Məhkəmə qərarları › İş №2(011)-5502/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5502/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5502/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh1" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək 50000 (əlli min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı xx.xx.2018-ci ildə vəfat etmişdir. X8 müxtəlif vaxtlarda “Kristal Abşeron”, “Embawood” və “Paşa İnşaat” şirkətlərində qaynaqcı və fəhlə kimi günəmuzd, eləcə də, müqavilə əsasında işləmişdir. xx.xx.2018-ci il tarixlərində isə Cavabdeh1 MMC-də fəhlə kimi işə qəbul edilmişdir. O, işə qəbul edilərkən onunla şirkət arasında müvaqilə bağlanmış və əmr əsasında işə götürülmüşdür. İddiaçının həyat yoldaşı xx.xx.2018-ci il tarixdə MMC-nin həyətyanı sahəsində olan köhnə istismar müddəti bitmiş “kraz” markalı yük avtomobilinin metal hissələri qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çənini ramadan ayıran zaman çənin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış, çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, həmin an qığılcım təsirindən sonuncu yanıq şoku, başın, üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin dairəvi İİ-İİİ dərəcəli termiki yanığı, bədənin ümumi sahənin 85 faizi termiki yanığı – yüksək hərarətin (alovun) yerli təsirindən törənərək dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid yanıq xəsarətləri almışdır. O, dərhal Bakı şəhəri 5 nömrəli xəstəxanaya aparılmış, lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmamışdır. X1 xx.xx.2018-ci il tarixdə ölməsində “xxxx” MMC-nin direktoru Cavabdeh2, həmin MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Cavabdeh4 və MMC-nin sex rəisi Cavabdeh3 təqsirli bilinmişdir. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 Cavabdeh2 rəhbər işçilərin peşəkar biliklərinin, bacarıq və təcrübəsinin yoxlanılması və səmərəli istifadə olunması sistemini təşkil etmədiyinə, əməkdaşların təlimi və attestasiyasının təşkil olunmadığına, onların öz vəzifə funksiyalarını normativ aktların tələblərinə uyğun şəkildə yerinə yetirmələrini təşkil edilmədiyinə, müəssisənin struktur bölmələri və əməkdaşları işində qayda pozuntularınının qarşının alınması və çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görməyərək elektrik qaynaq işləri, ümumi təhlükəsizlik tələbləri, DÜST 12.3Q03-75-in 7.1, 8.2, 8.3, 8.4cü bəndinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq v ədigər odlu işlər apararkən yanğın təhlükəsizlik qaydaları”nın 2, 14-cü bəndlərinin tələblərini pozmaqda təqsirli bilinmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən o, iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüquqlarından məhrum edilməklə, üç il üç ay müddətinə və Cinayət Məcəlləsinin 225.2-ci maddəsinə əsasən iki il altı ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi Cavabdeh4 müəssisənin ərazisində qaynaq və digər odlu işlər aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, qaynaq işlərinə nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, qaynaq işlərinə buraxılan şəxslərin müvafiq peşə hazırlığı səviyyəsi, təlimat keçirilibkeçirilməməsi yoxlamadığına, işçilərin görülən işlərin tələblərinə cavab verən fərdi mühafizə vasitələri, o cümlədən, xüsusi geyimlə təmin olunması üçün tədbirlər görmədiyinə və təhlükəli şəraitdə istehsal əməliyyatlarının dayandırılması tələb etmədiyinə görə, “Elektrin qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri DÜST 12.3003-75”-in 6.3, 8.2, 8.3, 8.4-cü bəndlərinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2.14, 15, 19-cu bəndlərinin tələblərini pozmaqla təqsirli bilinmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbacan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, üç il müddətinə Cinayət Məcəlləsinin 225.2.-ci maddəsinə əsasən o, iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasında məhkum edilmişdir. Həmin MMC-nin sex rəisi X5 fəhlə və qulluqçuların iş bölgüsünü düzgün yerinə yetirmədiyinə, odlu işlərin aparılması müvafiq peşə hazırlığı olmayan, fəhlə kimi işə qəbul olunmuş şəxsə həvalə edildiyinə, qaynaq işlərinə başlamazdan öncə yanacaq çəninin təmizlənməsi və digər zəruri təhlükəsizlik görülmədəyinə görə, “Elektrin qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri DÜST 12.3003-75”-in 6.3, 8.2, 8.3, 8.4-cü bəndlərinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2.14, 15, 19-cu bəndlərinin tələblərini pozmaqla təqsirli bilinmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbacan Respublikası Cİnayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, üç il müddətinə Cinayət Məcəlləsinin 225.2.-ci maddəsinə əsasən o, iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasında məhkum edilmişdir. Cavabdehlərin hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində o, ailə başçısını itirmiş, stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı keçirmişdir.İddiaçı cavabdehin işçisinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirtdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun müddət illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. İlkin iddia üzrə Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 7300 manat məbləğində pulun Azərbaycan Respublikasının Silahlı X6 xeyrinə 1000 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 mərhum həyat yoldaşı Ağaməli Qurbanovun vəfatından sonra Cavabdeh1 MMC-dən mərhumun dəfn və yas mərasimlərinin təşkili ilə bağlı bütün xərcləri öz üzərinə götürərək mərhumun qardaşı X2 xx.xx.2018-ci il tarixində 2519 manat, xx.xx.2018-ci il tarixində 450 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 502 manat, xx.xx.2018-ci il tarixində 603 manat, xx.xx.2018-ci il tarixində 2000 manat, xx.xx.2018-ci il tarixində 300 manat, xx.xx.2018-ci il tarixində 20 manat, xx.xx.2018-ci il tarixində 1011 manat, xx.xx.2018-ci il tarixində 100 manat, xx.xx.2019-cu il tarixində 1000 manat, xx.xx.2019-cu il tarixində 3000 manat, ümumilikdə 1259 manat məbləğində ödənişlər edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı hesab edir ki, mərhumun qardaşı Yusubəli Qurbanov cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi kimi tanındığından və başqa diqqətəlayiq hallara görə ona ödənilən məbləğin geri tələb edilməsi üçün heç bir əsas yoxdur. 2018-ci ilin avqust ayının əvvəllərində İddiaçı müəssisəyə gələrək özünü mərhum Ağaməli Qurbanovun həyat yoldaşı kimi təqdim edib və mərhumun vəfatından sonra ailənin maddi vəziyyətinin çətinləşməsi səbədindən maddi yardım edilməsini xahiş etdi. Hadisədən qısa vaxt keçdiyindən soyadların eyni olduğundan və vəziyyət kifayət qədər həssas olduğundan İddiaçı ilə mərhumun nikahda olubolmaması (nikahın qeydə alınıb-alınmaması) araşdırılmadan maddi yardımın edilməsi üçün onun bank hesabında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək hər ay olmaqla, ümumilikdə 6800 manat məbləğində pul köçürülmüşdür. Yalnız 2009-cu ilin yanvar ayı üçün ödənilmiş 500 manat məbləğində pul İddiaçı nağd şəkildə təqdim edilmişdir. Beləliklə İddiaçı ümumilikdə 7300 manat məbləğində pul ödənilmişdir. 2019-cu ilik oktyabr ayı üçün ödəniş edildikdən sonra İddiaçı ödənişlərin aparılması dayandırılmışdır. Belə ki, müəssisəyə məlum olmuşdur ki, İddiaçı ilə mərhum arasında rəsmi nikah mövcud deyil, üstəlik onlar arasında bağlılıq yoxdur. İddiaçı özünü mərhumun həyat yoldaşı kimi təqdim edərək müəssisəni aldatmışdır. Digər tərəfdən identik işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə də 15000-20000 manat kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Hadisənin baş verməsindən sonra təqribən 20000 manat məbləğində kompensasiya ödənilmişdir. İşin hallarında da görünür ki, İddiaçı ilə Ağaməli Qurbanov arasında rəsmi nikah və bağlılıq olmamışdır. O, bu faktı bildyi halda hadisənin baş verməsindən qısa vaxt sonra yaranmış həssas məqamdan sui-istifadə edərək özünü mərhum Ağaməli Qurbanovun həyat yoldaşı kimi təqdim etməklə Cavabdeh1 MMC-nin rəhbərliyini aldadıb və müəssisədən ümumilikdə 7300 manat məbləğində vəsait ələ keçirərək əsassız varlanıb. Qarşılıqlı iddia üzrə İddiaçı həmin vəsaiti qanunsuz şəkildə əldə etdiyindən Cavabdeh1 MMC-yə geri qaytarmalıdır. Dİgər tərəfdən İddiaçı Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, o, mərhum Ağaməli Qurbanovla rəsmi nikahda olmadığı və bu səbəbdən mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı subyektiv hüququnun olmadığını bildiyi halda vicdansızcasına əsassız iddia verib, nəticədə Cavabdeh1 MMC-nin və işə baxan məhkəmənin iş vaxtını itirilməsinə səbəb olub. Hesab edirik ki, Xanım Xurbanova gələcəkdə bu cür qanuna zidd əməllərdən çəkindirilməsi və yol verdyyi bu qanunsuz əmələ görə cazalandırılması üçün ondan Azərbaycan Respublikası Silahlı X6 xeyrinə 1000 manat kompensasiya məbləği tutulmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini tam həcmdə müdafiə edir, mülki işə tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş edir. İlkin iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili, məhkəmə iclasında ilkin iddianın qəbul etmədiklərini bildirərək, qarşılıqlı iddianı müdafiə etdi. O, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməli, qarşıqlıqlı iddia isə əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-448/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci və 225.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, o, 3 il müddətə yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci və 225.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və o, qəti olaraq, 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci və 225.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və o, qəti olaraq, 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə göstərilmişdir ki, vətəndaş Cavabdeh2 "Cavabdeh1” MMCnin təsisçilərinin qərarı ilə həmin MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən rəhbər işçilərin peşəkar dərinin, bacarıq və təcrübəsinin yoxlanılması və səmərəli istifadə olunması sistemi təşkil edilmədiyinə, əməkdaşların təlimi və attestasiyasını təşkil olunmadığına, onların öz vəzifə funksiyalarını normativ aktların tələblərinə uyğun şəkildə yerinə yetirmələrini təşkil edilmədiyinə, müəssisənin struktur bölmələri və əməkdaşlarının işində qayda pozuntularının qarşısının ahnması və çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görməyərək “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.Q03-75”in 7.1, 8.2, 8.3, 8.4-cü bəndinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 14-cü bəndlərinin tələblərini pozduğundan, xx.xx.2018-ci il tarixdə, saat 16:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi, "Cavabdeh1” MMC-də fəhlə işləyən X4 MMC-nin həyətyanı sahəsində olan köhnə, istismarı müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çənini ramadan ayıran zaman çənin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış, çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, həmin an qığılcım təsirindən sonuncu yanıq şoku, başın, üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin dairəvi ll-lll dərəcəli termiki yanığı, bədənin ümumi səthinin 85% termiki yanığı - yüksək hərarətin (alovun) yerli təsirindən törənərək dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid yanıq xəsarətləri alaraq xx xxxx 2018-ci il tarixdə xəstəxanada ölmüşdür. Vətəndaş Cavabdeh4 “Cavabdeh1" MMC-nin direktoru Cavabdeh2 xx.xx.2017-ci il tarixli 316 nömrəli əmri ilə həmin MMC-nin texniki-təhlükəsizlik üzrə mühəndisi müəssisənin ərazisində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, qaynaq işlərinə buraxılan şəxslərin müvafiq peşə hazırlığı səviyyəsi, təlimat keçirilib-keçirilməməsi yoxlamadığına, işçilərin görülən işlərin tələblərinə cavab verən fərdi mühafizə vasitələri, o cümlədən xüsusi geyimlə təmin olunması üçün tədbirlər görülmədiyinə və təhlükəli şəraitdə istehsal, əməliyyatlarının dayandırılmasını tələb etmədiyinə görə “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3.003- 75”in 6.3, 8.2, 8.3, 8.4-cü bəndlərinin və “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 14, 15, 19-cü bəndlərinin tələblərini pozduğundan xx.xx.2018-ci il tarixdə, saat 16:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi Cavabdeh1 MMC-də fəhlə işləyən X4 MMC-nin həyətyani sahəsində olan köhnə istismarı müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çənini ramadan ayıran zaman çənin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış, çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, həmin an qığılcım təsirindən sonuncu yanıq şoku, başın, üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin dairəvi ll-lll dərəcəli termiki yanığı bədənin ümumi səthinin 85% termiki yanığı - yüksək hərarətin (alovun) yerli təsirindən törənərək, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid yanıq xəsarətləri alaraq xx xxxx 2018-ci il tarixdə xəstəxanada ölmüşdür. Vətəndaş Cavabdeh3 Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 xx.xx.2017-ci tarixli, 316 nömrəli əmri ilə həmin MMC-nin sex rəisi fəhlə və qulluqçuların iş bölgüsünü düzgün yerinə yetirilmədiyinə, odlu işlərin aparılması müvafiq peşə hazırlığı olmayan, fəhlə kimi işə qəbul olunmuş şəxsə həvalə edildiyinə, qaynaq işlərinə başlamazdan öncə yanacaq çəninin təmizlənməsi və digər zəruri təhlükəsizlik tədbirlərin görüİmədiyinə görə, “Elektrik qaynaq işləri. Ümumi təhlükəsizlik tələbləri. DÜST 12.3, Q03-7”in 6.3, 7.1 -ci bəndlərinin, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər arkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 6, 14, 15, 16, 19-cu bəndlərinin tələblərini pozduğundan xx.xx.2018-ci il tarixdə həmin MMC-yə fəhlə kimi qəbul olunmuş və ona vəzifə təlimatlarında göstərilməyən metal kəsici vəzifəsini tapşırdığından həmin tarixdə. Saat 16.30 radələrində Abşeron rayonu, Sara qəsəbəsi, Cavabdeh1 MMC-də fəhlə işləyən X4 MMC-nin həyətyani sahəsində olan köhnə istismarı müddəti bitmiş “Kraz” markalı yük avtomobilinin metal hissələrini qaz kəsici alətlə kəsərkən avtomobilin yanacaq çənini ramadan ayıran zaman çənin qızması nəticəsində yanacağın buxarlanmasından çənin qapağı atılmış, çəndən çıxan yanacaq onun üzərinə tökülmüş, həmin an qığılcım təsirindən sonuncu yanıq şoku, başın, üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların, gövdənin dairəvi ll-lll dərəcəli termiki yanığı bədənin ümumi səthinin 85% termiki yanığı yüksək hərarətin (alovun) yerli təsirindən törənərək, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid yanıq xəsarətləri alaraq xx xxxx 2018-ci il tarixdə xəstəxanada ölmüşdür. Mülki iş materiallarında olan xx.xx.2018-ci il, 99 nömrəli, xx.xx.2018-ci il tarixli, 111 nömrəli, xx.xx.2018-ci il tarixli, 125 nömrəli, 006XOH********** nömrəli, 006XOH********** nömrəli, xx.xx.2019-cu il tarixli, 81 nömrəli, xx.xx.2019-cu il tarixli, 75 nömrəli, xx.xx.2019cu il tarixli, 40 nömrəli, xx.xx.2019-cu il tarixli, 38 nömrəli, xx.xx.2019-cu il tarixli, 30 nömrəli, 006XOH********** nömrəli, 006XOH********** nömrəli, 006XOH********** nömrəli ödəniş tapşırıqlarının surətlərindən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı Gülöğlan qızına mərhum X3 dəfn və yas mərasimlərinin xərcləri üçün və maddi yardım olaraq 7300 manat məbləğində pul vəsaiti ödənilmişdir. İlkin iddia ərizəsi üzrə iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və X14 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X14 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin işçiləri olmuş ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təqsiri üzündən ilkin iddia üzrə iddiaçının əri X1 ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı vurulan mənəvi zərərin əvəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 MMC tərəfindən ödənilməlidir. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən ilkin iddia üzrə İddiaçı qarşısında deyil, Cavabdeh1 MMC qarşısında sonuncunun vurulmuş zərərin əvəzi olaraq ödəniləcək pul məbləğini geri ödəmək məsuliyyəti yaranır. Məhkəmə, həmçinin, hesab edir ki, mənəvi zərərin həcmi 50000 manat məbləğində deyil, iddiaçının keçirtdiyi sarsıntı və iztirabları, eyni zamanda, ilkin iddia üzrə Cavabdeh1 MMC-nin ilkin iddia üzrə İddiaçı ödədiyi pul vəsaitinin məbləğini nəzərə alınaraq 10000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da ilkin iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, 30 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 7300 manat məbləğində pulun, Azərbaycan Respublikasının Silahlı X6 xeyrinə 1000 manat pulun tutulması barədə qarşılıqlı iddianı nəzərdən keçirərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikasının 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hal-hazırda qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən aldadıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin qarşılıqlı razılaşması əsasında qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mərhum Qurbanov Ağamalinin dəfn və yaz mərasimlərinin keçirilməsi, eləcə də maddi yardım olaraq 7300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-nin xeyrinə 7300 manat məbləğində pulun, Azərbaycan Respublikasının Silahlı X6 xeyrinə 1000 manat pulun tutulması barədə qarşılıqlı iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, ilkin iddia qismən əsaslı hesab edilərək, qismən təmin edilməli, qarşıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Mənəvi zərərə görə 10000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətmamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvətə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar