Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5392/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X2rşı “əmlakın ipoteka yüklülüyündən azad olunmasına maneələrin aradan qaldırılması və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, Cəlilabad rayonu, Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsi, ev 109 ünvanda yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzilin ipoteka yüklülüyündən azad olunmasına maneələrin aradan qaldırılması və həmin əmlaklar üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC ilə iddiaçının arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1118 saylı kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx xxxxxx 2013-cü il tarixli 1118/2 saylı ipoteka müqaviləsinə, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzil xx xxxxxx 2013-cü il tarixli 1118/3 saylı ipoteka müqaviləsinə müvafiq olaraq Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 ASC ilə iddiaçının arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1118 saylı kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən bank qarşısında tam icra olunmasına baxmayaraq dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər etsə də, qeyd olunan əmlaklarının üzərindən ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv olunması cavabdeh təşkilatlar tərəfindən icra edilmir. Belə ki, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC əmlakların üzərindən ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə etiraz etmədiyini bildirsə də, digər cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ləğv prosesində olan Cavabdeh1 ASC-nin agentlik qarşısında olan borc öhdəliyini tam icra etməməsini əsas gətirərək əmlakların ipoteka yüklülüyündən azad edilməsinə razılıq vermir. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı və 8 saylı X5 isə agentliyin razılığı olmadan ərizənin icrasının mümkün olmadığını bildirmişlər. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının iddia tələbinin əsasını kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərin icra olunması təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1118 saylı kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx xxxxxx 2013-cü il tarixli 1118/2 saylı ipoteka müqaviləsinə, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzil xx xxxxxx 2013-cü il tarixli 1118/3 saylı ipoteka müqaviləsinə müvafiq olaraq Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC-nin məktublarından görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1118 saylı kredit müqaviləsi üzrə öhdəliklər bank qarşısında tam icra olunmuşdur. Bank ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzilin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X6 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ayrılmış vəsait üzrə Agentlik qarşısında olan borc öhdəliyi tam icra edilmədiyindən kreditin təminatı kimi təqdim edilmiş əmlakların ipoteka yüklülüyündən azad olunması mümkün olmamışdır. Mübahisəli əmlaklarla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Agentliyin razılığı olmadan ipoteka yüklülüyünün ləğv olunmaması barədə məktubu idarəyə daxil olduğundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X8 tərəfindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə yuxarıda sadalananlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, öz borcunu ödəmişdir. Onun bank qarşısında hər hansı borc öhdəliyi qalmamışdır. Bu hal ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinə verilmiş məktubla da sübuta yetirilmişdir. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş mübahisəli əmlakların ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı Cavabdeh1 ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı X4 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məktub göndərilmişdir. Lakin həmin məktub cavabdeh təşkilatlar tərəfindən icra edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı bank qarşısında öz öhdəliyini tam şəkildə icra etmişdir. Cavabdehlərin birinin digəri qarşısında olan öhdəliyinin yaranması onun təqsirindən baş verməmiş, onun həmin öhdəliklə bağlılığı müəyyən edilməmişdir. İşin bu cür halında iddiaçıya məxsus olan əmlakların ipoteka yüklülüyündən azad edilməsinə cavabdehlər tərəfindən törədilmiş maneələr onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törətmiş və onun konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, Cəlilabad rayonu, Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsi, ev 109 ünvanda yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzilin ipoteka yüklülüyündən azad olunmasına maneələrin aradan qaldırılması və həmin əmlaklar üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi cavabdehlərə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, Cəlilabad rayonu, Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsi, ev 109 ünvanda yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 1D, mənzil 12 ünvanda yerləşən mənzilin ipoteka yüklülüyündən azad olunmasına maneələrin aradan qaldırılması cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilsin. Həmin əmlaklar üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X4 həvalə edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5392/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5392/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver