Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5288/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh saytına qarşı “müəlliflik və əlaqəli hüquqların müdafiəsi, hüquqların pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC Cavabdeh saytına qarşı “müəlliflik və əlaqəli hüquqların müdafiəsi, hüquqların pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, megago.net saytının “xxxxxxxxxxxxxxxx”nın istehsal etdiyi dublyajların yayımını dərhal dayandırması və əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı qanunsuz hərəkətlərə görə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən 55.000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsindən görünür ki, ərizə iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru X2 tərəfindən verilməklə onun tərəfindən imzalanmış, lakin iş materiallarına X1 həqiqətən də iddia ərizəsini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə onun səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh saytına qarşı “müəlliflik və əlaqəli hüquqların müdafiəsi, hüquqların pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5288/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5288/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver