Məhkəmə qərarları › İş №2(011)-5122/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5122/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5122/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olaraq, cəmi 400 manat sabit aliment tutularaq mənə İddiaçı verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə yaşadığı dövrdə üç övladı: xx.xx.2005-ci il tarixdə X6, xx.xx.2007-ci il tarixdə X8 və xx.xx.2010-cu il tarixdə X9 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5903/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılıb. xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq ilkin iddia üzrə cavabdeh İddiaçı hər ay 160 manat məbləğində sabit pul şəklində aliment Cavabdeh xeyrinə tutulması, ilkin iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Həmin iş üzrə 13 dekabr 2019-cu il tarixli 2(011)-5903/2019 saylı icra Vərəqəsi verilib. Hal-hazıra iddiaçının yanımda qalan iki uşağın bütün maddi ehtiyaclarını ödəyirəm. Uşaqları kurslara, hazırlıqlara da gedirlər. Bununla bağlı xərcləri də o, ödəyir. Nəsibli Şəhla anasının yanında yaşasa da, onun da ali təhsil müəssisinə qəbul edilməsi üçün getdiyi hazırlıqların da haqqını ödəyirəm. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5903/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edəsiniz. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(011)- 5903/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş X1 üçün təyin edilmiş alimenti ödəməkdən azad edilməsi barədə barədə qətnamə xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq ilkin iddia üzrə cavabdeh İddiaçı hər ay 160 manat məbləğində sabit pul şəklində aliment Cavabdeh xeyrinə tutulması, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-344/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(011)-5903/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2-ci maddə). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (106.3-cü maddə). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ müvafiq sənəd əsasında təsdiq edildiyindən, habelə cavabdehin iddia ərizəsini etiraf etməsi məhkəmə tərəfindən qəbul edildiyindən, iddia əsaslı hesab edilərək təmin edilməli, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(011)- 5903/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 160 manat məbləğində sabit pul şəklində aliment ödəmək öhdəliyindən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(011)- 5903/2019 qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 160 manat məbləğində sabit pul şəklində aliment ödəmək öhdəliyindən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar