Məhkəmə qərarları › İş №2(011)-5425/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5425/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5425/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıCavabdeh qarşı tələbkar Cavabdeh tələb etdiyi 3570 manat alimentdən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi bir yerdə yaşamadıqları müddətdə bir uşağın saxlanması üçün yığılmış 2520 manat alimentin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4173/2019nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh xeyrinə 50 manat aliment tutulması, alimentin tutulmasınınn xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Qətnamənin icrası xx.xx.2019-cu il tarixindən hesablanmağa başlanmışdır. Tərəflər barışmışdırlar və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bir yerdə yaşamışdılar. Hal-hazırda tərəflər yenə də ayrılıblar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı cavabdehdən 17 aya görə 3570 manat məbləğində alimentin ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, tələbkarın tələb etdiyi 3570 manat alimentdən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi bir yerdə yaşadıqları müddətdə bir uşağın saxlanılması üçün hesablanmış 2520 manat alimentin silinməsinə qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4173/2019nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh xeyrinə 50 manat aliment tutulması, alimentin tutulmasınınn xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmiş və mülki iş üzrə xx.xx.2019-cu il tarixli İcra Vərəqəsi Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Tərtər Rayon İcra bə Probasiya Şöbəsinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4173/2019 nömrəli xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Tərtər Rayon İcra bə Probasiya Şöbəsi tərəfindən hesablanmış və ödənilməli olan aliment məbləği ilə bağlı olduğundan hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Proessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi ləğv edilməsi” barədə iddia tələbinə dairmülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar