Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-575/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dair müqavilənin ləğv edilməsi” barədə ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, 2008ci il buraxılışlı avtomobilə dair cavabdehlə bağladıqları müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci ildə Cavabdeh ilə aralarındakı razılaşmaya əsasən dəyəri ödənilməklə cavabdehin özü olmadan DİN-in BDYPİ Qİİ-də onun adına rəsmiləşdirmişdir. Aralarındakı razılaşmaya görə cavabdeh iddiaçıya 15.000 manat pul verməli, iddiaçı isə avtomobili ona təhvil verməli olmuşdur. Amma bu günə kimi müqavilə üzrə öhdəliyi hər iki tərəf də yerinə yetirməmişdir. İddiaçı müqavilənin ləğvi üçün cavabdehə müraciət etsə də, o, heç bir cavab almamışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh İddiaçı alınaraq ona qaytarılması, cavabdehin qanunsuz hərəkəti nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı “Hyundai Sonata” markalı, **-VA-*** dövlət nömrə nişanlı minik avtomobilini almışdır. Həmin avtomobilin iddiaçıya məxsus olması barədə xx xxxx 2020-ci il tarixdə iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh İddiaçı həmin minik avtomobilini iddiaçıya verməkdən imtina edir. Cavabdeh iddiaçıya məxsus avtomobili qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya xeyli zərər vurmuşdur. Cavabdehin iddiaçıya vurduğu zərərin məbləği 3.000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında nəqliyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış, İddiaçı məxsus “Hyundai Sonata” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.000 manat dəyəri ödənilməklə Cavabdeh satılmışdır. xx xxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh olmuşdur. Məhkəmə hazırkı iş üzrə hər iki tərəfin iddia tələbinin hüquqi əsasını təşkil edən məqamın alğı-satqı müqaviləsi olmasını qeyd edərək qanunvericilikdə bu müqavilə ilə bağlı maddələrə nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Alğısatqı müqaviləsi bağlanan zaman tərəflər arasında yazılı şəkildə müqavilə tərtib olunur, tərəflər öz iradə ifadələri ilə sərbəst surətdə həmin müqaviləni imzalayırlar. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bir müddət işgüzar münasibətlər formalaşmışdır. Qeyd edilən münasibətlər vasitəçi yolu ilə həyata keçirilmişdir. Belə ki, X5 cavabdehin adından vasitəçilik yolu ilə bütün işləri həyata keçirmişdir. Hazırkı mübahisə predmeti olan avtomobilə dair də danışıqlar həm iddiaçı, həm cavabdeh tərəfindən məhz Ələkbər Vəliyevlə aparılmışdır. Belə ki, avtomobilin qiymətinin razılaşdırılması, müqavilənin bağlanma tarixi, icra qaydası iddiaçı tərəfindən Ələkbər Vəliyevlə razılaşdırılmışdır. Məhkəmə iclaslarında cavabdehin vəkili və nümayəndəsi olan Əkbər Bağırovun verdiyi izahatlardan da görünür ki, hüquqlarını təmsil etdiyi şəxs avtomobilin alınması üçün pul vəsaitini Ələkbər Vəliyevə ödəmişdir. İlkin olaraq razılaşma Ələkbər Vəliyevlə Cavabdeh arasında Toyota Prado markalı avtomobillə bağlı olmuş və sonuncu bu məqsədlə 18.500 manat ödəmişdir. Lakin sonradan Ələkbər Vəliyev cavabdehi iddiaçının avtomobilini almağa razı salmışdır. Hazırkı iş üzrə iddiaçı müqavilə şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə istinad edərək hüquqlarının pozulmasını qeyd etmiş və müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 X1 alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanması zamanı cavabdeh şəxsən özü iştirak etməmiş və müqaviləyə imza atmamışdır. İddiaçı ilə cavabdehi təmsil edən Ələkbər Vəliyev arasında olan razılaşmaya əsasən iddiaçı avtomobili cavabdehin adına rəsmiləşdirdikdən sonra Ələkbər Vəliyev avtomobilin dəyərini iddiaçıya ödəməli, o isə avtomobili təhvil verməli idi. Məhkəmə qeyd edir ki, nə qədər ki tərəflər müqavilənin mövcudluğunu qəbul edir, məhkəmə mövcud olan vəziyyətdə işin hallarına uyğun olaraq işə hüquqi qiymət vermişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin ləğvi ilkin olaraq tərəflərin razılığı əsasında həyata keçirilir. Hazırkı iş materialları ilə sübut olunur ki, iddiaçı tərəf cavabdehə müqavilənin ləğvi ilə bağlı müraciət etmiş, cavab almadığına görə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə tərəflərin münasibətləri Mülki Məcəllənin 421.2-ci maddəsinin təsiri altına düşdüyündən məhkəmə qeyd edilən normanı tətbiq etməklə ilkin iddia üzrə iddia tələbini təmin etməli, iddia tələbində qeyd edilən xx xxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsini ləğv etməlidir. Belə ki, iddiaçı alğı-satqı nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, yani avtomobilin dəyəri olaraq razılaşdırılan pul vəsaitini ala bilməmişdir. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Daha sonra məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Cavabdeh iddiaçıya qarşı iddia irəli sürərək “Hyundai Sonata” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin İddiaçı alınaraq ona qaytarılmasını xahiş etmişdir. Cavabdehin iddiasının hüquqi əsasını avtomobilin alğı-satqı müqaviləsi əsasında əldə edilməsi və bu günkü gündə avtomobil üzərində onun mülkiyyət hüquqları yaranmasını göstərmişdir. Məhkəmə yuxarıda geyd edilən əsaslandırmaya əsasən tərəflər arasında bağlanmış müqaviləni ləğv etdiyindən, iddianı bu hissədə təmin edə bilməz. Belə ki, cavabdeh tərəfin verdiyi izahatlardan da görünür ki, avtomobilin dəyəri birbaşa iddiaçıya deyil, Ələkbər Vəliyevə ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf X3 rayon Polis İdarəsində vermiş olduğu izahatın təhlil edilərək cavabdehin xeyrinə yozulan sübut kimi qəbul olunmasını xahiş etmişdir. Belə ki, izahatın mətnindən görünür ki, Ələkbər Vəliyev avtomobilin dəyəri olaraq müəyyənləşdirilən 14.500 manatın 10.500 manatını İddiaçı ödədiyini, bundan sonra sonuncu avtomobili cavabdehin adına keçirdiyini, digər 4.000 manatın İddiaçı ona olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı razılığa gəlmələrinə baxmayaraq İddiaçı avtomobilin dəyəri olaraq danışılan tam məbləği almadığından cavabdehə avtomobili təhvil verməkdən imtina etmişdir. Eyni izahatın mətnindən görünür ki, cavabdeh Ələkbər Vəliyevə 18.000 manat pul vermişdir. Məhkəmə cavabdeh tərəfin istinad etdiyi izahata qiymət verərək hesab edir ki, istinad edilən izahat üzrə qeyd edilən məlumatlar işin hər hansı digər halları ilə və ya digər şahid ifadələri ilə təsdiqlənmədiyindən qeyd edilən izahat məhkəmə tərəfindən sübut olaraq qəbul edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin 3000 maddi ziyanın tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qanunvericilik normalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh maddi ziyanla bağlı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin ona 3000 manat məbləğində pul öhdəliyinin olması və ya həmin məbləğdə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə İddiaçı Balakişi oğlu tərəfindən 30 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və ilkin iddia tələbi təmin olunduğundan Cavabdeh 30 manat məbləğində rüsum tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobilə dair cavabdeh Kazımov Rövşəm Xeyrulla oğlu ilə arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində rüsum tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh İddiaçı alınaraq ona qaytarılması, cavabdehin qanunsuz hərəkəti nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-575/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-575/2021
22.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver