Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-443/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı - 4012 manat sığorta ödənişi məbləğinin və 60,12 manat dövlət rüsumunun, cəmi 4072,12 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Parlament prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Skoda Yetı” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4012 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 046-33711 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin Cavabdehma hadisəyə dair Bakı şəhər BPİ DYPl-yə verdiyi izahatda “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili ər-arvadın birgə mülkiyyət hüququna əsasən idarə etdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeyd hissəsinə əsasən “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Cəmiyyətə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən göründüyü kimi “Volkswagen Touareg” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Cavabdeh isə “Volkswagen Touareg” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Odur ki, yol-nəliyyal hadisəsinin baş verdiyi vaxt Cavabdeh “Volkswagen Touareg” markalı. ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə mülki iş üzrə cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Skoda Yetı” markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4012 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, X2 məxsus “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin hadisəyə dair raport vərəqəsinin surətindən görünür ki, sığorta hadisəsi barədə ASC-nə məlumat verən şəxs qismində Tofiq Tağıyev göstərilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixində Tovuz rayon VVADQ şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan AB N*722920 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx.xx.2012-ci il tarixdən X1r. İş materiallarında olan AF 020441 saylı Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh avtomobil idarəetmə hüququ vardır. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh həyat yoldaşıdır. Yol nəqliyyat hadisəsi baş verən zaman o, cavabdehlə eyni avtomobildə olmuş və sığorta şirkətinə özü zəng etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Belə ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh avtomobilin mülkiyyətçisi Tofiq Tağıyevlə nikahda olmuş, həmçinin sözügedən avtomobil birgə onların birgə nikah dövründə Tofiq Tağıyevin adına əldə edilmişdir. Göründüyü kimi, cavabdeh Nurlana Mənsiyeva avtomobili idarə edərkən avtomobilin qanuni sahib olmaqla, həmçinin avtomobili idarə etmə hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda cavabdeh sözügedən avtomobili ümumi birgə mülkiyyətin digər iştirakçısı sayılan əri Tofiq Tağıyevin razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Bu hal iş materialları və sonuncunun ifadəsində öz təsdiqini tapmışdır. Bundan başqa, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. (Ali Məhkəmənin 2020-ci il 4 nömrəli bülleteni səh – 20) Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 60,12 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 60,12 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı - 4012 manat sığorta ödənişi məbləğinin və 60,12 manat dövlət rüsumunun, cəmi 4072,12 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-443/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-443/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver