Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5297/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016cı ildə nikaha daxil olmuş və həmin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladları olmuşdur. Cavabdehlə bağlanmış nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və ona Xətai rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ №386466 nömrəli nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. Xətai Rayon Məhkəməsi müvafiq iş üzrə həmçinin qət etmişdir ki, övladı xx.xx.2016-cı il təvəllüdlü X8 onun yanında qalsın və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat məbləğində sabit pul şəklində aliment tutulsun. O, sonuncu dəfə cavabdehdən 2022-ci il fevral ayında uşağının saxlanılması üçün aliment ödənişini almışdır. Həmin vaxtı o, övladı X3 adını Adel adı ilə dəyişmək və onun yetkinlik yaşına çatanadək onunla birgə ölkədən çıxmağına izn verilməsi üçün cavabdehə təklif göndərmişdir. Onlar mediasiya reyestrində (M-00192) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə 15 mart 2022-ci ildə müvafiq məsələ ilə bağlı barışıq sazişi imzalamışlar. Sazişin şərtlərinə əsasən, o, öz himayəsində olan övladı X6 yetkinlik yaşına çatana qədər cavabdeh tərəfindən alimentin ödənilməsindən imtina etmişdir. Cavabdeh isə X3 adını Adel ilə dəyişmək və onun yetkinlik yaşına çatanadək onunla birgə ölkədən çıxmasına icazə vermişdir. O, artıq övladının adını dəyişdirmək fikrindən daşınmış və barışıq sazişinin bağlandığı vaxt ölkədən tez-tez xaricə çıxıb gəlməklə bağlı planları olsa da, artıq elə planları yoxdur. Alimentdən imtina etməsi ciddi maddi sıxıntılarının yaranmasına gətirib çıxarmışdır. Təkbaşına himayəsində olan övladına istədiyi kimi həyat qurmaqda çətinlik çəkir. Buna görə də, övladı X1 atası Cavabdeh alimentin tutulmasına çox ehtiyac duyur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə övladları 31 dekabr 2016-cı il təvəllüdlü X2 üçün cavabdehdən hər ay sabit pul məbləği şəklində 193 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, hazırda evləndiyini və həmin nikahdan bir övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8131/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 03 aprel 2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 31 dekabr 2016-cı il təvəllüdlü X3 anası Cəbrailova (Rəsulova) Zeynəb Ramiq qızının yanında qalması və 31 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaı üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cəbrailova (Rəsulova) Zeynəb Ramiq qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənın surətindən görünür ki, Cavabdeh ilə Cəbrailova (İbrahimova) İradə Yusif qızı arasında 23 iyul 2021-ci il tarixdə nikah bağlanmış və 1674 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 789481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 avqust 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8131/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək, tərəflərin birgə nikahlarından olan 31 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cəbrailova (Rəsulova) Zeynəb Ramiq qızına ödənilməsi qət edilsə də, sonradan iddiaçı alimentdən imtina etdiyinə görə alimentin tutulması dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh 31 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment bununla bağlı iddiaçı tərəfindən ərizə məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 31 dekabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment iddiaçı Rəsulova (Cəbrailova) Zeynəb Azər qızının xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5297/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5297/2022
24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver