Məhkəmə qərarları › İş №2(011)-4893/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4893/2023

18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4893/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Əlövsət oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh Əlövsət oğluna qarşı – Cavabdeh Əlövsət oğlu tərəfindən ələ keçirilmiş 2000 manat əmlakının və tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunu ondan alınaraq iddiaçıya verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlövsət oğlu ilə bir neçə il əvvəl Bakıda qarpız satarkən tanış olmuşdur. Normal münasibətləri yaranmış, hətta onun evinə də qonaq getmişdir. Aralarında heç bir qeyri səmimi münasibət yaşanmamışdır. Bir gün Tərlan bildirmişdir ki, onun həkim tanışı var insanlara əlillik dərəcəsi düzəldə bilir. İddiaçı onun sözünü doğru qəbul edərək onunla bir kənddə yaşayan X3 uzun illərdir ki, ağır xəstəlikdən əziyyət çəkdiyini amma əlillik dərəcəsini ala bilmədiyi üçün Tərlandan Mansura köməklik göstərilməsini xahiş etmişdir.Tərlan bu işin müqabilində 3500 manat pul istədiyini bildirdi. Onlar Mansurla ikisi telefonla danışaraq 3000 manatla razılaşmışlar. Sonra Mansur iddiaçının kəndində yaşayan taksi xidməti ilə məşğul olan Ceyhun Şirinovdan 1500 manat pul göndərərək Tərlana verməyini xahiş etmişdir. Sonra Tərlan ondan əlavə olaraq 500 manat da istəmişdir. Mansurun pulu olmadığına görə iddiaçı borc alaraq Mansurun əvəzindən Tərlana əlavə 500 manat ümumilikdə 2000 manat pul vermişdir. Buna baxmayaraq 3 ildən artıq vaxt keçməsinə baxmayaraq Mansurun əlillik dərəcəsi Tərlan tərəfindən düzəlməmiş, hansı ki, Tərlan 3 ay ərzində bu işin düzələcəyinə söz vermişdir. Dəfələrlə edilən tələblərə baxmayaraq Tərlan aldığı 2000 manatı geri qaytarmamış,onlardan gizlənməyə başlamışdır. İddiaçı bildirir ki, məcburiyyət qarşısında qalaraq Xətai rayon polis şöbəsinə müraciət etmişdir. Şöbədə aparılan araşdırmalar zamanı Tərlan ondan aldığı 2000 manat pulu öz ehtiyacları üçün xərclədiyini etiraf etmişdir .İddiaçı onun onlara qarşı dələduzluq etdiyini, maddi ziyan vurduğu başa düşmüşdür. O 2000 manat iddiaçının əmlakını ələ keçirərkən onların ona olan inam və etibarından istifadə etmişdir.Bu barədə Xətai rayon Polis şöbəsində aparılmış təhqiqatda ətraflı olaraq tam məlumat verilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əlövsət oğlu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, Xətai RPİ-nin İstintaq Şöbəsinin 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı Səraslan oğlunun və X2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, Xətai RPŞ-nin İstintaq Şöbəsinin 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh Əlövsət oğlu izahatında bildirmişdir ki, 2 il bundan öncə yaşadığı evin yaxınlığında Əhəd adlı şəxs qarpız satarkən onunla tanış olmuşdur. 2020-ci ilin avqust ayında Əhəd ilə söhbət zamanı sonuncu Sabirabad rayonunda yaşayan qohumu X1 olan xəstəliklə bağlı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə təqaüd düzəlməsində köməklik etməyini xahiş etmiş, o Əhədə bir nəfər şəxslə danışdıqdan sonra ona bir söz deyəcəyini bildirmişdir. O əlillik dərəcəsinin müəyyən edilməsi üçün 3500 manat pula həll oluna biləcəyini bildikdən sonra Əhədə bu barədə demişdir. Əhəd onun mobil telefonunu qohumu Mansura vermişdir. Mansur onunla əlaqə saxladıqda ona əlillik dərəcəsinin müəyyən etmək üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Lakin ondan həmin pulu istəməmişdir. Mansur ona qiymətin baha olmasını bildirərək 3000 manatla razılaşıb əvvəl 2000 manat verəcəyini, təqaüd kartın aldıqdan sonra isə əlavə olaraq 1000 manatda verəcəyini demişdir. Mansur özünə və xəstəliyinə aid olan sənədləri Əhədin vasitəsi ilə ona göndərmişdir. Əhəd həmin sənədləri Bakı şəhəri, Xətai rayonunda ona vermişdir. 2020-ci ilin avqust ayının sonunda Əhəd onunla zəngləşərək Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsində yaşadığı evin yaxınlığından 1500 manat pulu ona vermişdir ki, pulu özündə saxlasın ki, birdən pulu lazım olan yerlər istəyərsə həmin şəxsə versin. Ona pulu özündə saxlamağı bildirdikdə Əhəd təkid ilə pulun onda qalmasını xahiş etmişdir. Təxminən 1 aydan sonra Əhəd yenidən onunla Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən Hərbi Akademiyanın yaxınlığında görüşüb 500 manat puluda ona vermişdir ki, Mansurun işlərini həll etsin. O Mansurun işi ilə bağlı bir neçə nəfərlə danışdıqdan sonra işin həll olunmadığını bildikdə Əhədə pulunu geri qaytaracağını bildirmişdir. Lakin həmin ərəfələrdə pulu öz şəxsi ehtiyaclarına və səhhətində olan xəstəliylə bağlı xərclədiyi üçün geri qaytara bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Mansur və Əhəd onun barəsində polisə şikayət etmişlər. Ulduz adlı şəxs tanımadığını, Əhədin yanında Ulduz adlı şəxsə zəng vurmadığını və ona belə bir şəxsində olduğunu demədiyini. İddiaçı həmin pulu özü ona təkidlə verərək onun qohumunun əlilik dərəcəsinin müəyyən olunaraq təqaüd alınmasında köməklik etsin. Lakin o həmin pulları xərclədiyi üçün ona kömək edə bilmədiyini, özünün 2-ci qrup əlil olduğunu, heç bir yerdə işləmədiyini, həmin pulu tez bir müddətdə qaytaracağına söz verdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 39 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Xətai RPŞ-nin İstintaq Şöbəsinin 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh Əlövsət oğlu tərəfindən verilmiş izahatdan görünür ki, X1 olan xəstəliklə bağlı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə təqaüd alınmasında köməklik olunması üçün İddiaçı ona Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsində yaşadığı evin yaxınlığından 1500 manat, daha sonra Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən Hərbi Akademiyanın yaxınlığında görüşüb 500 manat olmaqla cəmi 2000 manat pul vermişdir. Cavabdeh Əlövsət oğlu isə aralarında razılaşdıqları iş həll olunmadığı üçün pulu Əhədə qaytarcağını bildirsə də, o pulu öz şəxsi ehtiyaclarına və səhətində olan xəstəliylə bağlı xərclədiyi üçün geri qaytara bilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 2000 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia iş materiallarına əlavə olunmuş qərardakı cavabdehin izahatı ilə etiraf edildiyindən təmin edilməlidir Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə təsdiq olunduğundan, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh Əlövsət oğluna aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 39 çamat dövlət rüsumu Cavabdeh Əlövsət oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Əlövsət oğlundan 2000 manat (iki min) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 39 (otuz doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar