Məhkəmə qərarları › İş №2(011)-538/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-538/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-538/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “öhdəliklərə xitam verilməsinə və ipotekanın yenidən maliyyətləşdirilməsinin yerinə yetirilməsinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, İP-00013-00/221A saylı kredit müqaviləsi üzrə birgə borcları kimi hüquq və öhdəliklərinə xitam verilməsinə, müqavilənin digər hissələrdə dəyişdirilmədən saxlanılmasına, ipotekanın yenidən maliyyələşdirilməsinin bu fakt nəzərə alınmaqla həyata keçirilməsinə, iddia qaldırılması üçün 100 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh1 onu xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “öhdəliklərə xitam verilməsinə və ipotekanın yenidən maliyyətləşdirilməsinin yerinə yetirilməsinə dair” iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar