Məhkəmə qərarları › İş №2(011)-4469/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4469/2022

22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4469/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh Zaid qızının iştirakı ilə İddiaçı Cavabdeh Zaid qızına qarşı “alimentin tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh Zaid qızına qarşı – X10 ilə nikahlarından olan övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən keçmiş qayınanası Cavabdeh hər ay hər uşaq üçün 193 manat, ümumilikdə isə 386 manat tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixində X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2 övladları, xx.xx.2014- cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-805/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının X10 ilə Xətai Rayon Qeydiyyat Şöbəsində 1574 nömrə ilə qeydiyyata alınmış nikahları pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 14879/2016 nömrəli qətnaməsinə əsasən, X7 və X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(008)-3150/2018 nömrəli qətnaməsinə əsasən, həmin alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində müəyyənləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2661/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən isə alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat, iki uşaq üçün isə 350 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Artıq 3 ildən çoxdur ki, borclu X10 tərəfindən aliment ödənilmir. İddiaçı cavabdehin qət edilən aliment məbləğini ödəmədiyini bildirir. Cavabdeh barəsində dəfələrlə müraciətlər ünvanlamasına, inzibati həbs tətbiq olunmasına baxmayaraq, yenə də vətəndaş kimi qanun qarşısında, ata kimi övladları qarşısında öz məsuliyyətini yerinə yetirmir. İddiaçı bununla bağlı Azərbaycan Respublikasının Ombudsmanına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Xətai Rayon İcra və Probasiya Şöbəsinin rəisinə və icra məmuruna dəfələrlə müraciətlər ünvanlamışdır. X2 cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər görülməsi üçün Xətai Rayon İcra və Probasiya Şöbəsinə nümayəndəsi vasitəsilə müraciət edilmişdir. X4 qərəzli şəkildə yenə də borcu ödəməkdən yayınır. İddiaçı qeyd edir ki, bank çıxarışlarından görünür ki, keçmiş qayınanası Cavabdeh Zaid qızı bir neçə dəfə X8 əvəzindən aliment ödəmişdir. İddiaçı uşaqların böyüməsi, məsrəflərinin çoxalması və başqa səbəblərdən ötrü uşaqların tələbatlarını maddi tərəfdən çatdırmaqda çətinlik çəkir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məluamat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh Zaid qızı məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaya baxılmasını və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə X8 birgə nikahlarından uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3150/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün alimentin miqdarı dəyişdirilərək X6 İddiaçı xeyrinə hər ay hər uşaq üçün 154 manat, ümumilikdə 308 manat aliment tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ilə X8 uşaqları - xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün zəruri olan vəsait uşaqların atası Elnur Allahverdiyevdən tutulmuşdur. Hazırda iddiaçı tutulan vəsaitin ataları X10 tərəfindən ödənilmədiyindən, iddiaçı məhkəməyə uşaqların nənəsindən alimentin tutulması barədə tələblə müraciət etmişdir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan nəvələr o, halda baba və nənədən aliment almaq hüququna malikdirlər ki, ilk növbədə onlar öz valideynlərindən maddi yardım ala bilməsinlər, ikinci növbədə isə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. İşin materiallarından və iddiaçının verdiyi izahatdan görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları, yəni İddiaçı yanında qalırlar. Göründüyü kimi, uşaqların saxlanması üçün atalarından alimentin tutulmasına dair məhkəmə qətnaməsi var, həmçinin uşaqların anasının onları saxlaması üçün lazım olan maddi yardımı ala bilməməsi halı da iş materialları ilə müəyyən olunmur. Bundan başqa, Cavabdeh Zaid qızının hazırda aliment ödəmək üçün həqiqətən də zəruri vəsaitə malik olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Republikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göstərilən qanunvericilik aktı normalarına və işin hallarına əsasən uşaqların saxlanması vəzifəsi ilk olaraq onların valideynlərinin üzərinə qoyulduğundan, həmçinin uşaqların atasından aliment tutulduğundan, uşaqların nənəsinin isə aliment verməsinə dair maddi imkana malik olması iş materialları ilə sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Zaid qızına qarşı – cavabdehdən nəvələri xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar