Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5334/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Mövlud qızının və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 əməliyyatı üçün çəkilmiş 1495 manat xərcin yarısının və mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il təvəllüdlü X5 tərəflərin birgə nikahlarından doğulmuşdur. Bu ilin mart ayının 25-də uşağın ayaq barmağının arasında şiş (törəmə) aşkar olunmuşdur. Həmin günlər bayram günləri olduğu üçün uşağı özəl xəstəxanaya aparmış və məlum olmuşdur ki, uşaq əməliyyat olunmalıdır. Həmin vaxt o, qarşı tərəfdən maddi yardım edilməsini xahiş etmiş, lakin onlar yardım etməmişdir. Başqa şəxslərdən borc alaraq uşağı əməliyyat etdirmişdir. Əməliyyat və analizlər 1495 manata başa gəlmişdir. Həmin xərclərin 50 faizi və mediasiya xərcinin cavabdehdən tuutlmasını xahiş edir. Cavabdeh iddiaya yazılı etiraz verərək, bildirmişdir ki, o, dövlət qulluğunda işləyir, 660 manat maaş alır. Himayəsində yeni ailəsindən 2 azyaşlı övladı, 1-ci qrup xəstə əlil anası var. Onun əlavə pul ödəməyə imkanı yoxdur. Başqa yerdən gəlir və qazancı gəlmir. Aldığı əmək haqqı ilə ailəsini zorla doldurur. Hazırda hər ay 246 manat aliment və 50 manat əlavə xəstəlik pulu ödəyir. Yəni, hər ay 296 manat pul ödəyir. Bu da maaşının yarısı deməkdir. 2018-ci ilin mart ayından bu günə kimi 4500 manat xəstəlik pulu ödəmişdir və hər ay 50 manat ödəyir. İddiaçı həmin pulu hara xərclədiyini izah etməlidir. Onun əlavə pul ödəməyə imkanı yoxdur. İddiaçı dövlət xəstəxanalarına və sığortaya müraciət etməyib, qərəzli olaraq ona məsləhət etmədən özəl klinikaya müraciət edib. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6116/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, X3 bronxial allergiya, asmatik bronxit, ağır dərəcəli bronxial astma xəstəlikləri olduğundan atası Cavabdeh əlavə olaraq hər ay 50 manat vəsaitin tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir. X10 tərəfindən verilmiş xəstə Nuray İbrahimovanın MRT nəticəsindən görünür ki, onun sağ ayaq pəncəsində lezyon müşahidə olunur. Histopatoloji verifikasiya lazım bilinir. X9 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 həqiqətən xx.xx.2025-ci il tarixində “X10” MMC-də “sağ pəncədə V-Vİ falanqalarının ortasında ateroma” diaqnozu ilə ümumi anestaziya altında “ateroma ləğvi” cərrahi əməliyyatı icra olunmuşdur. Xəstəyə 2 həftə ambulator müalicə təyin edilmişdir. Ödəniş qəbzləri və X9 analiz vərəqələrindən görünür ki, X1 müayinəsi, müalicəsi və əməliyyatı üçün 1495 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin təyinatı uşağın saxlanılması, gündəlik tələbatlarının qarşılanmasıdır. Eləcə də, uşaqda olan hər hansı xəstəlik səbəbindən əlavə xərc üçün təyin edilmiş hər ay ödənilməli alimentin təyinatı məhz həmin xəstəliklə əlaqədar uşağın müayinə və müalicəsinin təmin edilməsidir. Ailə Məcəlləsi uşağın uzun müddət davam edən xəstəliyi, əlilliyi ilə əlaqədar hər ay ödənilməli olan sabit pul məbləğində əlavə xərclərə görə aliment təyin edilməsi imkanı ilə yanaşı, valideynləri artıq faktiki olaraq çəkilmiş əlavə xərclərə cəlb etmək imkanını da nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin uşağın saxlanılması üçün aliment, eləcə də “bronxial allergiya, asmatik bronxit, ağır dərəcəli bronxial astma” xəstəlikləri üçün əlavə xərclərə görə aliment ödəməsi, onun uşaqda qəfil yaranmış “sağ pəncədə V-Vİ falanqalarının ortasında ateroma diaqnozu” ilə əlaqədar çəkilmiş müayinə, müalicə və əməliyyat xərclərinin ödənilməsində iştirakını istisna etmir. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş X4 həqiqətən “sağ pəncədə V-Vİ falanqalarının ortasında ateroma” diaqnozu qoyulmuş, uşağın həmin xəstəliklə əlaqədar müayinə, müalicə və əməliyyatı üçün anası tərəfindən 1495 manat xərc çəkilmişdir. Ona görə də, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, uşağın müalicəsinə çəkilmiş 1495 manat pulun yarısı, yəni 747,5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 747,5 manat tutularaq İddiaçı ödənilsin. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-5334/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5334/2025
03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver