Məhkəmə qərarları › İş №2(102)-4505/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4505/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4505/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4505/2023 (Açar sözlər: uşaq tələbi, uşağın atanın himayəsində saxlanılması və aliment öhdəliyinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaq tələbi, uşağın atanın himayəsində saxlanılması və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1127/202 3 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh 06 iyun 2010-cu il tarixdə faktiki ailə quraraq, nikahlarını 07 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahdan 27 mart 2012-ci il tarixdə qızları Xədicə doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 27 mart 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Çobanova (Hüseynova) Nərmin Nizami qızına verilməsi qət edilmişdir.

2. Cəlilabad Rayon Məh kəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış 07 mart 2011-ci il tarixli nikah qeydi pozulmuş və 27 mart 2012-ci il tarixdə anadan olmuş X6 anası Çobanova (Hüseynova) Nərmin Nizami qızının yanında qalması qət edilmişdir. 3. 29 aprel 2022-ci il tarixdə atası İddiaçı ilə növbəti görüşdən sonra Xədicə faktiki olaraq atanın yanında qalır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh X7 qarşı “uşaq tələbi, uşağın atanın himayəsində saxlanılması və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 27 mart 2012-ci il təvəllüdlü X6 onun himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X1 Həsənova kimi yazılmasını da məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun müddət ailə kimi mehriban yaşasalar da, sonradan aralarında olan narazılığa görə ailə münasibətləri pozulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqları Xədicənin anasının yanında yaşaması müəyyən edilmişdir. Lakin Xədicə 2022-ci ilin aprel ayından keçmiş arvadı Nərminin nalayiq hərəkətlərinə görə könüllü olaraq anasından ayrılaraq onunla (ata ilə) birlikdə yaşayır. Həmin vaxtdan həmişə uşağının qayğısına qalmış və bir valideyn kim i uşağının yaxşı yaşaması üçün əlindən gələni etmişdir. Cavabdeh isə uşağına qarşı biganə olmuş və uşağının qayğısına qalmamışdır. Uşaq onun yanında yaşadığı bu müddət ərzində həyatından və onun uşağa olan qayğısından məmnundur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatında Xədicə anası ilə qarşılaşmamaq üçün qəti olaraq getmək istəməmişdir və ona bunu məcbur edə bilməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, Xədicə mütəmadi olaraq atası ilə görüşüb ünsiyyətdə olmuş, həmçinin müəyyən müddətlərdə atası ilə qalmışdır. Lakin Xədicə 2022-ci ilin aprel ayının axırlarında həmişə olduğu kimi atası İddiaçıla görüşməyə getmiş və bundan sonra atası ilə birlikdə qalmışdır. O, həmişə qızı Xədicəyə yaxşı baxmış v ə bir valideyn kimi onun qayğısına qalmışdır. Lakin keçmiş əri, hazırki iş üzrə İddiaçı qızı Xədicəyə təsir göstərərək onunla qalmasına imkan vermir. Bu səbəbdən də o, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X5 və pedaqoq X2 iştirakları ilə uşağın fikri dinlənilmiş, 27 mart 2012-ci il təvəllüdlü X12 bildirmişdir ki, 11 yaşı olmaqla 5-ci sinifdə oxuyur. Valideynləri uzun müddətdir ki, ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra o, anasının yanında qalmışdır. Hər il məktəb tətillərdə gedib atası ilə bir neçə müddət qalmışdır. Lakin sonuncu dəfə 29 aprel 2022-ci il tarixdə atası ilə qalmağa getmiş və anasın a qayıtmaq istəməməsinin səbəbini nənəsinə bildirmişdir. Buna səbəb anasının ona qarşı etdiyi hərəkət və davranışlarından əzab çəkməsi olmuşdur. Hazırda atası ilə birlikdə yaşayır, nəinki anasının yanında yaşamaq istəyir, hətta anasının bəzi hərəkətlərinə görə onu görmək belə istəmir. Ekspertiza tədqiqatına anasını görmək istəmədiyi üçün getməmiş və bundan sonra da getməyəcəkdir.

9. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdehin mənzil-yaşayış şəraiti və gəlirləri araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Cəlilabad rayonu Günəşli kəndində atasına məxsus evdə yaşayır. Evin bütün kommunal şəraiti var. İddiaçı Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbdə texnalogiya müəllimi işləyir və ayda 575 manat əmək haqqı alır. X3 təqaüdçüdür, ayda 500 manat təqaüd alır, anası X14 da təqaüdçüdür, ayda 325 manat təqaüd alır. Cavabdeh Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 205, mənzil 11-də bina evində kirayədə yaşayır və evin bütün kommunal şəraiti vardır. Cavabdeh “Nuranə” tibb mərkəzində işləyir və ayda 345 manat əmək haqqı alır. Yetkinlik yaşına çatmayan 27 mart 2012-ci il təvəllüdlü X12 atası İddiaçıla birlikdə yaşayır və Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbinin 5-ci sinifində oxuyur. Komissiyada yetkinlik yaşına çatmayan Xədicə Çobanova ilə söhbət aparılmışdır. O, söhbət zamanı atası İddiaçı ona daha yaxşı baxdığını və bundan sonra da atası ilə birlikdə qalmaq istədiyini bildirmişdir. Ona görə də uşağın atasının yanında yaşaması məqsədəmüvafiqdir.

10. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1554/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli, qərardadı ilə (hakim Elxan Əmirəliyev) məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli, 11/542 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində 27 mart 2012-ci il təvəllüdlü X6 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Cavabdeh psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında normadan kənara çıxma halları müəyyən olunmur. İddiaçı məhkəmə-psixoloji müayinəyə təqdim edilmədi yindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. 27 mart 2012-ci il təvəllüdlü X12 məhkəmə psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir.

11. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-59/2023 nömrəli, 16 mart 2023-cü il tarixli, qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X6 İddiaçı himayəsində yaşaması müəyyən olunmuş, İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2814/2018 nömrəli, 19 noyabr 2018-ci il tarixli qətnaməsi üzrə 27 mart 2012-ci il təvəllüdlü X9 münasibətdə alimentin ödənilməsi öhdəliyinə xitam verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğund an təmin edilməlidir. Belə ki, X11 anasına verilməsi əsəb sarsıntısına və digər mənfi nəticələrə səbəb ola bilər. Çünki uşaq anasını yad bir insan kimi qəbul edəcək. Bu isə X11 hüquqlarının əhəmiyyətli pozuntusuna gətirib çıxaracqdır, halbuki uşağın hüquqlarının müdafiəsi valideynlərinin hüquqlarının müdafiəsinə münasibətdə daha üstündür. X11 öyrəşdiyi həyat şəraitinin dəyişdirilməsi də göstərilən nəticələrə səbəb ola bilər. Halbuki uşağın yaşayış səviyyəsi valideynlərdən birinin istəyi ilə pisləşdirilə bilməz. Məhkəmə hesab etmişdir ki, X11 atası İddiaçı yanında yaşaması üçün daha yaxşı və əlverişli şərait vardır.

13. Lakin, buna baxmayaraq, məhkəmə onun da nəzərə almışdır ki, uşağın atasında qalması onun anası olan Cavabdeh ilə görüşməsinə məhdudiyyət kimi başa düşülə bilməz. Cavabdeh gə ləcəkdə uşağı ilə görüşməyin şərtləri və qaydaları ilə bağlı məhkəməyə müraciət hüququna malikdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1, 20.2, 22.2.1, 52, 60.4, 61.3, 75.4, 76.1.3 və 100.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 117.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1 və 18-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı müəllim işlədiyi və yüksək əmək haqqı aldığı üçün ondan tutulan alimentin miqdarı da çox olmuşdur. Bunu qəbul edə bilmədiyi üçün iddiaçı uşağın ondan alınması üçün hər yola baş vurmuşdur. O, bir ana kimi uşağın atası ilə ünsiyyətdə olmasına heç vaxt etiraz etməmşdir. Xədicə mütəmadi olaraq atası ilə görüşmüşdür. Bundan istifadə edən iddiaçı uşaqla ünsiyyətdə olan zaman hər dəfə onun barəsində yalan xarakterli məlumatlar verməklə onu uşağın gözündən salmışdır. Sonuncu məhkəmə iclasında məhkəmə psixoloji ekspertizasının təyin edilməsi və uşağın da həmin ekspertizadan keçirilməsi barədə vəsatət versə də vəsatəti təmin edilməmişdir. Qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi onun iddiaçı tərəfindən pozulmuş valideynlik hüq uqlarını bərpa etməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutları nəzərə almamış, qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1127/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Samir Həsənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-59/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı 27 mart 2012-ci il təvəllüdlü X6 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsi barədə iddiası rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış iş üzrə düzgün nəticəyə gəlinməmişdir.

19. Məhkəmə kollegiyası, göstərilən hallar arasında ataya üstünlük verəcək, azyaşlı uşağı anadan ayırmağa haqq qazandıracaq müstəsna şəraitə rast gəlməmişdir. Ümumiyyətlə, beynəlxalq huquq normalarının sistemli təhlilinə (xüsusilə Uşaq hüquqları haqqında Konvensiyanın 9, 19-cu maddələri) və məhkəmə-hüquq təcrübəsinə görə, azyaşlı uşaqların anadan alınmasına imkan verən müstəsna şərait dedikdə, ananın uşaqların tərbiyəsinə və mənəvi-psixoloji inkişafına təsir göstərəcək əxlaqsız həyat tərzinə malik olması, narkotiklərdən və alkoqoldan sui-istifadə etməsi və bunlardan asılılığı, ananın ağır yoluxucu xəstəliyi, yaxud uşağa qulluq imkanlarını tam məhdudlaşdıran xroniki xəstəliyi, ananın uşaqlarla mütəmadi qəddar rəftar etməsi, onlara qarşı fiziki və ya psixoloji zorakılığa, təhqirə, etinasız münasibətə və qayğısızlığa, istismara və seksual sui-istifadəyə yol verməsi kimi hallar başa düşülməlidir. Hazırki mübahisədə anaya münasibətdə belə hallardan heç birinə rast gəlinməmişdir.

20. Əksinə, məhkəmə kollegiyası hesab etmişdir ki, uşaq hazırki yaşında fiziki, psixoloji və bioloji inkişaf baxımından anasından zəruri asılılıq vəziyyətindədirlər. Onun gündəlik ana qayğısına və nəvazişinə ciddi ehtiyacı vardır və bu ehtiyacı yalnız anasının yanında saxlanacağı təqdirdə tam təmin oluna bilər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə uyğun olaraq 11 y aşlı Xədicənin öz atasının yanında qalmaq istəməsi barədə fikrinə hörmətlə yanaşdığını qeyd etmişdir. Lakin anasının yanında qalmasının onun heç bir marağına zidd olmadığını nəzərə alan məhkəmə kollegiyası onun bu istəyini uşaq emosionallığı, hazırda ətrafında cərəyan edən hadisələr və şərait baxımından öz mənafeləri və maraqlarını düzgün qiymətləndirə bilməməsi ilə əlaqələndirmişdir.

22. Əbəs deyil ki, Avropa Məhkəməsi də Boughanemin işi üzrə qəbul etdiyi qərarda ayrılmış valideynlərlə uşaqlar arasındakı belə yaxınlığı “ailə” məfhumunu ifadə edən əlamətlər kimi qiymətləndirmişdir və qeyd etmişdir ki, “8-ci maddənin mənası baxımından ailə dedikdə, hətta ata və ana ayrı yaşasalar belə, onlarla uşaq arasındakı bağlar başa düşülür”.

23. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur k i, uşaqlarla anadan ibarət olan üçlüyün “ailə” adlandıra bildikləri ittifaqının möhkəmlənməsinə şərait yaradılmalıdır. Əks halda, bu, onların hər üçü, xüsusilə də uşaqlar üçün psixoloji travma olacaqdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Xədicənin boşanmadan sonra anası Cavabdeh yanında saxlanmasını uşağın maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğundur və bununla yanaşı qeyd etmişdir ki, uşağın anasının yanında qalması ataya mane olmur ki, onunla ünsiyyət saxlasın və onun tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin.

25. Məhkəmə kollegiyası belə qərara gələn zaman, uşağın atası İddiaçıla qalmaq istəməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasının rəyinin olmasını da diqqətdən qaçırmamış, lakin bu rəyə işin yuxarıda sadalanan halları, uş ağın real maraqları baxımından qiymət verməyi doğru və ədalətli hesab etmiş və belə qənaətə gəlmişdir ki, uşağın anasına münasibətdə hazırki emosional durumu məsələnin mahiyyət üzrə onun gerçək maraqlarına uyğun həll olunmasına təsir edə bilməz.

26. Bundan başqa, məhkəmə kollegiyası onun da qeyd etməyi zəruri hesab etmişdir ki, azyaşlı X6 məhkəmə iclasında dindirilən zaman şablon ifadələrdən istifadə edərək anasını görmək istəmədiyini, əksinə atası ilə qalmaq istədiyini bildirmiş, eyni ilə cavabdehin verdiyi izahatı təkrar etmişdir ki, bu da öz növbəsində uşağın bir müddətdir ki, atası ilə yaşadığından onun aşkar surətdə təsirə məruz qaldığının göstəricisidir və həqiqi düşüncələrini əks etdirmir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq v ə Himayəçilik Komissiyasının rəyinin məhkəmə üçün məcburi hüquqi qüvvəsi yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi bütün yuxarıda qeyd olunanları və xüsusən də uşağın azyaşlı olmasını və daha çox anasına ehtiyacının olmasını və demək ki, bundan da doğan – irəli gələn onların üstün mənafeyini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin birgə nikahından olan uşaq hazırkı halda ananın yanında qalmalıdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin uşağın fikrinin nəzərə alınması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbu l edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 52, 60, 61.1, 61.4, 63.1 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunununun və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi azyaşlı uşağın anasının yanında qalması ilə bağlı qətnamə qəbul edərkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin bu müddəasını nəzərə almamışdır. Belə ki, məhkəmə iclası zamanı öz fikrini bildirərəkən atasının yanında qalmaq istəyən və həmin vaxt 10 yaşı tamam olmuş uşağın fikrinin nəzərə alınmaması təkcə həmin azyaşlının hüquqlarının pozulması deyil, həm də qanunvericiliyin bu müddəasının qeyri-işlək vəziyyətə gətiriliməsidir. İddiaçı müəllimdir və uşaq da onun yanında qalmaqla, onun işlədiyi məktəbdə oxuyur. Bu baxımdan iddiaçının həm azyaşlının təhsilinə ciddi töhvə verməsi, həm də eyni məktəbdə onun bütün davranışlarını izləməsi imkanları vardır. Bu da uşağın valideyin himayəsində yaşayaraq daha yaxşı təhsil və tərbiyə alması üçün əsas şərtlərdən biridir. Həm iddiaçının əmək haqqı, həm də onunla birlikdə yaşayan valideyinlərinin pensiyası onların ailəsinin yaşayış səviyyəsinin daha yüksək olmasına kömək edir. Bunun əksinə olaraq, cavabdehin kirayədə yaşaması, işə gedərkən azyaşlının valideyin nəzarətindən kənarda qalması uşağın mənafeyi və gələcəyi, təlim-tərbiyəsi, təhsili üçün əlverişsiz vəziyyət yaradır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

34. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

35. Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

36. Maddə 60.1. Valideynl ik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

37. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

38. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

39. Maddə 61.1-61.4. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

40. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

41. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

42. Maddə

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

43. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideyn lərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1.). Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın mara qlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensi yanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri d inlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidi (7.4). Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müst əsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur (7.6.)...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. 59. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tər əfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir kİ, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hal lar.

60. Barəsində kassasiya şikayəti verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı rədd edərkən uşağın anası ilə yaşamasını əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı baxımından onun mənafeyinə uyğun hesab etmiş, uşağın hazırki yaşında fiziki, psixoloji və bioloji inkişaf baxımından anasından zəruri asılılıq vəziyyətində olmasını, onun gündəlik ana qayğısına və nəvazişinə ciddi ehtiyacının olmasını və bu ehtiyacı yalnız anasının yanında saxlanacağı təqdirdə tam təmin oluna bilməsini qeyd etmişdir.

61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassa siya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər ol duğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1127/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar