Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4607/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqının gecikdirilməsinə görə hər aya 400 manat, cəmi 1200 manat və mənəvi ziyana görə 500 manat məbləğdə dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin sentyabr ayından “Fövqəladə Hallar Nazirliyinin” Modul tipli xəstəxanasının nəzdində olan Cavabdeh MMC-də işləməyə başlamışdır. 2022-ci ilin mart ayında məcburi olaraq iddiaçı öz ərizəsi ilə işdən çıxarılmışdır. 2021-ci ilin dekabr ayının 30-u tarixində iddiaçı son əmək haqqı almışdır. 2022-ci ilin mart ayının 28-də iddiaçıya yanvar, fevral, mart ayları üçün əmək haqqı verilmişdir. Əmək qanunvericiliyinə görə əmək haqqının gecikmə günlərinə görə iddiaçıya ödəniş olunmalıdır. Yanvar ayı üçün 400 manat, fevral ayı üçün 400 manat, mart ayı üçün 300 manat və iddiaçıya dəymiş ziyan 500 manat ödəniş olunmalıdır. Cavabdeh öz xeyri üçün iddiaçının qanunla qorunan hüquqlarını pozub və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayından “Fövqəladə Hallar Nazirliyinin” Modul tipli xəstəxanasında “xəstə baxıcısı” vəzifəsində işlədiyi üçün ona əmək haqqısından əlavə aylıq maaşının 5 misli məbləğində hər aya 400 manat, cəmi 1200 manat əlavə verilməmişdir. Odur ki, məhkəmədən həmin ödənilməmiş pulun verilməsi barədə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli M-1944 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli M-0382 saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən əsas iş yeri olmaqla xəstə baxıcısı vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin baş direktoru X2 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xəstə baxıcısı vəzifəsinə təyin edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixində bağlanılmış İddiaçı ilə xx.xx.2021ci il tarixində bağlanılmış əmək müqaviləsinə edilmiş əlavə dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixindən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bütün vergilər, yığımlar və ayırmalar daxil olmaqla aylıq 352 manat məbləğində əmək haqqı müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin X3 xəstə baxıcısı vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.23-cü maddəsinə əsasən, istirahət günləri hər həftənin şənbə və bazar günləridir. İddiaçı tələbində əmək haqqının gecikdirilməsinə görə hər aya görə 400 manat, cəmi 1200 manat məbləğində pul vəsaiti tələb etsə də, lakin məhkəmə iclasında iddia tələbini əsaslandığı hallardan göründüyü kimi, onun tələbi modul tipli hospitalda xəstə baxıcısı olaraq işlədiyinə və “Covid-19” virusu ilə yoluxmuş xəstələrə baxdığına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə müyyən edilən və ona ödənilməmiş olan əlavə haqqın ödənilməsindən ibarətdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndinə əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.3-cü bəndinə əsasən, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə müəyyən edilir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalında xəstə baxıcısı olaraq işləmişdir. Aylıq vəzifə maaşı 352 manat təşkil etmiş və şənbə və bazar günləri istirahət günləri olmuşdur. 2022-ci ilin istehsalat təqviminə nəzər saldıqda müəyyən edilir ki, yanvar ayı üzrə ümumilikdə 17 gün (5,6,7,10,11,12,13,14,17,18,19,21,24,25,26,27,28 yanvar) iş günü vardır. xx.xx.2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək isə iş günlərinin sayı 11 gün təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi sübut olunan hissədə təmin edilməlidir. İddiaçı iddiasında 2021-ci ilin sentyabr ayından cavabdeh MMC ilə bağlanmış müqavilə əsasında Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalında işlədiyini bildirsə də, lakin onun əmək müqaviləsində 10.01-xx.xx.2022-ci il tarixdə orada xəstə baxıcısı işlədiyi müəyyən edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının aylıq vəzifə maaşı 352 manatdır və modul tipli hospitalında işlədiyi dövr ərzində iş günləri 11 gün təşkil edir. Deməli, iddiaçıya yanvar ayı üzrə ödənilməli olan əmək haqqı cəmi 227 manat (352/17x11) olmuşdur. Göstərilən normalara və işin müəyyən edilən hallarına əsasən, məhkəmə hesab edir ki, yanvar ayı üzrə iddiaçıya ödənilməli olan müddətli əlavənin məbləği 227x5=1138 manat təşkil edir. İddiaçı isə iddia tələbində bir ay üzrə ona ödənilməli olan əlavənin məbləğinin 400 manat məbləğində müəyyən edilməsini xahiş etdiyindən və məhkəmə iddia tələblərindən kənara çıxa bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçıya yanvar ayı üzrə hesablanmış onun tələbi həcmində 400 manat məbləğində əlavə pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi digər aylar ərzində iddiaçının cavabdeh MMC-də “Covid-19” virusu ilə yoluxmuş xəstələrə baxması işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Məhkəmə iddianın “mənəvi zərərin əvəzi kimi 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəfin verdiyi izahatla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmə xərcinə daxil olan dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 37 (otuz yeddi) manat məbləğində məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4607/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4607/2022
25.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver