Məhkəmə qərarları › İş №2(011)-5077/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5077/2022

07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5077/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişini təqdim edərək, tərəflərin barışıq sazişi bağladıqlarını bildirdilər və barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində övladlarını saxlamağa maddi imkanının olduğunu və qarşı tərəfdən heç bir istəyinin olmadığını və olmayacağını göstərmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdeh ərizələrlə məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh keçmiş həyat yoldaşı olan İddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 (FİN-kod 6689K4G) və xx.xx.2020-ci il təvəllüdlü X3 (FİN-kod 8UUCG06) 18 yaşları tamam olan günədək anaları olan İddiaçı, nənələri olan X2 və dayıları olan X1 ilə birlikdə Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə gedib qayıtmalarına dair notarial qaydada razılıq ərizəsini imzalamağı və həmin ərizəni ləğv etməməyi öz öhdəliyinə götürür. 1.2. Həmçinin onu da bildirir ki, Bakı şəhəri, Nizami Rayon İcra Şöbəsinin icraatında olan, uşaqlarıyla konkret vaxtlarda görüş barədə tələbindən imtina edir. 1.3. İddiaçı, onun iştirakı olmadan uşaqların bütün sənəd işləri ilə bağlı olan (təhsil müəssisəsi seçimi, şəxsiyyət vəsiqələrini və xarici pasportları dəyişdirmək, yenisini almaq və s.) hər bir səlahiyyətləri ötürmək barədə notarial qaydada razılıq ərizəsini imzalamağı öhdəliyinə götürür. 1.4. Cavabdeh bildirir ki, uşaqlarla bağlı gələcəktə rəsmi görüş tələbi olmayacaq. Bu bənddə yazılanlara tam əməl etməyi və onları heç bir halda pozmamağı öz öhdəliyinə götürür. 2. 2.1. İddiaçı keçmiş həyat yoldaşı olan Cavabdeh qarşı (həmçinin onun ailə üzvlərinə qarşı), birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 (FİN-kod 6689K4G) və xx.xx.2020-ci il təvəllüdlü X3 (FİN-kod 8UUCG06) görə Azərbaycan Respublikası qanunvericiliyi ilə, habelə beynəlxalq normalarla tənzimlənən istənilən səbəbdən (uşaqların yaşayışı, bəslənib saxlanması, təhsili, səhhəti, mümkün ola biləcək bütün digər hadisələr, o cümlədən fövqəladə hallar, müharibə vəziyyəti və sair hallar da daxil olmaqla) hal-hazırda heç bir aliment (və ümuniyyətlə digər bu qismdən olan pul vəsaiti, yaxud maddi yardım), o cümlədən heç bir ev, mənzil, topraq sahəsi, mal-mülk, obyekt, avtomobil, yaşayış sahəsi hüququ və sairələr barədə (yəni daşınar və daşınmaz əmlak və əmlak hüquqları ilə bağlı) iddia tələbləri yoxdur və gələcəkdə də yuxarıda sadalanan və təxmin oluna bilən başqa heç bir səbəblərdən də olmayacaqdır. Cavabdeh qarşı (həmçinin onun ailə üzvlərinə qarşı) yuxarıda sadalanan bütün mümkün ola biləcək iddialardan bütövlükdə imtina edir, həmin hallara dair hər hansı tələb, etiraz irəli sürmür və sonradan heç bir halda bu mövzuda heç bir iddiası, ərizəsı, şikayəti, vəsatəti və yaxud hər hansı digər bir müraciəti (tələbi) heç bir dövlət və qeyri dövlət orqanlarına, məhkəməyə və ya hər hansı orqanlara və təşkilatlara olmayacaqdır. Bu bənddə yazılanlara tam əməl etməyi və onları heç bir halda pozmamağı öz öhdəliyinə götürür. 2.2. Həmçinin İddiaçı bildirir ki, Cavabdeh keçmiş həyat yoldaşı kimi, Azərbaycan Respublikası qanunvericiliyi ilə, habelə beynəlxalq normalarla tənzimlənən istənilən səbəbdən Cavabdeh qarşı (həmçinin onun ailə üzvlərinə qarşı), özünün yaşamağı, saxlanıb bəslənməyi üçün də hal-hazırda heç bir aliment (və ümumiyyətlə digər bu qismdən olan pul vəsaiti, yaxud maddi yardım), o cümlədən heç bir ev, mənzil, topraq sahəsi, mal-mülk, obyekt, avtomobil, yaşayış sahəsi hüququ və şairələr barədə (yəni daşmar və daşınmaz əmlak və əmlak hüquqları ilə bağlı) iddia tələbləri yoxdur və gələcəkdə də yuxarda sadalanan və təxmin oluna bilən başqa heç bir səbəblərdən də olmayacaqdır. Cavabdeh qarşı (həmçinin onun ailə üzvlərinə qarşı) yuxarıda sadalanan bütün mümkün ola biləcək iddialardan bütövlükdə imtina edir, həmin hallara dair hər hansı tələb, etiraz irəli sürmür və sonradan heç bir halda bu mövzuda heç bir iddiası, ərizəsi, şikayəti, vəsatəti və yaxud hər hansı digər bir müraciəti (tələbi) heç bir dövlət və qeyri dövlət orqanlarına, məhkəməyə və ya hər hansı orqanlara və təşkilatlara olmayacaqdır. Bu bənddə yazılanlara tam əməl etməyi və onları heç bir halda pozmamağı öz öhdəliyinə götürür. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar