Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-463/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək ödənilməmiş əmək haqqının verilməsi, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ödənilməmiş əmək haqqının 2.407,66 manat pulun, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ödənilməmiş-müəyyən edilmiş əmək haqqının 2/3 hissəsi 428.65 manat pulun, 17 günlük əmək məzuniyyətinə görə pul əvəzinin 474.89 manat pulun, cəmi 3.311,20 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(011)-463/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ödənilməmiş əmək haqqı 2.407,66 manat, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ödənilməmiş-müəyyən edilmiş əmək haqqının 2/3 hissəsi 428.65 manat, 17 günlük əmək məzuniyyətinə görə pul əvəzi 474.89 manat, cəmi 3.311,20 manat pul vəsaitinin Cavabdeh-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı Cavabdeh-yə qarşı “ödənilməmiş əmək haqqının, əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair mülki işin materiallarından görünür ki, xx xxxxx 2021-ci il tarixdə qəbul edilmiş qətnamənin nəticəvi hissəsində məhkəmə xərclərinə qiymət verilməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş materiallarında olan “xxxx” MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Odur ki, ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq “xxxx” MMC-nin ekspertiza mərkəzinə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin tam təmin edildiyinə istinad edərək dövlət rüsumunun və ekspertiza xərcinin dəyərinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Cavabdeh-dən alınaraq “xxxx” MMC-yə ödənilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-463/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(011)-463/2021
19.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver