Məhkəmə qərarları › İş №2(011)-4777/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4777/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4777/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı “yanlış qeyd olunmuş ata adı və soyadın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yanlış qeyd olunmuş ata adı və soyadın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, tələb yanlış qeyd olunmuş ata adı və soyadın ləğv edilməsi tələbidir. Lakin bununla bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət etməmiş, müvafiq orqandan əldə edilmiş sənədi mülki iş materiallarına əlavə etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, mübahisənin məhkəməyəqədər nizama salınmasına dair sənədin təqdim edilməməsi iddia ərizəsinin geri qaytarılması əsaslarından biridir. Odur ki, məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlir. İddiaçının bir digər tələbi doğum haqqında şəhadətnamənin ləğv edilməsidir ki, bu cür tələb üzrə mülki işə mahiyyəti üzrə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, iddiaçının tələbi aydın və dəqiq deyildir. Yanlış qeyd olunmuş soyad və ata adının ləğv edilməsi kimi bir tələb üzrə mülki iş xüsusi icraat qaydasında baxılmalı olan işlər sırasına aid edilməlidir. Lakin iddiaçı iddia ərizəsini iddia icraatı qaydasında tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin iddia ərizəsinin forma və məzmununa dair tələbləri də pozulmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından İddiaçı tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 50 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yanlış qeyd olunmuş ata adı və soyadın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 50 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar