Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-494/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin ləğv edilməsi və görülən işin dəyərinin müəyyən edilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi və podrat müqaviləsi üzrə görülmüş işin məbləğinin 8000 manat müəyyən olunması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisində podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanında "xxxx" MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi yaşayış sahəsi 92,9 kv.metr olan 214 nömrəli mənzilin tam təmirinə görə sifarişçi X1 tərəfindən podratçı İddiaçı 15640 manat pul ödəməyini öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən ümumi təmir işlərinə qeyd edilən mənzilin dizayn işləri, işıq xətlərinin çəkilməsi və avadanlıqların quraşdırılması, su və kanalizasiya işlərinin görülməsi, aksessuarların alışı və quraşdırılması daxildir. Müqavilənin 1.2-ci bəndinə əsasən qeyd edilən məbləğin 3640 manat hissəsi təmir işləri bitdikdən sonra Podratçıya ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda qeyd edilən müqaviləni bağladıqdan sonra cavabdehlə razılaşaraq onun evini təmir etməyə başlamışdır. İddiaçı tərəfindən qeyd edilən mənzilin 70% təmir işləri görülmüşdür. Görülən işlər: arakəsmələr sökülmüşdür, yeni hamam və tualet otaqları inşa edilmişdir, otağın və zalın qarşısı hörülmüşdür, korridor və mətbəx alçeban vasitəsi ilə üzlənmişdir, elektrik xətləri tam çəkilmişdir, ev umumi dizayn edilmişdir, santexnika işləri görülüb qurtarmışdır, ümumi malyar işi görülmüşdür, ümumi evin yerinə beton styaşka verilmişdir, ümumi evin isti polu çəkilmişdir, isti polun üzərinə beton örtüyü verilmişdir, ümumi evin otaqlarının alçebanı vurulmuşdur. Beləliklə də, iddiaçı tərəfindən materialla birlikdə 8000 manat məbləğində iş görülmüşdür. Bundan sonra cavabdeh iddiaçıya pulunun olmamasını bildirərərək, pul əldə edən kimi iddiaçını işləməyə çağıracağını bildirmişdir. Lakin cavbadeh iddiaçını təmiri başa vurmağa çağırmamışdır. Beləliklə, müqavilə öhdəlikləri sifarişçi tərəfindən pozulmuşdur. İddiaçı cavabdehlə podrat müqaviləsi bağlasa da, onun mülkiyyətində onun icazəsi olmadan iş görə bilməz. İddiaçı Cavabdeh İddiaçı qarşı – cavabdehdən təmir üçün verilmiş 11700 manat vəsaitdən görülməmiş işlərin dəyəri kimi hesablanmış 8417 manat vəsaitin geri qaytarılması, mənəvi ziyan kimi qiymətləndirilmiş 20000 manat pul vəsaitinin cavabdehdən tutulması, məhkəmə xərci kimi vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat vəsaitin tutulması, cavabdehin əməlində cinayət tərkibinin olması ilə bağlı xüsusi qəradadın çıxarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanda "xxxx" MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi yaşayış sahəsi 92,9 kv.metr olan 214 nömrəli mənzilin tam təmirinə görə sifarişçi (Cavabdeh) tərəfindən podratçı İddiaçı 15640 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin 1.2-ci bəndinə görə “təmir işinin ümumi dəyərinin ilkin olaraq 5000 manat hissəsi əvvəlcədən avans şəkildə “Podratçı”ya ödənilir. Qalan 10640 manat məbləği 2021-ci ilin may ayının sonuna qədər olmaqla, xx.xx.2021-ci il tarixə qədər 3500 manat xx.xx.2021-ci il tarixə qədər 3500 manat və təmir işləri bitdikdən sonra 3640 manat ödənilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən ümumi təmir işlərinə yuxarıda qeyd olunan mənzilin dizayn işləri, işıq xəttlərinin çəkilməsi və avadanlıqların quraşdırılması, su və kanalizasiya işlərinin görülməsi, aksessuarların alışı və quraşdırılması daxildir. Podratçı təmir işlərini 2 ay müddətinə bitirməyi və mənzili təhvil verməyi öhdəsinə götürür. Müqavilənin şərtinə görə mənzildə təmir işlərinin son tamamlama müddəti xx.xx.2021-ci il tarixdə bitməli idi. Müqavilənin 2.1-ci bəndində qeyd edilir: “Hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımı qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar”. Müqavilənin 3.1-ci bəndinə görə “İcraçı-Podratçı”(lar) yerinə yetirən işləri başa çatdırdıqdan sonra “Sifarişçi”nin iştirakı ilə həmin işlərə baxış keçirərək təhvil verilir və “Sifarişçi”nin razılığı ilə qəbul edilir”. Podrat müqaviləsinin 5.1ci maddəsində qeyd edilir: “Hazırkı müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və öhdəliklər tam yerinə yetirilənədək etibarlıdır”. “Sifarişçi olaraq müqavilədə nəzərdə tutulmuş qaydada xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat və xx.xx.2021-ci il tarixdə 700 manat olmaqla ümumilikdə 11700 manat pulu nəğd şəkildə “Podratçı”ya ödəmişdir. Lakin “Podratçı” müqavilə öhdəliklərini yerinə yetirməyərək iddiaçıdan aldığı pulları şəxsi ehtiyaclarına xərcləyərək mənzildə təmir işləri aparmamışdır. İddiaçı təmir işlərinin ilk günlərində işlərin sürətli getməməsi ilə bağlı bir neçə dəfə “Podratçı”ya xəbərdarlıq etmiş lakin “Podratçı” hər dəfə narahatçılığa əsas yoxdur, təmiri müqavilədə nəzərdə tutulan vaxtda bitirəcəyini bildirmişdir. İddiaçı dəfələrlə Ruslana xx.xx.2021-ci il tarixə oğlunun toy məclisinin təyin edildiyini, bu səbəblə təmiri vaxtında bitirməsini bildirmişdir. Lakin Ruslan əksinə işlərin aparılmasını gecikdirir, özü isə günlərlə iddiaçı ilə əlaqəyə çıxmır, təmir yerinə gəlmirdi. Təmirə cəlb etdiyi fəhlələrə bir az cəld işləmələrini bildirdikdə fəhlələr Ruslan tərəfindən onlara gördükləri işə görə pul verilmədiyini bildirmişlər. Bundan sonra Ruslan hər dəfə bir bəhanə edərək işlərin görülməsindən yayınmağa başlamışdır. Nəhayət iddiaçı ilə hər cür görüşdən yayındığını görüb xx.xx.2021-ci il tarixdə Pretenziya yazaraq Ruslana rəsmi poçt-kuryerlə təqdim etmişdir. Göründüyü kimi müqavilədə işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan son müddət xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Təəssüflər olsun ki, Pretenziyanı aldıqdan sonra da Ruslanla əlaqə yaratmaq mümkün olmamışdır. İddiaçı Ruslanın qanunsuz hərəkətləri barəsində Xətai RPİ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Eyni zamanda oğlunun toy vaxtının yaxınlaşdığı üçün təcili şəkildə mənzildə təmir işlərinin aparılması üçün ustalarla təmasa keçmişdir. İddiaçı ustalarla təmirə başlamazdan əvvəl mənzildə aparılmış təmir işlərinin dəyərini müəyyən etmək üçün bu sahədə ixtisaslaşmış "xxxx" MMC ilə müqavilə bağlamışdır. Aparılmış araşdırmalara görə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli hesabata görə “Podratçı” tərəfindən 214 saylı mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 3283 manat təşkil edir. Beləliklə, iddiaçının “Podratçı”ya ödəmiş olduğu 11700 manatdan 3283 manat görülmüş işlərin dəyərini çıxdıqda “podratçı”nın iddiaçıya 8417 manat borcu qamışdır. Cavabdeh bu təqsirli hərəkətləri ilə iddiaçıya ciddi maddi və mənəvi ziyan vurmuşdur. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müqavilənin ləğv edilməsi hissəsində qəbul edərək, qarşılıqlı iddianı müdafiə etdilər və məhkəmədən ilkin iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslıdır. Buna görə, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış Podrat müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A saylı evin 214 saylı mənzilin tam təmirinə görə İddiaçı 15640 manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür. Təmir işinin ümumi dəyərinin ilkin olaraq 5000 manat hissəsi əvvəlcədən avans şəklində poratçıya ödənilir. Qalan 10640 manat məbləği 2021-ci ilin may ayının sonuna qədər olmaqla, xx.xx.2021ci il tarixə qədər 3500 manat, xx.xx.2021-ci il tarixə qədər 3500 manat və təmir işləri bitdikdən sonra 3640 manat ödənilir. Müqavilənin sonunda İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat alması barədə qeydlər edilmişdir. xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli № 11 saylı hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanda yerləşən evin 214 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 3283 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1408 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binanın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.metr olan 214 nömrəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3283 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı ilə ilk Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən, ilk iddiaçı ilk cavabdehə məxsus mənzili tam təmir etməli, bunun üçün ümumilikdə 15640 manat məbləğində pul vəsaiti ilk cavabdeh tərəfindən ona ödənilməli idi. Müqavilədə nəzərdə tutulduğu kimi müqavilə bağlanan zaman avans olaraq 5000 manat pul vəsaiti ilkin olaraq Cavabdeh tərəfindən İddiaçı ödənilmiş, qalan 10640 manat pul vəsaitinin isə hissələr şəklində olmaqla may ayının sonunadək 7000 manat ödənilməsi və mənzil xx.xx.2021-ci il tarixdə təhvil verildikdən sonra 3640 manat ödənilməsi razılaşdırılmışdır. İşin materialları ilə müəyyən edilir ki, podrat müqaviləsi üzrə nəzərdə tutulmuş vəsaitdən ümumilikdə 11000 manat (5000+1000+3000+2000=11000) ilk Cavabdeh tərəfindən ilk İddiaçı ödənilmişdir. Qeyd edilən hal isə tərəflərin hər hansı biri tərəfindən məhkəmə iclasında inkar edilməmişdir. İlk iddiaçı hazırda cavabdehlə bağlanmış podrat müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə mənzildə gördüyü işlərin 8000 manat dəyərində müəyyən edilməsini, qarşılıqlı iddiaçı isə tərəfindən verilmiş 11700 manat pul vəsaitindən görülməmiş işlərin dəyəri olaraq 8417 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı göstərilən hissələrdə qismən əsaslıdır. Belə ki, müqaviləyə görə sifarişçi Cavabdeh tərəfindən podratçı İddiaçı xx.xx.2021-ci il tarixə qədər ümumilikdə 12000 manat ödəməli olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə artıq məbləğin 11000 manat hissəsi podratçıya ödənilmişdir. Mənzildə podratçı tərəfindən görülmüş işlərin dəyəri isə ixtisaslaşmış "xxxx" MMC tərəfindən 3283 manat və həmçinin iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə 3283 manat olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş ekspert rəyini iş üzrə mötəbər sübut növü kimi qəbul edir və onunla razılaşır. Göründüyü kimi, ilk İddiaçı podrat müqaviləsi üzrə mənzildə gördüyü işlərin dəyəri Cavabdeh qəbul etdiyi pul vəsaitinə nisbətdə xeyli az olmuş və artıq xx.xx.2021-ci ildə müqavilənin bağlanmasından 1 ay keçməsinə və müqavilənin müddətinin bitməsinə 1 ay qalmasına baxmayaraq, mənzildə görülməli işlər tam icra edilməmişdir. Göstərilən hallar podrat müqaviləsi üzrə öhdəliklərin İddiaçı tərəfindən pozulması barədə nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi barədə ilkin iddia tələbi hər iki tərəf müqavilənin ləğv edilməsini xahiş etdiklərindən, təmin edilməli və podrat müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə ki, ilk iddiaçı müqavilə üzrə gördüyü işlərin dəyərinin ümumilikdə 8000 manat olmasını qeyd etsə də, lakin görülmüş işlərin dəyərinin 3283 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia göstərilən hissədə qismən təmin edilərək, ilk iddiaçı tərəfindən mənzildə görülən işlərin ümumi dəyəri 3283 manat müəyyən edilməlidir. Qarşılıqlı iddianın cavabdehdən 8417 manat məbləğində pul vəsaitinin tutulması barədə hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə verdiyi pul vəsaitinin ümumi məbləğini 11700 manat olaraq göstərsə də, lakin qarşılıqlı iddiaçı tərəfindən cavabdehə ümumilikdə 11000 manat pul vəsaitinin verilməsi iş materialları ilə sübuta yetirildiyindən, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 7717 manat (11000-3283=7717) məbləğində pul vəsaiti tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin qarşılıqlı iddianın 20000 manat məbləğində mənəvi ziyanın tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 20000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat vəsaitin tutulması barədə hissəsinə qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə də sübut edilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddianın cavabdehin əməlində cinayət tərkibinin olması ilə bağlı xüsusi qəradadın çıxarılması barədə hissəsinə qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu tələb prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 105,4 manat məbləğində dövlət rüsumunun qarşılıqlı cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə təmin edilməli və cavabdeh İddiaçı 105,4 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən görülmüş işin dəyəri 3283 (üç min iki yüz səksən üç) manat müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 7717 (yeddi min yeddi yüz on yeddi) manat məbləğində pul vəsaiti və 105,4 (yüz beş manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-494/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-494/2022
14.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver