Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4977/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “əmlak bölgüsü” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş, ipoteka ile yüklü edilmiş, ünvan 1 ünvanındakı daşınmaz əmlakın alınmasına xərclənmiş 31500 (otuz bir min beş yüz) manatın ½ hissəsinin, yəni 15750 (on beş min yeddi yüz əlli) manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş, ipoteka ile yüklü edilmiş, ünvan 1 ünvanındakı daşınmaz əmlaka İddiaçı ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, tərəflər mübahisəli əmlakla bağlı razılığa gəliblər, onlar arasında bununla bağlı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanıb, hazırda tərəflər Barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər. Sonda T.A.X1 təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə evin satılması və əldə olunmuş vəsait hesabına ona pul ödənilməsi barədə razılaşıblar, Barışıq Sazişi üzrə öhdəliklərini yerinə yetirəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mübahisənin həlli barədə tərəflər arasında razılıq əldə olunduğundan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli ”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən, ünvan 2 ünvanında qeydiyyatda olan mülki iş üzrə İddiaçı, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan mülki iş üzrə Cavabdeh hazırda Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında baxılmaqda olan 2(011)-4977/2023 saylı mülki işdə aşağıdakı şərtlərlə bu sazişi imzalayır:
1. İddiaçı, cavabdehə qarşı irəli sürdüyü ünvan 3 ünvanındakı daşınmaz əmlakın alınmasına xərclənmiş pulun ½ hissəsi olan 15.750 manat pul tələbi, eləcə də. sonradan iddianın dəyişdirilməsi qaydasında irəli sürdüyü ünvan 3 ünvanındakı daşınmaz əmlaka ½ pay hüququnun tanınması iddialarından tam olaraq imtina edir. Bununla da iddiaçı cavabdehlə nikah müddətində əldə etdikləri ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair bütün hüquqlarından imtina edir və həmin əmlak üzərində cavabdehin tam payda mülkiyyət hüququnu tanıyır (təsdiq edir).
2. Cavabdeh, bu barışıq sazişinin təsdiq olunduğu vaxtdan hesablanmaqla ən geci 4 (dörd) ay müddətində ünvan 1 ünvanındakı daşınmaz əmlakın satışını təmin edir və satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya 18.000 (on səkkiz min) manat pul verir.
3. Sözügedən mənzilin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı ondan tələb olunan sənədləşmə hərəkətlərini (lazımı ərizələrin, digər sənədlərin verilməsini, zəruri digər hərəkətlərin edilməsini) vaxtında edəcəyinə təminat verir.
4. İddiadan imtianın və işi barışıq sazişi ilə yekunlaşdırmağın prosessual hüquqi nəticələri tərəflərə məlumdur.
5. Barışıq sazişi üç nüsxədə imzalanır və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. İddiaçı Cavabdeh oğluna qarşı “əmlak bölgüsü” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəhriyar Əliyev