Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5843/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı əmlak tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun cehiz apardığı – yataq dəsti və ya dəyəri 2650 AZN; 1 ədəd masa və 8 ədəd oturacaq dəsti və ya dəyəri 1310 AZN; soyuducu LG və televizor LG və ya dəyəri 3298 AZN; tozsoran Samsung və ya dəyəri 150 AZN; qazan dəsti və ya dəyəri 100 AZN; ütü masası və ya dəyəri 100 AZN; 2 ədəd sintefon yastıq və 2 ədəd sintefon yorğan və ya dəyəri 250 AZN; taxt döşəyi və ya dəyəri 100 AZN; 20 ədəd dəsmallar və ya dəyəri 200 AZN; 20 ədəd yastıq, yorğan və döşək üzləri və ya dəyəri 200 AZN; 20 ədəd çay dəsmalları və ya dəyəri 100 AZN; 40 qutu qab-qacaq dəstləri və ya dəyəri 200 AZN; ayaqqabı və paltar dəstləri və ya dəyəri 500 AZN; 3 ədəd ədyal dəsti və ya dəyəri 100 AZN; termos və ya dəyəri 100 AZN; nişan üzüyü və ya dəyəri 500 AZN olan əşyaların Cavabdeh alınıb iddiaçıya qaytarılması, onlar olmadığı və yararsız halda olduqları halda isə onların qeyd olunan dəyərlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 08.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, iddiaçının 500 manat dəyərində nişan üzüyü barədə iddia tələbindən imtina etdiyini bildirmiş, iddia ərizəsində göstərilmiş digər əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 10.11.2020-ci il tarixli 2719 saylı Akt əsasında nikah bağlanmışdır, onların birgə nikahdan övladları yoxdur, hazırda xasiyyətləri uyğun gəlmir, bundan sonra da, ailə münasibətlərinin bərpası mümkün deyildir, qeyd olunan nikahın pozulması ilə bağlı cavabdeh artıq Xətai rayon Məhkəməsinə müraciət etmişdir, həmin iş hakim İlahə Abbasovanın icraatındadır, hazırda cehiz əşyalarının qaytarılması tələbi ilə bağlı iddia ərizəsinin verilməsi zərurəti yaranmışdır, belə ki, tərəflər rəsmi nikaha daxil olmuşdurlar, lakin ölkə ərazisidə yaranmış vəziyyətlə əlaqədar olaraq onlar arasında el adəti ilə toy olmamışdır, lakin iddiaçının ailəsi tərəfindən cehiz əşyaları alınmışdır, mübahisə predmeti olan cehiz əşyalarının dəqiq göstəriciləri aşağıdakılardan ibarətdir: yataq dəsti və ya dəyəri 2650 AZN; 1 ədəd masa və 8 ədəd oturacaq dəsti və ya dəyəri 1310 AZN; soyuducu LG və televizor LG və ya dəyəri 3298 AZN; tozsoran Samsung və ya dəyəri 150 AZN; qazan dəsti və ya dəyəri 100 AZN; ütü masası və ya dəyəri 100 AZN; 2 ədəd sintefon yastıq və 2 ədəd sintefon yorğan və ya dəyəri 250 AZN; taxt döşəyi və ya dəyəri 100 AZN; 20 ədəd dəsmallar və ya dəyəri 200 AZN; 20 ədəd yastıq, yorğan və döşək üzləri və ya dəyəri 200 AZN; 20 ədəd çay dəsmalları və ya dəyəri 100 AZN; 40 qutu qab-qacaq dəstləri və ya dəyəri 200 AZN; ayaqqabı və paltar dəstləri və ya dəyəri 500 AZN; 3 ədəd ədyal dəsti və ya dəyəri 100 AZN; termos və ya dəyəri 100 AZN. Adları qeyd olunan əşyalar iddiaçının mülkiyyətindədir, iddiaçının cehiz apardığı qeyd olunan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması, onlar olmadığı halda isə onların dəyərlərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz, cavabdeh qeyd edirsə ki, o bu əşyaları öz pulu ilə alıb, o halda o, bunu sübut etməlidir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 04.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, belə ki, qeyd olunan əşyaların bəzilərini o öz pulu ilə almışdır, yataq dəsti, bir ədəd masa, 6 ədəd stul, tozsoran, qazan, ütü masası, dəsmallar, taxt, döşək üzləri, ədyal, termos mənzildədir, 2 sintefon yorğan, yastıq, 40 qutu qab-qacaq, nişan üzüyü qalıb onlarda bütün qızıllarla birgə mənzildə yoxdur, bütün əşyalar nikahdan sonra alınmışdır, əşyaların yarısını iddiaçı tərəf, yarısını özü almışdır, cehiz əşyalarıdır, iddiaçı tərəf alsa da, pulunu o vermişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 08.09.2021-ci il tarixli məhkəmə iclasında 29.08.1980-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək, izahatında bildirdi ki, iddiaçının anasıdır, Abşeron rayonunda yaşayır, tərəflər 10.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, pandemiya səbəbindən toyları olmamışdır, nikahdan sonra cehiz əşyaları alıb vermişdirlər, televizor, soyuducu, masa, stol-stul, yorğan doşək dəstləri, yataq almış, onların dəyərini hər ay ödəmişdir, bu barədə qəbzlər də iş materiallarında var, hazırda qızı ilə kürəkəni arasında münasibətlər pozulmuşdur. 17.09.2021-ci il tarixli məhkəmə iclasında 12.09.1974-cü il təvəllüdlü X3 şahid qismində ifadə verərək, izahatında bildirdi ki, iddiaçının atasıdır, tərəflər arasında rəsmi nikah bağlanmış, lakin toy olmamışdır, nikahdan sonra cehizləri göndərmişdirlər, bu cehiz əşyalarını özü almışdır, aparılanda görmüş, hamısında iştirak etmişdir, hazırda tərəflər arasında münasibətlər pozulmuşdur. 17.09.2021-ci il tarixli məhkəmə iclasında 21.11.1971-ci il təvəllüdlü Həsənova Tamam Babaş qızı şahid qismində ifadə verərək, izahatında bildirdi ki, iddiaçının valideynləri ilə qonşudur, Abşeron rayonu, Məmmədli kəndində bina evində yaşayırlar, cehiz əşyalarını- termos, qab-qaşıq dəsti, sintofon, yorğan-yastıq, tozsoran, ütü masası, taxt döşəyi, adyal dəsti görmüşdür, masa və oturacaq dəstini aldıqlarını bilir, lakin özü görməmişdir, televizor, soyuducunu, ayaqqabı və paltarları görməmişdir. İş materiallarında olan 31.08.2020-ci il tarixli MHDK 02532 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, X1 1299 manat məbləğində televizor LG 50 (UHD) və 1799 manat məbləğində soyuducu LG GN-F660HLHU almışdır. İş materiallarında olan 31.08.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən, X1 31.08.2020-ci il tarixdə televizor (LG 50 (UHD)) və soyuducunu (LG GN-F660HLHU) təhvil almışdır. İş materiallarında olan 03.09.2020-ci il tarixli 215952 saylı və 215951 saylı Çatdırma qaimələrinə əsasən, televizor LG 50 (UHD) və soyuducu LG GN-F660HLHU Binəqədi rayonu, DSK yoluna çatdırılmışdır. İş materiallarında olan 17.09.2020-ci il tarixli qaimə-fakturadan görünür ki, müştəri “Həkəri” Mebeldən dəyəri 2550 manat olan yataq və sandıq almışdır. İş materiallarında olan 17.09.2020-ci il tarixli qaimə-fakturadan görünür ki, müştəri “İdeal” Mebeldən dəyəri 1060 manat olan 6 ədəd stol, 1 ədəd masa almışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli 2(011)-5843/2021 saylı qərardadından görünür ki, ünvan 1 ünvanında yerləşən yataq dəsti (dəyəri 2650 AZN); 1 ədəd masa və 8 ədəd oturacaq dəsti (dəyəri 1310 AZN); soyuducu LG və televizor LG (dəyəri 3298 AZN); tozsoran Samsung (dəyəri 150 AZN); qazan dəsti (dəyəri 100 AZN); ütü masası (dəyəri 100 AZN); 2 ədəd sintefon yastıq və 2 ədəd sintefon yorğan (dəyəri 250 AZN); taxt döşəyi (dəyəri 100 AZN); 20 ədəd dəsmallar (dəyəri 200 AZN); 20 ədəd yastıq, yorğan və döşək üzləri (dəyəri 200 AZN); 20 ədəd çay dəsmalları (dəyəri 100 AZN); 40 qutu qab-qacaq dəstləri (dəyəri 200 AZN); ayaqqabı və paltar dəstləri (dəyəri 500 AZN); 3 ədəd ədyal dəsti (dəyəri 100 AZN); termos (dəyəri 100 AZN); nişan üzüyü (dəyəri 500 AZN) olan əşyaların özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər (alqı-satqı, bağışlama və s.) cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər 10.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan övladları yoxdur, tərəflər arasında nikahın pozulması ilə bağlı mülki iş hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatındadır, İddiaçı hazırda valideynlərinin evində yaşayır, mənzili tərk edərkən onun cehiz əmlakı Cavabdeh məxsus mənzildə qalmışdır və hazırda da Cavabdeh ixtiyarındadır, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, iddiaçıya məxsus cehiz əşyalarının ona qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, şahid ifadələri, əşyaların mənzildə olması barədə cavabdehin etirafları, habelə iş materiallarında olan digər sübutlarla mübahisəli cehiz əmlakın İddiaçı məxsus olması tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməli, İddiaçı məxsus cehiz əşyaları Cavabdeh alınaraq ona qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddia ərizəsində göstərilən İddiaçı məxsus cehiz əşyaları Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus - yataq dəsti və ya dəyəri 2650 AZN; 1 ədəd masa və 8 ədəd oturacaq dəsti və ya dəyəri 1310 AZN; soyuducu LG və televizor LG və ya dəyəri 3298 AZN; tozsoran Samsung və ya dəyəri 150 AZN; qazan dəsti və ya dəyəri 100 AZN; ütü masası və ya dəyəri 100 AZN; 2 ədəd sintefon yastıq və 2 ədəd sintefon yorğan və ya dəyəri 250 AZN; taxt döşəyi və ya dəyəri 100 AZN; 20 ədəd dəsmallar və ya dəyəri 200 AZN; 20 ədəd yastıq, yorğan və döşək üzləri və ya dəyəri 200 AZN; 20 ədəd çay dəsmalları və ya dəyəri 100 AZN; 40 qutu qab-qacaq dəstləri və ya dəyəri 200 AZN; ayaqqabı və paltar dəstləri və ya dəyəri 500 AZN; 3 ədəd ədyal dəsti və ya dəyəri 100 AZN; termos və ya dəyəri 100 AZN Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5843/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5843/2021
17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver