Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-540/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə ödənilmiş 5000 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində rüsumun, ümumilikdə 5030 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməi tələbinə dair iddia ilə məhkəməyə müraciət edtmişdir. Mülk işin məhkəmə baxışı zamanı iddiaçı verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Şahid arasında xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh məxsus icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1ci bəndinə görə müqavilədə göstərilən daşınmaz əmlakın icarə hüququnun satış qiyməti 10000 manat müəyyən edilmişdir. Tərəflərin arasında olan razılaşmaya əsasən bu məbləğin 5000 manatını iddiaçı nağd şəkildə, müqavilə bağlanan anda qarşı tərəfə ödəmiş, qarşı tərəf isə gələcəkdə alqı-satqı müqaviləsi bağlanan zaman bu məbləğin nəzərə alınacağı barədə öhdəlik götürmüşdür. Eyni müqavilənin, 2.4-cü bəndinə görə cavabdeh istifadəsində olan daşınmaz əmlakın icarə hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən Çıxarışın, İcra Hakimiyyətindən özgəninkiləşdirilməyə razılıq məktubunun, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair (yüklülüklə bağlı dövlət reyestrindən) arayışın, onun özünün və səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq icarə hüququnun iddiaçıya satılması, alqı-satqı müqaviləsinin bağlanılması və həmin əmlakın iddiaçının mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh məxsus icarə hüququnun alqı-satqısına dair ilkin müqavilədən onun xəbəri olmamışdır. Belə ki, Şahid iddiaçının etibarından sui-istifadə etmiş, başqa əqdlərin rəsmiləşdirilməsi üçün verilmiş etibarnamədən istifadə etmiş və yuxarıda qeyd edilən əqdi cavabdehin məlumatı olmadan bağlamışdır. Müqavilə üzrə 5000 manat məbləğində pulu da Şahid mənimsəmişdir. Şahid ona qarşı da cinayət törədib, Cavabdeh aldadaraq, ondan 2000 manat məbləğində pulu alıb mənimsəmişdir. Baş verən hadisələr ilə bağlı məlumat aldıqdan sonra o, Şahid verdiyi etibarnaməni ləğv etmişdir. İlkin müqavilədə müəyyən edilən şərtlərinə uyğun olaraq əsas alqı-satqı müqaviləsinin imzalanmadığından sonra İddiaçı ona müraciət etmiş, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində isə pretenziya məktubu göndərmişdir. Bundan sonra o, müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi faktiki mövcud deyil. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı 5000 manat məbləğində pulu ondan deyil, Şahid istəməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixində Cavabdeh ilə İddiaçı arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə imzalanmışdır. Cavabdeh əvəzinə müqaviləni Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə verilmiş 1303 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Şahid imza etmişdir. Mülki iş materiallarında olan pretenziya məktubundan və cavabdehin izahatından müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh, xx.xx.2018-ci il tarixli ilkin müqaviləni 10 gün müddətində ləğv edib, həmin müqavilə əsasında alınmış 5000 manat pul vəsaitini İddiaçı 10 gün müddətində geri qaytarılması barədə müraciət edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin müqavilənin şərtləri aşağıdaki kimi müəyyən edilmişdir: - Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə icarə hüququnun satış qiyməti 10000 manat məbləğində müəyyən edilmişdir - Həmin məbləğ müqavilənin bağlanması anında İddiaçı tərəfində 5000 manat nəğd şəkildə birinci tərəfə (Cavabdeh) ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınır; - İkinic tərəf (İddiaçı) borclu qaldığı 5000 manatı xx.xx.2019-cu il tarixədək müddətində birinci tərəfə (Cavabdeh) ödənilməsini öhdəsinə götürür; - Birinci tərəf (Cavabdeh) istifadəsində olan daşınmaz əmlakın icarə hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Çıxarış”ın, İcra Hakimiyyətindən özgəninkiləşdirilməyə razılıq məktubu və “Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatında alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən Arayış”ın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq icarə hüququnun ikinci tərəfə (İddiaçı ) satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsinə öhdəsinə götürür; - İlkin müqavilə üzrə öhdəlik vərəsəlik üzrə keçə bilər; - İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada notariat qaydasında təsdiq olunur; - İlkin müqavilə təsdiq olunduğu andan qüvvəyə minir və qanunvericilikdə nəzərdə tutulmuş digər müqavilənin bağlanması anınadək qüvvədədir; - Həmin müqavilənin ləğv edilməsi tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir və sairə. Məhkəməyə təqdim edilmiş notariat işində olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Raman Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində icarə hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış ilkin müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Abşeron rayonu, Raman Südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində icarə hüququnun alqısatqısına dair müqavilə bağlamaq öhdəliyini götürsə də, həmin öhdəliyi icra etməmişdir. Müqavilənin imzalandığı vaxtdan sonra iki ildən çox müddət keçsə də, cavabdeh tərəf ilkin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sənədləri iddiaçıya təqdim etməmiş və tərəflər arasında torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsi bağlanılmamışdır. Digər tərəfdən cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısı faktiki olaraq mümkün deyil. Bununla da cavabdeh ilkin müqaviləni əhəmiyyətlə dərəcədə pozmuş, iddiaçı isə ona dəymiş zərər nəticəsində müqavilə üzrə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alqı-satqısına dair ilkin müqavilə Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə ləğv edilməlidir. Məhkəmə müqavilə əsasında ödənilmiş 5000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi cavabdeh tərəfin həmin müqavilənin əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv edildiyindən, iddiaçı müqavilə imzalandığı zaman ödənilmiş 5000 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, 5000 manat məbləğində pul Cavabdeh alınaraq cavabdehə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh Ələddinovic xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsini, onun xəbəri və razılığı olmadan, etibarnamə üzrə nümayəndəsinin imzaladığını və pulu da həmin şəxsin alaraq mənimsədiyini bildirsə də, o, qeyd edilən halları təsdiq edəcək hər hansı bır mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi bu halları mövcud olmayan hal kimi rədd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Dəlillərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısında dair ilkin müqavilə ləğv edilsin. 5000 (beş min manat) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-540/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-540/2021
15.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver