Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4568/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”, iddiaçı X1 hüquqi varisi İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və Cavabdeh3 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, onun əsasında keçirilən "xxxx"-Y-3 78 saylı protokolunun və “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı”nın daşınmaz əmlak üzərində dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində qeyd edilən işin halları:
1. X1 mülkiyyətində olan Daşınmaz Əmlak Reyestrindən verilmiş çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə istifadədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 17 mərtəbəli binanın 81,82 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 8 nömrəli mənzili Banka ipotekaya qoymuş, bu barədə X6 ilə Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialı arasında 15 dekabr 2011-ci ildə 85 saylı ipoteka müqaviləsi imzalanmış, müqavilə Bakı şəhəri, 13 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir.
2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə bağlanan zaman anası- X6 xəstəliyi səbəbindən 13 saylı Notariat Kontorunda və Pakistan Milli Bankının filialında olmamışdır. Müqavilədə olan imzalar ona məxsus deyil.
3. Müqavilə bağlanarkən Bank tərəfindən krediti ödəməyə görə hədə-qorxular gəlinmiş və iddiaçı məcburiyyət qarşısında qalaraq xx.xx.2011-ci il tarixli kredit borcunun təminatı kimi X1 mülkiyyətində olan mənzilə dair ipoteka müqaviləsi bağlamağa razılıq vermişdir. Amma ipoteka müqaviləsi rəsmiləşdirilərkən saxtakarlığa yol verilmiş və ipoteka müqaviləsi ipoteka qoyan X1 imzası ilə rəsmiləşdirilməmişdir. Həmin dövrlər iddiaçının anası ağır xəstə olmuş və öz hərəkətlərinin mənasını bilməmiş, hətta əlləri və ayaqları iflic vəziyyətdə olmuşdur. Bu səbəbdən də ipoteka müqaviləsinə imza etməsi mümkünsüz olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab etmişdir ki, ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində qeyd edilən işin halları:
4. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 2054 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə istifadədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 17 mərtəbəli binanın 81,82 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 8 nömrəli mənzilin qiymətini 2014-cü il tarixə müəyyən etmək üçün Cavabdeh3 MMC tərəfindən qiymətləndirmə keçirilmiş və əmlaka dəyərindən qat-qat aşağı 140.000 manat qiymət qoyulmuşdur. Bununla Binəqədi rayon İcra şöbəsindən “icraata başlamaq haqqında qərar” iddiaçıya təqdim edilməmiş və iddiaçıya məxsus əmlakın qiymətləndirilməsi üçün adı çəkilən Cavabdeh3 MMC-yə yazılmış sifariş məktubunu almamışdır. Bundan sonra əmlak Binəqədi rayon İcra şöbəsinin sifariş məktubu əsasında hərraca çıxarılmış əmlakın dəyəri qat-qat aşağı yəni 140.000 qiymətləndirilməsinə baxmayaraq 89250 manata “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialına” satılmışdır. Bütün bu proseslərdən iddiaçının heç bir xəbəri olmamışdır.
5. Mənzilin hərrac yolu ilə satılmasından iddiaçının xəbəri olmadan əmlaka 220.000 manata alıcı çıxdıqdan sonra Banka olan borcun nə qədər olduğunu araşdırarkən xəbər tutmuşdur. Mənzil mülkiyyətçisi olaraq yəni, ipoteka qoyan olduğu halda xx.xx.2014-cü il tarixdə keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona bildiriş göndərilməmiş və heç bir məlumat verilməyərək hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Hərrac keçirilərkən evin satış qiyməti bazar dəyərindən ən azı 2.5 dəfə aşağı qiymətləndirilmişdir. Odur ki, hazırki qiymət çox aşağıdır və reallığa uyğun deyildir. İddiaçı hesab etmişdir ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi zərurəti yaranmışdır.
İddiaçının tələbi:
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsi üzrə iddiaçı Səlimov X7 Milli Bankının Bakı Filialı ilə cavabdeh X6 arasında 15 dekabr 2011-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsi üzrə iddiaçı X1 hüquqi varisi İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və Cavabdeh3 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, onun əsasında keçirilən "xxxx"- Y-3 78 saylı protokolunun və “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı”nın daşınmaz əmlak üzərində dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
8. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
9. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, Sonaxanım onun anası olmuşdur və vəfat etmişdir. Kredit borcunu ödəməyə razıdır, lakin ona bildirilmişdir ki, borcu tam şəkildə ödəməlidir, lakin həmin məbləğ hədsiz çoxdur və bir dəfəyə bu qədər borcu ödəməsi mümkün deyildir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsini istəyir. İddiaçı məhkəmədən vəkilinin iştirak etməsi üçün vaxt verilməsini və iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, hazırki iş üzrə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddia tələbi əsassızdır və qəsdən məhkəmə qətnaməsinin icrasına mane olmaq niyyətindədirlər. Mənzilin dəyərini ödəyərək mənzilini əldə edə bilər, lakin iddiaçı bununla bağlı heç bir addım atmır. Qətnamənin icrasının ləngidilməsi üçün müxtəlif məhkəmələrdə iddia tələbləri irəli sürülür. Məhz Səbail Rayon Məhkəməsinin icraatında olan mülki iş hazırki mülki işlə birləşdirilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (Reyestr nömrəsi: **********16-05301-093046, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx/xx/2006) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə istifadədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 23542 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. 15 dekabr 2011-ci il tarixli 301№li Kredit müqaviləsinə əsasən bank hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 80.000 manat məbləğində illik 17% olaqla kredit verir. Boracalan isə 36 ay müddətinə hazırki müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Kredit biznesin inkişafı məqsədləri üçün verilir.
13. 15 dekabr 2011-ci il tarixli 85№li İpoteka müqaviləsinə əsasən 15 dekabr 2011-ci il tarixli 301 saylı kredit müqaviləsinin: 1.1-ci maddəsinə əsasən Pakistan Milli Bankının Bakı filialı tərəfindən “Borcalan”a 36 (otuz altı) ay müddətinə illik 17%-lə nağd və ya qeyri-nağd şəkildə istifadə olunmaqla 80.000 AZN (səksən min) manat məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit verilmişdir, həmin kreditin icra müddəti 15 dekabr 2014-cü il tarixində müəyyən edilmişdir. 1.2-ci maddəsinə əsasən Pakistan Milli Bankının Bakı filialı ilə “Borcalan” arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli 301 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər də nəzərə alınmaqla “Borcalan” “İpoteka saxlayan” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “İpoteka qoyan” X6 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə istifadədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 8 nömrəli mənzili tam (Reyestr nömrəsi: **********16-05301-093046, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx/xx/2006( bundan sonra- ipoteka predmeti) ipoteka qoyur. Müqaviləyə əsasən İpoteka qoyan-X6, Borcalan- İddiaçıdur.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5994/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Pakistan Milli Bankının Bakı Filialının cavabdehlər İddiaçı və X2 qarşı “kredit borcunun qaytarılmasına, tələbin ipoteka predmetinə, dövriyyədə olan girov qoyulmuş əmlaka yönəldilməsinə və mənzildən çıxarılma” tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Pakistan Milli Bankının Bakı Filialının xeyrinə əsas kredit borcu üzrə 70,080,71 manat, faiz 14,613,54 manat olmaqla cəmi 84,694,25 manat borcun tutulması, tutmanın cavabdeh X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə istifadədə olan 0,1253 ha torpaq sahəsində yerləşən 40a nömrəli 17 mərtəbəli binada 81,82 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 8 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh çıxmadıqda, X1 məcburi çıxarılması qət edilmişdir.
15. Binəqədi rayon İcra şöbəsinin rəsi müavini kiçik ədliyyə müşaviri Emil Əhmədli tərəfindən verilmiş sifariş məktubu.
16. Sərraf-N MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 23 may 2014-cü il tarixli 14-355 №li hesabata əsasən X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə yerləşən 40A saylı evin 8 nömrəli mənzilinin bugünkü (2014-cü il üçün) qiyməti 140.000 (yüz qırx min) manat təşkil edir.
17. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən verilmiş Hərracın nəticələri haqqında Y-378 №li protokola əsasən X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə yerləşən 40A saylı evin 8 nömrəli mənzilinin ilkin satış qiyməti 140.000 (yüz qırx min) manat olmuş, əmlakın satılmış son qiyməti 89.250 manat olmuşdur. Alıcı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialıdır.
18. 22 oktyabr 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən alıcı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialıdır. Əmlakın satılmış son qiyməti 89.250 manat olmuşdur.
19. AЭ ******* №li Doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı atası X5, anası X3r.
20. AZ-İİ 375686 №li Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2019cu il tarixdə şəkərli diabetdən vəfat etmişdir.
21. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5994/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinin məcburi icrası tərəfinizdən könüllü icra edilmədiyi üçün məcburi icra 10 iyul 2023-cü il tarixə saat 10:30-a təyin edilmişdir.
22. AR Ədliyyə Nazirliyi Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə AR İN yanında ƏMDX DƏDKR Publik hüquqi şəxsinə ünvanlanmış 494№li 26 aprel 2024-cü il tarixli məktuba əsasən X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən İddiaçı miras qoyanın vərəsələrindən biri olması barədə məlumat məktubu təqdim edilmişdir.
23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1066/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş 2(011)-4568/2024 nömrəli mülki işlə bir icraatda baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
24. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarı.
28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
29. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair tarixli 2 aprel 2021-ci il Qərarı.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli 12 aprel 2021-ci il Qərarı.
32. İpoteka haqqında Qanun: 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdansonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddia tələbləri əsassızdır və rədd edilməlidir.
35. İddiaçının tələbi Pakistan Milli Bankının Bakı filialı ilə iddiaçının anası arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsidir.
36. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (§29).
37. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Hazırki mübahisə üzrə iddiaçı ipoteka qoyan şəxsin vərəsəsidir və mübahisələndirilən müqavilə onun maraqlarına toxunduğundan onun məhkəmədə mübahisə qaldırmağa subyektiv hüququ mövcuddur.
38. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
39. Hər hansı əqdin, o cümlədən ipoteka müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (§30).
40. Mülki iş materillarından aydın olur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli 301№li Kredit müqaviləsinə əsasən bank (cavabdeh) hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana (iddiaçıya) 80.000 manat məbləğində illik 17% olmaqla kredit vermişdir. (§12) Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının mərhum anası və cavabdeh arasında 15 dekabr 2011-ci il tarixli 85№li İpoteka müqaviləsi bağlanmışdır.(§13) AZ-İİ 375686 №li Ölüm haqqında şəhadətnamənin surətinə əsasən ipoteka qoyan X4 xx.xx.2019-cu il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. (§21) İpoteka qoyanın 2011-ci ildən 2019-cu ilə kimi ipoteka müqaviləsini mübahisələndirməsi halı məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir.
41. İddiaçı ipoteka müqavləsinin anasının səhhətində olan problemləri ilə əlaqədar özü tərəfindən imzalanmadığını, hədə-qorxu gəlinərək müqavilənin bağlandığını iddia etsə də bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda ipoteka müqaviləsinin X1 əvəzinə 15 mart 2003-cü il tarixli etibarnamə əsasında iddiaçının özü tərəfindən imzalandığı məlum olmuşdur. (§13) Məhkəmə qeyd edir ki, iddiaçının tərəf olduğu kredit müqaviləsinin təminatı üçün ipoteka müqaviləsinin bağlanmasını nəzərə alsaq həmin müqavilənin bağlanmasında ən maraqlı şəxsin iddiaçının özünün olduğunu aşkar görərik.
42. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı qeyd etdiyi kimi ipoteka müqaviləsinin bağlanması, nəticələri barədə məlumatsız olması, anasının imza etməməsi, hədə-qorxu gəlinməsi halları öz təsdiqini tapmamışdır.
43. Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş mülki iş üzrə iddiaçı X1 hüquqi varisi İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və Cavabdeh3 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, onun əsasında keçirilən "xxxx"- Y-3 78 saylı protokolunun və “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı”nın daşınmaz əmlak üzərində dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hərracın təşkilatçısı olan cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və Cavabdeh3 MMC-nin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır.
44. Belə ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
45. Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Bu baxımdan girov (ipoteka), kreditorun (girov saxlayanın) əsas tələb hüququna bağlı olan əlavə (aksessor) əşya hüququ sayılır.
46. “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. Əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edilir.
47. İddiaçı tərəf əmlakın düzgün qiymətləndirilmədiyini qeyd etsə də bu halın əksini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə prosesində əmlakı 220000 manata almaq istəyən alıcının olduğu qeyd edilsə də bu heç bir sübutla öz təsdiqini tapmamışdır. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh bank mübahisəli mənzili təkrar hərracın keçirilməsi nəticəsində əldə etmişdir. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Borclunun ipoteka predmeti olan əmlakı hərracda satılarkən onun ilkin satış qiyməti likvid dəyəri ilə müəyyən olunmalıdır.
48. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı hərracın keçirilməsində hər hansı pozuntu halının aşkar edilməsinə dəlalət edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
49. Birləşdirilən hər iki mülki iş üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İpoteka predmeti olan iddiaçının anasına məxsus mənzilin Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında icra icraatı çərçivəsində 22 oktyabr 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən alıcısı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialıdır (§18) Bu əməliyyatların aparılmasında hər hansı qanunsuzluq müəyyən edilməmişdir.
51. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh məhkəmə prosesində iddiaçı kredit borcunu ödəyərsə mənzili geri qaytarmağa hazır olduqlarını qeyd etmiş, iddiaçı isə bu təkliflə razılaşmamışdır.
52. Bununla yanaşı cavabdeh tərəf iddia tələbinin əsassız olduğunu qeyd etmiş, eyni zamanda iddia müddətinn tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki işə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir.
53. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
54. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
55. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.(§29)
56. Məhkəmə qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə tərəf olması, eyni zamanda 2013-cü il mülki iş üzrə proseslərdə iştirak etməsi səbəbindən iddiaçının ipoteka müqaviləsindən, məhkəmə qətnaməsindən, məhkəmə qərarı əsasında əmlakın hərracda satılacağından məlumatlı olması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, 15 dekabr 2011-ci il tarixli İpoteka müqaviləsinin etibarsızlığı, “əmlakın qiymətləndirilməsi barədə hesabatın, onun əsasında keçirilən "xxxx"-Y-3 78 saylı protokolunun etibarsız hesab edilməsi ilə bağlı kəsici müddət tətbiq edilməli, hüquqi əsas kimi Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
57. Məhkəmə qeyd edir ki, iddia tələbi Pakistan Milli Bankının Bakı Filialı ilə cavabdeh X6 arasında 15 dekabr 2011-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və Cavabdeh3 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, onun əsasında keçirilən "xxxx"-Y-3 78 saylı protokolunun etibarsız hesab edilməsi hissəsində əsaslı olmadığından “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı”nın daşınmaz əmlak üzərində dövlət qeydiyyatının etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddia tələbləri əsas və törəmə tələbdən ibarətdir. İddia tələbi əsas hissədə təmin edilmədiyindən qalan hissədə də təmin edilə bilməz.
58. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova