Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4686/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 15324 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan Respublikası məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: Cavabdeh2 uzun illərdir ki, xaricdən 2-ci əl xarici avtomobillər gətirərək Azərbaycanda və eyni zamanda Salyan şəhəhərində satır. İddiaçı da ondan 2012-ci ildə 2002-ci ilin buraxılış ili olan “Tayota KULUGER” markalı 99 CH- 675 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 16500 (on alyı min beş yüz) ABŞ dollarına nağd qiymətə almışdır. İddiaçıya bu barədə Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X9 tərəfindən, reyestr №;-si 58025, qeydiyyat tarixi 29 avqust 2012-ci il tarixdə nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 adından onun oğlu Cavabdeh2 Rafayil oğlunun 19 dekabr 2059-cu il tarixə kimi Baş Etibarnamə verdi. Lakin iddiaçı nəqliyyat vasitəsinin sahibi kimi, idarə etdi, səhlənkarlığı nəticəsində avtomobili mülkiyyətinə keçirtmədi. Bundan əlavə ailə mübahisəsi ilə bağlı Abşeron rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 1 (012) - 334/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. O 15 oktyabr 2024-cü il tarixdə cəzanın sonu ilə cəzazaçəkmə müəssisəsindən qırağa buraxıldı. O cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra iddiaçıya məlum oldu ki, onun nağd olaraq 16500 ABŞ dolları Cavabdeh2 verərək aldığı “Toyota KuLUGER” markalı, 99 CH-675 dövlət nömrə nişanlı maşını Cavabdeh2 Rafayil oğlu yaranmış vəziyyətdə sui-istifadə edərək anasının mülkiyyət hüququ olduğu üçün başqa bir şəxsə 2018-ci ildə satmışdır. İddiaçı cəzasını çəkib qurtardıqdan sonra bu məsələ ilə bağlı Cavabdeh2la əlaqə saxlayaraq onunla 2024-cü ilin noyabr ayında görüşdü. O, bildirdi ki, həqiqətən maşını satmaq məqsədi ilə başqa bir şəxsə satmışdır. O, öz səhfini etiraf etdi. İddiaçı da ona bildirdi ki, maşını qaytarsın, ya da həmin maşının ona satmaq üçün iddiaçının verdiyi 16500 ABŞ dollarını iddiaçıya qaytarsın. Şövqi ona bildirdi ki, o, pulu tam olaraq qaytara bilmir. Ancaq iddiaçıya kömək etmək məqsədi ilə 2000-3000 manat verə bilər. Sonra iddiaçı ona zəng edərək yenidən pulunun qaytarmasını tələb etdi. Cavabdeh2 iddiaçıya telefonla əlaqə saxlayaraq bildirdi ki, Salyan şəhərində görüşsünlər. İddiaçı da bildirdi ki, işi ilə əlaqədar onunla görüşə bilməyəcək, və dayısı ilə görüşməyi dedi. İddiaçının dayısı 2024-cü ilin dekabr ayında Şövqi ilə görüşdü. İddiaçının dayısı onunla görüşdüyü zaman maşının pulundan 2000 manat iddiaçıya qaytarması üçün verdi. İddiaçının dayısı da Şövqidən aldığı pulu iddiaçıya verdi. 16500 ABŞ dollarından iddiaçıya 1176 dollar qaytardı və 5324 ABŞ dollarını borclu qaldı. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia etiraz etmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 iclasın yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şahid ifadələri: Mülki iş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı kürəkənidir. O, Cavabdeh1 tanımır. Cavabdeh2 isə qaynı maşın alanda görüb, tanıyıb. “Toyota Highlander”-i alanda. 2012-ci ildə birinci 16500 idi maşının qiyməti. Əvvəla 10 min dollar verilib Babək prospektində. Pulu qayını İddiaçı verib. 6500 dolları da ikinci dəfə Xətaidə verib. Maşını baş etibarnamə ilə özünə alıb. O, 6500 dolları verəndə də iştirak etmişdir. Qaynı təcridxanada olan zaman maşın Xırdalanda həyətlərində idi. Qayınatası, yəni Rüfətin atası gedib Cavabdeh2 yanına. O da deyib ki, maşın yolda qalıb, Elman müəllimə açarı verdi ki, maşını yoldan çəksin. Onların hadisə olandan sonra digər tərəflə salamları yoxdur, görüşməyiblər. Rüfət də çıxandan sonra bəlli oldu ki, maşın öz qaynı Misirə təzədən satılıb. Rüfətdən alınıb, Misirə verilib. İşin faktiki halları: “Toyota Kuluger” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq xx.xx.2012-ci il tarixində gömrük vəsiqəsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Avtomobilə dair sərəncam vermək səlahiyyəti xx.xx.2012-ci il tarixində etibarnamə əsasında İddiaçı verilmişdir. Bundan başqa avtomobili istifadə edilməsi hüququnun etibar edilməsi ilə bağlı xx.xx.2012-ci il tarixində Şahid, xx.xx.2014-cü il tarixində X4, xx.xx.2018-ci il tarixində X10, xx.xx.2018-ci il tarixində X7 etibarnamələr verilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Toyota Kuluger” markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına qeydiyyata alınmışdır. Bundan sonra avtomobil xx.xx.2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında X5 adına qeydiyyata alınmışdır. Bundan sonra sözügedən avtomobil xx.xx.2019-cu il tarixində alqı-satdı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş audio yazılardan müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı arasında olan danışıqlar zamanı Cavabdeh2 avtomobilin İddiaçı olduğunu, Misir və Elman tərəfindən aldadıldığını, onlara etibarnamə verdiyini, sonuncularım avtomobilin alqısatqısından əldə edilmiş vəsaitin İddiaçı qızının adına bank hesabına qoyulduğunu, İddiaçı pullarının onda olmadığını, İddiaçı kömək məqsədi ilə 2000 manat məbləğində pul vəsaitinin verdiyini bildirmirşdir. İddianın hüquqi əsasın: Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və mülki iş materialları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus “Toyota Kuluger” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi məqsədi ilə Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixində nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququna dair etibarnamə verilmişdir. İddiaçı avtomobilin alqı-satqısı ilə bağlı danışıqların Cavabdeh2 ilə özü apardığını və avtomobil üçün 15324 ABŞ dolları məbləğində vəsaiti ödədiyini bildirsə də, Cavabdeh2 bunu inkar edərək, avtomobilin alqı-satqısı ilə bağlı danışıqların iddiaçının mərhum arvadı X3 atası Ağalarov Elmanla apardığını, sonuncu avtomobili qızı üçün aldığını və avtomobilə görə 12500 manat ödəniş etdiyini bildirmişdir. Mülki iş materiallarından göründüyü kimi, “Toyota Kuluger” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam vermək hüququna dair etibarnamə məhz İddiaçı verilmişdir. Həmin etibarnamənin verildiyi gün avtomobilin istifadə edilməsi hüququna dair etibarnamə Şahid verilmişdir. X2 avtomobildən istifadə etmək hüququna dair etibarnamə bundan 2 il sonra xx.xx.2014-cü il tarixində verilmişdir. Cavabdeh2 avtomobilin alqı-satqısı ilə bağlı danışıqların iddiaçının mərhum arvadı X3 atası Ağalarov Elmanla apardığını, sonuncu avtomobili qızı üçün aldığını və avtomobilə görə 12500 manat ödəniş etdiyini bildirsə də, bu halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən hallar ona dəlalət edir ki, avtomobilin alqı-satqısı ilə bağlı danışıqlar məhz İddiaçı ilə aparılmış, avtomobilə görə ödəniş də onun tərəfindən edilmişdir. Məhkəmə araşdırması zamanı avtomobilə görə ödəniş məbləği ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənişin məbləği hər iki tərəfin izahatı nəzərə alınmaqla, 12500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və təqdim edilmiş sənədlər əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, “Toyota Kuluger” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı cəzaçəkmə müəssisəsində olduğu dövrdə Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Bununla da Cavabdeh1 heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda, iddiaçını verdiklərini tələb etmək hüquq vardır. Məhkəmə qeyd edir ki, avtomobilin alqı-satqısı ilə bağlı danışıqlar Cavabdeh2 tərəfindən aparılsa da, avtomobil ona deyil, Cavabdeh1 mülkiyyətində olmuş, avtomobil barədə sərəncam vermək hüququ da ona məxsus olmuşdur. Odur ki, hazırkı mübahisə üzrə mülki məsuliyyəti Cavabdeh1 dayışır. Bundan başqa Cavabdeh2 tərəfindən İddiaçı 2000 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməli, Cavabdeh1 tərəfindən əsassız varlanma nəticəsində əldə etdiyi 10500 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarmalıdır. Məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, ərizə aşağıda göstərilən əsaslara görə təmin edilməməlidir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki iş materiallarından məlum olur ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 aprel 2018-ci ildən hesablanması hökm edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində cəzasının sonunun çatması səbəbindən cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məhkəmə araşdırması zamanı verdiyi izahlarında iddiaçı göstərmişdir ki, cəzaçəkmə müəssisində olduğu vaxtda avtomobilin mərhum X3 qohumlarının faktiki sahibliyində olduğunu bilsə də, avtomobilin onların adına özgəninkiləşdirildiyini bilməmişdir. Bu hal, ona cəzaçəkmə müəssisəsindən azad edildiyindən sonra məlum olmuşdur. Cavabdeh2 tərəfindən “Toyota Kuluger” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə X13 arasında alqı-satqı müqaviləsinin bağlanıldığı, avtomobilim daha sonra üçüncü şəxslərə özgəninkiləşdirildiyi ilə bağlı İddiaçı cəza çəkmə müəssisəsində olduğu vaxtdan bildiyini təsdiq edəcək hər hansı bir dəlil və sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxt, onun cəzaçəkmə müəssisəsindən azad edildiyi vaxt hesab edilməli və iddia müddəti həmin vaxtdan hesablanmalıdır. İddiaçı hazırkı iddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixində, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmədən poçt vasitəsilə göndərmişdir. Odur ki, Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı təqdim edilmiş ərizə əsassızdır və məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 10.500 (on min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4686/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4686/2025
07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver