Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5789/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı, Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı əmr icraatı qaydasında pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Kreditor MMC Borclu xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı alqısatqı müqaviləsi üzrə 702 manat əsas borcun, 70,2 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xаhiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2-ci maddəsinə görə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Ərizədən görünür ki, Kreditor MMC əmr icraatı qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin kreditoru öz tələbinin aşkar olması və ya həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmasına dair zəruri sənədləri ərizəyə əlavə etməmişdir. Ona görə də aşkarlıq və tərəflərin hüquq bərabərliyi prinsiplərinə əməl etməklə qanuni və əsaslı qərar qəbul edilməsi mümkün deyil. . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276, 279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5789/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5789/2023
28.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver