Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5436/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı barışıq sazişinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı barışıq sazişinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.1. iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
4. Belə ki, məhkəmə iki hazırlıq iclası keçirmiş, iddiaçı tərəf iclaslarda iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin sonunda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndəının adı qeyd edilsə də iddia ərizəsi iddiaçı və yaxud onun nümayəndəsi (vəkili) tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini baxılmamış saxlayır. İddia ərizəsinin imzalanmaması mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biridir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Eyni zamanda nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.
6. İddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 259 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı barışıq sazişinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova