Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4568/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı nümayəndəsi İsabalayeva Bənövşə Cavad qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2003-cü il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi B.İsabalayeva iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi B.İsabalayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı onun qızıdır, iddiaçının Cavabdeh ilə aralarında olan rəsmi nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur, nikahın ləğv edilməsi zamanı iddiaçı aliment tələb etməmişdir, birgə nikahdan doğulmuş iki azyaşlı uşaq xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmışdır, uşaqların ehtiyaclarını təkbaşına ödəmək iddiaçı üçün çətindir, ona görə də birgə nikahdan doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmasından ötrü hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Sonda B.İsabalayeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə rəsmi nikahda olmuşlar, birgə nikahdan iki övladları vardır, onlar arasında nikah pozulmuşdur, uşaqlar analarının yanında qalır, onların saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat aliment ödəməyə razıdır. Həmçinin Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, hər ay hər iki uşaq üçün ümumilikdə 340 manat aliment ödəməyə razı olduğunu, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 340520 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 601 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Mustafabəyli, qadına İsabalayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 685877 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan X3 məxsus AA0611480 saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2003-cü il tarixdə anadan olmuşdur, soyadı Mustafabəyli, adı Günay, atasının adı Zaurdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 597 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 93 saylı evin 27 nömrəli mənzilində yaşayır və qeydiyyatdadır. Ailə tərkibi 2003-cü il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X1 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuş, onların birgə nikahdan 2003-cü il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqlar iddiaçının himayəsindədir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehdən aliment tutulmasını, həmçinin onun sabit pul məbləğində müəyyən olunmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin razılığını, uşaqların əvvəlki yaşayış səviyyəsini və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay hər uşaq üçün 170 manat müəyyən edilməsini məqsədəmüvafiq sayır. Alimentin hansı vaxtdan etibarən hesablanması məsələsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini qəbul etdiyindən, alimentin tutulması vaxtını isə iddia tələbində xx.xx.2020-ci il göstərildiyindən, alimentin tutulmasının hesablanması da həmin tarixdən başlanmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasıüçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabitpulməbləğindəaliment alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan artıq olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, BakışəhəriXətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4568/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4568/2020
31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver