Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5424/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi 4000 manatın, hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosuna ödədiyi 202 manatın və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddətinə müəyyən edilmişdir. Məhkəmədə maddi ziyanın ödənilməsinə görə ona xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hesabına 4000 manat pul ödətdirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2021-ci il tarixli hökmü ilə onu AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirsiz bilmiş və bəraət hökmü verilmişdir. Bu hökmdən narazı olan zərərçəkmişin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti, ittihamı müdafiə edən prokuror kassasiya protesti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə verilmiş şikayətləri təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci i! tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlamışdır. "xxxx" MMC-yə ödədiyi 4000 manat pulun qaytarılmasına dair ərizə ilə müraciət etmiş, cəmiyyətin xx.xx.2022-ci il tarixli 01/03/H-3502 saylı məktubu iiə ödədiyi pul vəsaitinin qaytarılmasından imtina edilmiş və məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin məsələ ilə bağlı Xətai rayon məhkəməsinə müraciət etmiş, lakin sənədlər geri qaytarılmışdır. Bu işlə bağlı Cavabdeh QSC Səbail rayonu ərazisində yerləşdiyindən həmin məhkəməyə müraciət edilmiş və xx.xx.2022-ci il tarixli iş 1-2(009)-1416/2022 saylı qətnamədə göstərilmişdir ki, cavabdeh "xxxx" MMC Xətai rayonu ərazisində yerləşdiyindən eyni zamanda 4000 manat pul vəsaiti həmin MMC-nin hesabına köçürüldüyündən və həmin MMC müstəqil hüququi şəxs olduğundan iddia tələbi ilə bağlı Xətai rayon məhkəməsinə müraciət edilməlidir. Bu səbəbdən iddia tələbi təmin edilməmişdir. Hazırki iddia ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən 14 saylı vəkil bürosunun hesabına 202 manat, dövlət rüsumu kimi 60 manat ödənilmişdir. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 336/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, hökmün icrasının Bakı şəhəri Probasiya idarəsinə və Bakı şəhəri Xətai rayon icra şöbəsinə tapşırılması, İddiaçı barəsində seçilmiş polisin nəzarətinə vermə qətiimkan tədbirinin dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbiri ilə əvəz olunması və barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, "xxxx" MMC tərəfindən İddiaçı qarşı verilmiş mülki iddianın təmin edilməsi, xx.xx.2021-ci il tarixli 13934 saylı ödəniş qəbzi ilə İddiaçı tərəfindın "xxxx" MMC-yə mülki iddia ilə bağlı 4000 manat ödənişin nəzərə alınması, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-898/2020 saylı qərarı ilə üzərinə həbs qoyulmuş, hazırda "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şossesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********”, ön və arxa bamperlərinə “AZ-**-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmaqla dəyəri 52.400 manat qiymətləndirilmiş, "xxxx" markalı avtobus, "xxxx" MMC tərəfindən verilmiş 55.000 manat məbləğində mülki iddianın ödənilməsinə yönəldilməsi, "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şossesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********”, ön və arxa bamperlərinə “AZ-**-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmış "xxxx" markalı avtobusun ‘ASCO Nəqliyyat” MMC-nin mülkkiyyətinə verilməsi və həmin avtobusun AR Daxili İşlər Nazirliyi X10 İdarəsinə tapşırılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1007/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı bəraət verilmiş və "xxxx" MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Hökmdə həmçinin qeyd olunmuşdur, işin hallarından da təsdiq olunur ki, "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun orta bazar qiyməti təxminən 52.400 manatdır, həmçinin "xxxx" MMC-nə məxsus olan “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət nömrə nişanlı, 1997-ci il buraxılışlı avtobusun hazırkı vəziyyətdə analoji avtobusların qiymətinə uyğun olaraq qiyməti təxminən 55.000 manat müəyyən edilir, eyni zamanda İddiaçı tərəfindən "xxxx" MMC-yə 4000 manat ödənilməsi faktı mübahisəsiz qəbul edilir. Bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ibtidai istintaq orqanının talama cinayəti olması qənaətinə gəldiyi hadisə mülki hüquq münasibətlərinə aiddir və qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan, zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşımalıdır. İddiaçı tərəfindən cinayət hadisəsinin törədilməsi faktı sübut edilməməsinə baxmayaraq, hadisənin mülki hüquq münasibətlərinə aid olması və qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan, zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıması birmənalı təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-106/2022 saylı qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2021 -ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 179.3.2-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən İddiaçı təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin təsis etdiyi və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə qeydiyyata alınmış, fəaliyyətinin əsas məqsədi balansında və ya istifadəsində olan avtonəqliyyat və xüsusi texnikalar vasitəsilə təsisçi, onun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatlar üçün müvafiq xidmətlərin yerinə yetirilməsindən ibarət olan “ASCO Nəqliyyat" MMC ilə özü arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli əmək müqaviləsinə əsasən, maddi dəyərlilərin bilavasitə etibar edildiyi maddi məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə həmin Cəmiyyətin 1 saylı avtomobil dəstəsində 8-ci dərəcəli avtomobil sürücüsü işləyərkən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 9 mart 2011 -ci il tarixli 11 nömrəli əmr əsasında həmin Cəmiyyətin balansına keçirilmiş, şassi nömrəsi “NMB**********3623", mühərrik nömrəsi "**********4231“, orta bazar dəyəri 55.000 manat olan “Mercedes Benz 3900” markalı, “Az **-JN-***” dövlət qeydiyyat nişanlı avtobusun “ASCO Nəqliyyat" MMC-nin baş mühəndisi X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 119k nömrəli əmr əsasında sürücü kimi fəaliyyət göstərməsi üçün özünə təhkim edilməklə, həmin QSC-nin işçilərinin daşınması məqsədilə etibar edilməsindən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan yerdə və şəraitdə həmin avtobusun mühərrik və şassi nömrələrinin qeyd olunduğu 2 ədəd lövhəciyi, ön və arxa bamperlərində olan “Az **-JN-***" nömrəli dövlət qeydiyyat nişanlarını kustar üsulla sökərək özündə saxlayıb, istintaqla müəyyən edilməyən şəraitdə həmin avtobus üzərində öz əmlakı kimi sərəncam verib satmaqla və ya sair formada özgəninkiləşdirməklə əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, cinayət əməlinin aşkara çıxmaması və məsuliyyətdən yayınmaq üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi amortizasiya və keyfiyyət baxımından həmin avtobusdan aşağı və bazar dəyəri baxımından daha ucuz olan "Mercedes Benz 403" markalı, şassi nömrəsinin ilk hissəsi “NMB**********" olan avtobusu “Mercedes Benz 3900" markalı avtobusla eyni olması görüntüsünü yaratmaqla, o cümlədən, sonuncu avtobusun mühərrik nömrəsinin qeyd 'olunduğu lövhəciyi “Mercedes Benz 403" markalı avtobusun mühərrikinin üzərinə, şassi nömrəsinin qeyd olunduğu lövhəciyi salon hissəsinə, dövlət qeydiyyat nişanlarını isə ön və arxa bamperlərinə kustar üsulla bərkidib, habelə, sonuncu avtobusun şassi nömrəsinin son 4 rəqəmini istintaqla müəyyən edilməyən şəraitdə silib Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajına “Mercedes Benz 3900“ markalı avtobus kimi sürərək gətirib təqdim etməklə, qulluq mövqeyindən istifadə etməklə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus olmaqla ona etibar edilmiş 55.000 manat dəyərində əmlakını həmin Cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1007/2021 saylı hökmü ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı verilmiş ittiham üzrə təqsirsiz bilinərək ona bəraət verilmişdir. Məhkəmə qeyd etmişdir ki, ibtidai istintaq orqanının irəli sürdüyü İddiaçı qulluq mövqeyindən istifadə etməklə ‘'ASCO Nəqliyyat" MMC-nə məxsus olmaqla ona etibar edilmiş 55.000 manat dəyərində əmlakını həmin Cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması cinayətini törətməsi sübuta yetmir. İşin hallarından da təsdiq olunur ki, "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun orta bazar qiyməti təxminən 52.400,0 manatdır, həmçinin "xxxx" MMC-nə məxsus olan "Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət nömrə nişanlı, 1997-ci il buraxılışlı avtobusun hazırkı vəziyyotdə analoji avtobusların qiymətinə uyğun olaraq qiyməti təxminən 55.000 manat müəyyən edilir, eyni zamanda İddiaçı tərəfindən “ASCO Nəqliyyat" MMC-nə 4000 manat ödənilməsi faktı mübahisəsiz qəbul edilir. Bütün toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ibtidai istintaq orqanının talama cinayəti olması qənaətinə gəldiyi hadisə mülki hüquq münasibətlərinə aiddir və qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan, zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətmiş şəxs mülki hüquq məsuliyyəti daşımalıdır. Məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab etmişdir ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməməli, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cı maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə təqsirsiz bilinərək, ona bəraət verilməli, İddiaçı barəsində tətbiq edilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri, habelə ibtidai istintaq mərhələsində “ASCO Nəqliyyat" MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, mülkiyyət hüququ mübahisəli olan, şassi nömrəsinin ilk hissəsi “NMB**********" olan, ön və arxa bamperlərinə "Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmış “Mercedes Benz 403" markalı avtobusun üzərinə qoyulmuş həbs ləğv olunmalı, iş üzrə məhkəmə xərcləriekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat məbləğində ekspertiza xərci dövlətə aid edilməli, bəraət alması iıə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalı, "xxxx"" MMC tərəfindən İddiaçı qarşı verilmiş mülki iddia baxılmamış saxlanılmalı, məhkəmədə İddiaçı müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 ış saatı həcmində hüquqi yardımla bağlı 150 manat miqdarında pul Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1007/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs “ASCO Nəqliyyat" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab etmişdir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ibtidai istintaq orqanının irəli sürdüyü İddiaçı qulluq mövqeyindən istifadə etməklə "ASCO Nəqliyyat” MMC-nə məxsus olmaqla ona etibar edilmiş 55.000 manat dəyərində əmlakını həmin Cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması cinayətini törətməsi sübuta yetirilmir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ibtidai istintaq orqanının irəli sürdüyü İddiaçı qulluq mövqeyindən istifadə etməklə ‘'ASCO Nəqliyyat" MMC-nə məxsus olmaqla ona etibar edilmiş 55.000 manat dəyərində əmlakını həmin Cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması cinayətini törətməsi sübuta yetirilməmişdir. Cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun orta bazar qiyməti təxminən 52.400 manat, "xxxx" MMC-nə məxsus olmuş "Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət nömrə nişanlı, 1997-ci il buraxılışlı avtobusun hazırkı vəziyyətdə analoji avtobusların qiymətinə uyğun olaraq qiyməti təxminən 55.000 manat olması müəyyən edilmişdir. Eyni zamandaxx.xx.2021-ci il tarixli 13934 saylı ödəniş qəbzi ilə İddiaçı tərəfindən 55000 manatlıq mülki iddia ilə bağlı “ASCO Nəqliyyat" MMC-nə 4000 manat ödənilməsi faktı mübahisəsizdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsi əsassız varlanmanı mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yə zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə huquqı şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları və işin digər materialları ilə İddiaçı tərəfindən "xxxx" MMC-yə cəmiyyətin mülkiyyətində olan avtobusun təmiri və modifikasiyası ilə bağlı 55000 manat məbləğində maddi ziyan vurulması, həmin məbləğin 52400 manat hissəsinin hazırda cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusun orta bazar qiyməti olan 52.400 manatın hesabına təmin olunmasını, iddiaçı tərəfindən cavabdehə mülki iddia ilə əlaəqdar 4000 manatın ödənilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, artıq ödənilmiş 1400 manat pul məbləğinin cavabdehdə qalmasının hüquqi əsasları aradan qaxmışdır və cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən 1400 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. xx.xx.2022-ci il tarixliödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün 14 saylı vəkil bürosunun hesabına 202 manat pul ödənilmişdir. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 202 manat məbləğini ağlabatan məbləğ hesab edir və iddia tələbini həmin hissədə təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 35 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 60 manat məbdəğində dövlət rüsümunun 21 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1400 (bir min dörd yüz) manat, hüquqi yardıma görə ödənilmiş 202 (iki yüz iki) manat və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5424/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5424/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver