Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4830/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də əmək fəaliyyətinə cəlb edilmiş, lakin elektron informasiya sistemində xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.
2. İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq müddətdə əmək fəaliyyətinə cəlb edilmiş, lakin bununla bağlı ona hər hansı əlavə ödəniş edilməmişdir. İddiaçının əmək müqaviləsi xx.xx.2023-cü il tarixində xitam olunmuş, lakin bu günə kimi o son haqq hesabını ala bilməmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh MMC-dən 2023-cü ilin oktyabr ayı üçün ödənilməmiş əmək haqqına görə 218,50 manat, ödənilməmiş məzuniyyət puluna görə 161 manat, ödənilməli olan əmək haqqının cavabdehin təqsirindən gecikdiyi hər günə görə ümumi məbləğin 1 faizi olan 340 manat və bu iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş iddia ərizəsinə yazılmasına görə ödənilmiş 50 manat və mediasiya üçün ödənilmiş 60 manat rüsumun, ümumilikdə 829,50 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona 2023-cü ilin oktyabr ayından ödənilməyən 218,50 manat əmək haqqı qalığı, 161 manat ödəniləcək məzuniyyət, 50 manat iddia ərizəsinin yazılmasına görə, mediasiya üçün ödənilmiş 60 manat və əmək haqqının gecikdirməsinə görə qarşı tərəfin ödəməli olduğu 1 % məbləğin, gecikmə günü 335 gün olmaqla 730 manat olmaqla, toplamda 1219,50 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Məhkəməyə cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında iddia ərizəsini müdafiə etdiyini bildirmiş, ona ödənilməmiş son haqq-hesabın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. İddiaçı 31.101.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli, 3-17- 5/2-S-754/2024 №-li məlumata əsasən, İddiaçı işəgötürən tərəfindən AR-ın Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Son haqq-hesabın ödənilməməsi ilə bağlı Cavabdeh MMC-nin vəzifəli şəxsi X1 barəsində AR-ın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin məcəllənin eyni maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı ilə Cavabdeh MMC işəgötürəni arasında xx.xx.2023cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR-ın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur.
10. İddiaçı məxsus xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.
11. "xxxx" ASC vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli, BPMASAN**********44 №-li mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən Bakı Şəhəri 31 saylı Vəkil Bürosunun hesabına 50 manat pul vəsaiti ödənilmişdir.
12. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir.
13. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:
24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 114.2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 143.1. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
18. 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
20. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh MMC işəgötürəni arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında, İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olması və həmin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR-ın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi işin mübahisəsiz halıdır.
21. İş materiallarına əlavə edilmiş X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli, 3-17-5/2-S-754/2024 №-li məlumata əsasən, işəgötürən tərəfindən İddiaçı AR-ın Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Son haqq-hesabın ödənilməməsi ilə bağlı Cavabdeh MMC-nin vəzifəli şəxsi X1 barəsində AR-ın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin məcəllənin eyni maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. (§9)
22. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən, İddiaçı son dəfə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində sentyabr ayı üzrə 315,88 manat məbləğində əmək haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, İddiaçı oktyabr ayı üzrə 23 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur.
23. Şərh edilənlərdən həmçinin, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları əsasında aparılan hesablama nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə 241,5 manat (315,88:30=10,5; 10,5x23=241,5) əmək haqqı ödənilməmişdir. Lakin, iddiaçı iddia tələbində 218,50 manat məbləğində ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 218,50 manat məbləğində ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 730 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı əmək haqqının gecikdirilməsinə görə cəriməni yalnız 2023-cü ilin oktyabr ayı üzrə tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən araşdırma məhz 2023-cü ilin oktyabr ayı üzrə ödənilməli olan əmək haqqı üzrə aparmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, 2023-cü ilin oktyabr ayı üzrə ödənilməli olan əmək haqqı 241,50 manat məbləğindədir. Belə olan halda, müəyyən olunur ki, 2023-cü ilin oktyabr ayı üzrə gecikdirilmiş günlərin sayı 335 gün (xx.xx.2023-xx.xx.2024) təşkil edir. AR ƏM-nin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. (§15) Qeyd edilənlərə əsasən müəyyən olunur ki, əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan cərimənin məbləği 2023-cü ilin oktyabr ayı üzrə 807,35 manat (2,41x335=807,35) təşkil edir. Lakin, iddiaçı məhkəmədən əmək haqqının gecikdirilməsinə görə 730 manat məbləğində cərimənin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 730 manat gecikdirilmiş əmək haqqına görə cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə iddia tələbinin 161 manat məzuniyyət pulunun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. AR-ın Əmək Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. (§15) Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 6 aydan çox əmək fəaliyyəti ilə məşğul olduğu üçün məzuniyyət hüququ yaranmışdır. AR-ın Əmək Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ödənilməli olan məzuniyyət pulunun məbləği 218,40 manat (315,88:30,4=10,4; 10,4x21=218,4) məbləğindədir. Lakin iddiaçı iddia ərizəsində 161 manat məzuniyyət pulunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən, 161 manat məzuniyyət pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş 218,50 manat əmək haqqı, əmək haqqının gecikdirməsinə görə qarşı tərəfin ödəməli olan 730 manat cərimə və ödənilməmiş 161 məzuniyyət haqqı tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 32,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
28. Məhkəmə qeyd edir ki, 60 manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
29. Məhkəmə qeyd edir ki , iddiaçı tərəfindən hüquqi yardıma çəkilmiş 50 manat xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh MMC-dən ödənilməmiş 218,50 manat əmək haqqı, əmək haqqının gecikdirməsinə görə qarşı tərəfin ödəməli olan 730 manat cərimə və ödənilməmiş 161 məzuniyyət haqqı olmaqla, ümumilikdə 1109,50 (min yüz doqquz manat əlli qəpik) tutularaq İddiaçı ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.
4. İddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin.
5. Ödənilməmiş 32,20 (otuz iki manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin.
6. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.
7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova