Məhkəmə qərarları › İş №2(011)-5081/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5081/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5081/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehə məxsus olub ünvan 1 ünvanda yerləşən, 02 noyabr 2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında şəxsi mülkiyyətinə verilmiş mənzilindəki aşağıdakı ev əşyalarının: yataq mebeli, qabaq stolu və 6 ədəd stullar, künc divan – 1, pərdələr – 2, 2 x 3, 1 x 2 ölçülü gəvələr 2 ədəd, paltaryuyan maşın – 1, döşək – 1, yorğan – 1, balınc – 2, mətbəx stolu – 1, stullar – 4, soba – 1, soyuducu – 1, ətçəkən maşın – 1, toster-yemək qızdırıcı – 1, meyvə qabı – 1, yemək dəsti – 1 dəst, çaynı serviz – 1 dəst, qaşıq dəsti – 1 dəst, ütü stolu – 1 ədəd mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçının sabiq gəlini, iddiaçının oğlu X1 arvadıdır. Cavabdehin, iddiaçının oğlu Anar Hüseynovla ailə münasibəti pozulduğuna görə faktiki olaraq ayrılmışlar və cavabdeh atası evində yaşayır. Cehiz əşyalarını isə Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 28, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, 02 noyabr 2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçının şəxsi mülkiyyətində olan mənzilə yığmışdır. İddiaçının oğlu ilə cavabdehin ailə münasibətinin pozulmasına görə oğlu cavabdehə qarşı nikahın pozulmasına dair məhkəmədə iddia qaldırır. Dəfələrlə cavabdehə təklif etməyinə baxmayaraq cavabdeh özünə məxsus olan cehiz əşyalarını mənzildən çıxarmır, nəticədə iddaiçının mənzildən istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin əşyalarında iddiaçının gözü yoxdur. Ancaq cavabdehə məxsus olub evdə saxladığı əşyalarının adlarını tam bilmədiyinə görə dəqiq siyahısını göstərə bilmir, ancaq nəyi vardırsa, evdədir, mənzildən çıxarmasına mane olmayacaq. Cavabdehə məxsus ev əşyalarının siyahısı: yataq mebeli, qabaq stolu və 6 ədəd stullar, künc divan, pərdələr, 2x3, 1x2 ölçülü gəvələr, paltaryuyan maşın, döşək - 1, yorğan - 1, balınc - 2, mətbəx stolu - 1, stullar - 4, soba - 1, soyuducu - 1, ətçəkən maşın - 1, toster-yemək qızdırıcı - 1, meyvə qabı, yemək dəsti - 1 dəst, çaynı serviz - 1, qaşıq dəsti - 1, ütü stolu - 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində “digər qohumlar” ifadəsi AR Ailə Məcəlləsinin 15-ci fəslinin müdəalarına əsasən cavabdeh iddiaçının ailə üzvü deyildir və digər qohumları da hesab edilə bilməz. Bu səbəbdən Mənzil qanunvericiliyinin və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarının tələblərinə əsasən cavabdehin iddiaçının evindən istifadə hüququ mövcud deyildir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, həmin cehiz əşyaları ona məxsusdur və cehiz əşyaları sözügedən ünvandadır. Cavabdeh özü isə həmin ünvanda yaşamır. İddiaçının oğlu ilə onun arasında bağlanmış nikah pozulmamışdır. O, özü də əşyalarını mənzildən çıxarmaq niyyətindədir. İşin faktiki halları: İşin münahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh arasında nikah münasibətləri mövcuddur. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1 (köhnə qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, ev 26, mənzil 139) iddiaçının xüsusi mülkiyyətindədir. İddia tələbində çıxarılması xahiş edilən əmlaklar cavabdehə məxsus cehiz əşyaları olmaqla hazırda iddiaçının mənzilindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, qeyd edilən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı göstərilən mənzilin mülkiyyətçisi olduğundan o, həmin mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin özünə məxsus əşyalarını qeyd edilən mənzildən çıxarmaması nəticəsində iddiaçıya göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən Cavabdeh əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh bu mənzildə əşyalarının olması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus əşyalar – yataq mebeli, qabaq stolu və 6 ədəd stullar, künc divan – 1, pərdələr – 2, 2 x 3, 1 x 2 ölçülü gəvələr 2 ədəd, paltaryuyan maşın – 1, döşək – 1, yorğan – 1, balınc – 2, mətbəx stolu – 1, stullar – 4, soba – 1, soyuducu – 1, ətçəkən maşın – 1, toster-yemək qızdırıcı – 1, meyvə qabı – 1, yemək dəsti – 1 dəst, çaynı serviz – 1 dəst, qaşıq dəsti – 1 dəst, ütü stolu – 1 ədəd iddiaçının mülkiyyətində olan ünvan 1 (köhnə qaydalarla: ünvan 2 ünvandan çıxarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 100 manat vəsait alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus əşyalar – yataq mebeli, qabaq stolu və 6 ədəd stullar, künc divan – 1, pərdələr – 2, 2 x 3, 1 x 2 ölçülü gəvələr 2 ədəd, paltaryuyan maşın – 1, döşək – 1, yorğan – 1, balınc – 2, mətbəx stolu – 1, stullar – 4, soba – 1, soyuducu – 1, ətçəkən maşın – 1, toster-yemək qızdırıcı – 1, meyvə qabı – 1, yemək dəsti – 1 dəst, çaynı serviz – 1 dəst, qaşıq dəsti – 1 dəst, ütü stolu – 1 ədəd iddiaçının mülkiyyətində olan ünvan 1 (köhnə qaydalarla: ünvan 2 ünvandan çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 100 (bir yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar