Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4471/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X4, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və sair” tələblərinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə miivafıq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə edərək qeyd etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımı dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədi üzrə tərəflərin şikayət vermək hüquqularını müəyyən etdiyindən hesab edirəm ki, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasın istisna etmişdir. Burada inzibati və ya mülki iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə iddia icraatı qaydasında deyil, məhkəmə aktlarının icrası ilə bağlı müraciətlər qaydasında baxılmalıdır. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-163/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən tərəflər arasında barışıq sazişi təsdiq edilmiş, iddiaçı X1 cavabdehlər Cavabdeh və X3 qarşı “uşaq və aliment” tələbinə dair iddiası və iddiaçı Cavabdeh X2 qarşı “övladlarının onun himayəsində saxlanılması və onun evində yaşamaları” tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda Əsgərova (Orucova) Aynur Nurağa qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd edilmiş barışıq sazişinin, habelə onu təsdiq edən Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktın ləğv edilməsini, həmçinin uşaqların onun himayəsinə verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-5917/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin yenidən icra üçün göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı qeyd edilmiş məhkəmə aktlarının icrası qaydasında həmin qərarları qəbul etmiş Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən iddia ərizəsində irəli sürülmüş tələblər iddia icraatı qaydasında deyil, qüvvədə olan qətnamənin və qərardadın icrası qaydasında həll olunmalı olduğundan, eyni zamanda barışıq sazişinin ləğv edilməsi səlahiyyəti həmin sazişi təsdiq etmiş məhkəməyə aid olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və sair” tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4471/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4471/2022
17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver