 25 dekabr 2005-ci il tarixdə “Səadət” Sarayında (Bakı Nikah evi) 4032 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 17 oktyabr 2006-cı il təvəllüdlü X2 və 24 oktyabr 2009-cu il təvəllüdlü X4 anaları X3 yanında qalmaları, 17 oktyabr 2006-cı il təvəllüdlü X2 və 24 oktyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, İddiaçı ümumi təhsil məktəbində musiqi müəlliməsi vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği 1039,88 manat təşkil edir, Cavabdeh iş yeri barədə məlumatlar yoxdur. Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/11/2025-00293 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışına görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində xərci və 10 manat məbləğində kargüzarlıq xərclərini İddiaçı ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Tərəflərin birgə uşaqlarının saxlanılması üçün alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi çıxarılan zaman məhkəmə cavabdehdən tutulmalı olan alimenti onun əmək haqqı və gəlirlərinin hissəsi kimi müəyyən etmişdir. Lakin, hal-hazırda iddiaçı tutulan aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığına istinad edərək birgə uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimenti ödəyən tərəfin maddi imkanları ilə uşağa ödənilən alimentin miqdarının mütənasibliyinin və uşağın maddi təminatının stabil olaraq ödənilməsinin təmin edilməsi məqsədi ilə uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 246 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən uşaq üçün təyin edilmiş alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq müəyyən edilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1629/2014 saylı, 04 avqust 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün aliment tutulduğuna görə hazırkı alimentin tutulma müddəti iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə iddianın 60 manat məbləğində mediasiya xərcinin tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 60 manat məbləğində mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2952 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)-1629/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2025-ci il tarixdən hesablanılmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin növbəti artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,61 (sıfır tam yüzdə altmış bir) misli miqdarında aliment tutulsun. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4384/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4384/2025
23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver