Məhkəmə qərarları › İş №2(011)-5816/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5816/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5816/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxmayıb, baxılmamış saxlayaraq, əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir, hazırki işin baxılmamış saxlanmasını və sənədlərin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırki aliment tələbi ilə bağlı mülki işin baxılmamış saxlanmasına etiraz etmir, boşanma barədə ərizə ilə məhkəməyə müraciət edəcəkdirlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barədə ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmədiyindən İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar