Məhkəmə qərarları › İş №2(011)-4782/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4782/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4782/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştiakı ilə, İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh X2 qarşı “Nanny.az” nişanı ilə fəaliyyət göstərən fərdi sahibkar X1 27 mart 2023-cü il tarixdə müqavilə üzrə ödənilmiş 400 (dörd yüz) manat pulun, mənəvi ziyana görə 600 (altı yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1030 (min otuz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki ki, iddiaçı cavabdeh “Nanny.az” nişanı ilə fəaliyyət göstərən fərdi sahibkar X3 ilə 27 mart 2023-cü il tarixdə müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə 400 manat ödəniş etmiş, cavabdeh ödənilmiş məbləğin dəyərində dayə vəzifəsi üzrə işçi heyətini həyata keçirilməsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, iddiaçıya dayə vəzifəsini icra edən şəxs göndərməmiş, əvəzində dayə ilə əlaqəsi olmayan şəxsləri göndərmiş və nəticədə ona təklif etdiyi şəxslər sırasından dayə seçmək mümkün olmamışdır. Müqavilənin şərtlərində tapşırığın yerinə yetirilməsi ilə bağlı ödəniş məbləğinin işin uğurlu nəticəsində asılı olmaması göstərilmiş, cavabdeh də müqavilənin bu şərtinə istinad edərək işin uğurlu alınmasına heç bir təşəbbüs göstərməmiş,qəsdən dayə vəzifəsi ilə əlaqəsi olmayan şəxsləri ona təqdim etmiş və iş alınmamışdır. Hazırda cavabdehdən pulunu tələb etsə də pulu qaytarmaqdan imtina edir. Cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi iddiaçıya dayə üçün namizəd göndərmək əvəzinə müqavilədə nəzərdə tutulduğu şərti yerinə yetirməyə çalışaraq ona 10 nəfər şəxs təqdim etməklə məşəğul olmuşdur ki, güya öz vəzifəsini bitmiş hesab etsin. Həmin şəxslərin əksəriyyətinin dayəliklə heç bir əlaqəsi olmayan şəxslər olmuşdur. Əgər cavabdeh öz işini vicdanla yerinə yetirmiş olsaydı iddiaçı dayə peşəsinə namizədi tapa bilərdi. İddiaçının övladı körpədir və həyat yoldaşı da işlədiyindən onlar məcburiyyətdən dayə tapmaq məcburiyyətində qalmışlar. Lakin cavadehin öz işini məsuliliyyətlə və vicdanla yerinə yetirməməsi səbəbindən iddiaçı həm əlavə maddi ziyana düşmüş, eləcə də mənəvi ziyan çəkmişdir. Cavabdehin öz işinə məsuliyyətsizliyi nəticəsdində dayə tapa bilmədiyindən dən övladını ya qohumların yanında saxlamış (onları da narahat etmişlər) ya da işdən qalmaq məcburiyyətində qalmışlar. Cavabdeh dayə üçün namizədləri göndərəkən əvvəlcə özü yoxlamalı, həmin şəxslərin iddiaçının qeyd etdiyi şərtlərə uyğun olub-olmadığını əvvəlcədən müəyyən etməli idi. Lakin cavabdeh bunların heç birini etməmiş, yalnız yuxarıda qeyd etidiyi kimi sayı düzəltmək (10 nəfər) üçün şəxslər göndərmişdir. Hər dəfə müxtəlif namizələrlə müsahibə aparmaqları, eləcə də namizədin uyğun gəlməməsi onların maddi və mənəvi ziyan çəkməyiylə nəticələnmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək onlara dayə vəzifəsi üzrə namizəd təqdim etmək əvəzinə heç bir ixtisasi və aidiyyəti olmayan 10 nəfər şəxs göndərməklə məşğul olması bizim əlavə sarsıntı keçirməklərinə səsəb olmuşdur. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Belə ki, iş materiallarında olan İddiaçı ilə “Nanny.az” nişanı ilə fəaliyyət göstərən fərdi sahibkar X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “İşçi heyətin seçilməsinin təşkilinin tapşırılmasına dair” müqavilədən görünür ki, - vəkalət verən bu müqavilə ilə müəyyən edilmiş muzdun müqabilində, özü üçün dayə vəzifəsi üzrə işçi heyətin seçilməsinin təşkilinin həyata keçirilməsini vəkalət alana tapşırır, vəkalət alan isə həmin tapşırığı qəbul edib, 3 ay müddətində tapşırığın yerinə yetirilməsi ilə bağlı vəkalət verənin yazılı surətdə bəyan etdiyi məlumatlar və meyarlar əsasında öz maddi və texniki imkanlarından istifadə edərək, işçi heyətin seçilməsinin təşkili üzrə tapşırığın yerinə yetirilməsini öz öhdəsinə götürür; - bu müqavilə üzrə Vəkalət verən tərəfindən bəyan edilmiş meyarlar əsasında ona təklif ediləcək namizədlərin sayı 10 nəfər ilə məhdudlaşır; - tapşırığın icrası ilə bağlı vəkalət verən vəkalət alana 400 manat məbləğində haqqı vəkalət alana ödəməlidir; - bu müqavilənin 2.1-ci maddəsinin qeyd olunan haqqın məbləği vəkalət alanın tapşırığın yerinə yetirməsi ilə bağlı ödəniş məbləğidir və işin uğurlu nəticəsindən asılı deyildir; - vəkalət verən təqdim edilən namizədlər sırasında müvafiq olanının seçilməsinin mümkünsüzlüyünü yazılı şəkildə əsaslandrımaq öhdəliyi daşıyır; - vəkalət alan vəkalət verənin müraciət etdiyi vaxtdan namizədlər balansında vəkalət verənin müqavilə bağlayarkən yazılı formada bəyan etdiyi tələblərə uyğun olan işçinin axtarışını və seçimini 3-6 iş günü ərzində təşkil etmək öhdəliyini daşıyır; - müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin bağlandığı andan 3 ay müddətinə qüvvədədir. Həmin müddət başa çatdıqda, müqaviləyə xitam verilir. Bu müqavilə eyni zamanda Vəkalət verənin sosial şəbəkə, elektron poçt və digət elektron yazışma platforması üzərindən müqavilənin şərtlərini qəbul edilməsinə dair təsdiqedici iradə ifadəsini bəyan etdikdən sonra da bağlanmış hesab edilir. - tərəflərdən hər hansı biri istənilən vaxt qarşı tərəfin yazılı xəbərdar etməklə müqaviləni ləğv edə bilər. Ləğvetməyə dair bildiriş verən tərəfin digə tərəfin düşdüyü zərərin əvəzini ödəməyə borcludur... İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə 400 manat ödəniş etmiş, cavabdeh ödənilmiş məbləğin dəyərində dayə vəzifəsi üzrə işçi heyətini həyata keçirilməsi öhdəliyini öz üzərinə götürsə də, həmin öhdəliyi icra etməyərək iddiaçıya maddi ziyan vurmuşdur. Odur ki, cavabdeh öhdəliyini icra etmədiyindən, iddiaçı müqavilə 400 manat məbləğində vəsaitin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə mənəvi ziyana görə 600 (altı yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar