Məhkəmə qərarları › İş №2(011)-6034/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6034/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6034/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İlkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödəniş üsulunun dəyişdirilməsi” barədə ilkin iddiasına və Cavabdehnun İddiaçı qarşı “aliment məbləğindən əlavə valideynin təhsil haqqına cəlb edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları Quluzadə Fəxri və Quluzadə Kənanın saxlanılması üçün 28 noyabr 2023-cü il tarixindən ödənilməli olan 614 manat aliment miqdarının (1.843,36 manatın üçdə bir hissəsi), 2024cü ilin mart ayına kimi ödədiyi təhsil haqqı ilə əvəz edilməsi, X4-də yaranmış 783 manat borcun 2024-cü ilin aprel ayı ilə əvəz olunması və 614 manat məbləğində alimentin 29 may 2024-cü ildən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasova tərəfindən 29 fevral 2024-cü il tarixdə 2(011)-355/2024 mülki iş üzrə qətnamə çıxarılmışdır. Qətnamədə övladları 03 aprel 2015-ci il təvəllüdlü X2 və 01 fevral 2018-ci il təvəllüdlü X1 üçün 28 noyabr 2023-cü il tarixindən yəni iddia ərizəsi məhkəməyə daxil olduğu gündən qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmışdır. Hər iki övladı X4 özəl təhsil kompleksində təhsil alır və hər ay iddiaçı tərəfindən Quluzadə Fəxri üçün 770 manat (son ödənilmə tarixi 05 mart 2024-cü) Quluzadə Kənan üçün isə 340 manat (son ödənilmə tarixi 20 noyabr 2023-cü il) pul ödənilib. İddiaçının ay ərzində aldığı əmək haqqı (18% vergi çıxıldıqdan sonra) 1.843 manat təşkil edir. Alimentin tutulması qərarı 28 noyabr 2023-cü ildən hesablanmışdır, lakin iddiaçı aliment miqdarını yəni aylıq 614 manatdan çox bir məbləği (770 manat) övladı Quluzadə Fəxrinin təhsil haqqını 2024-cü ilin mart ayına kimi ödəmişdir və semestrin bağlanması üçün ABC təhsil kompleksinə 783 manat borcu qalıb. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X3 “Azərbaycan British College” Təhsil Kompleksində aldığı orta təhsilə görə iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısının, yəni 6.119 manat pulun, həmçinin X2 və X3 orada təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı 24 aprel 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(011)-355/2024 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş 03 aprel 2015-ci il təvəllüdlü X5 və 01 fevral 2018-ci il təvəllüdlü X6 analarının yanında saxlanılmışdır. Uşaqlar ananın himayəsindədir. Cavabdeh İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış 01 iyun 2020, 26 iyun 2020, 04 may 2021, 21 aprel 2022, 02 iyun 2023-cü il tarixlərdə müqavilələrə əsasən X5 və 02 iyun 2023-cü tarixli müqaviləyə əsasən isə X6 həmin təhsil kompleksində təhsil alırlar. Cavabdeh İddiaçı 02 iyun 2023-cü tarixli müqavilədə müqavilənin tərəfi kimi iddiaçının adını qeyd etsə də müqaviləni özü tərtib etmiş və iddiaçının əvəzindən imzalamışdır. “Azərbaycan British College” Təhsil Kompleksi ümumi orta təhsil müəssisəsidir. Bundan başqa, tərəflər qarşılıqlı razılıq əsasında, cavabdehin də şəxsi istəyi və arzusu ilə oğlanlarını həmin məktəbə qoymuş, məktəblə müqaviləni cavabdeh şəxsən özü bağlamış, əvvəlki illər üçün təhsil haqqını da ödəmişdir. Hazırda cavabdeh 2023-cü il müqaviləsinə əsəsən həm X2, həm də X3 təhsil haqqları ödəməkdən imtina etdiyinə görə iddiaçı “Azərbaycan British College” Təhsil Kompleksinə 2023-cü il müqaviləsinə görə ödənilməyən 7.239 manat pulu, həmçinin 2024- cü il müqaviləsinə görə avans olaraq 5.000 manat pul ödəmişdir. Həm iddiaçı həm də cavabdeh “Socar” əməkdaşı olduğundan övladlarının təhsil haqqları 50% endirimlə hesablanır. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflərin birgə münasibətlərindən 03 aprel 2015-ci il təvəllüdlü X5 və 01 fevral 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(011)-355/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, uşaqların saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamənin mahiyyətindən görünür ki, alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Hazırkı iş üzrə iddiaçı 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına qədər övladlarından birinin təhsil haqqını ödəməsini nəzərə alaraq qətnamə ilə ondan tutulmuş aliment məbləğinin əvəzləşdirilmiş hesab edilməsi, bununla da həmin hissədə aliment öhdəliyindən azad olunmasını, yəni o dövr üçün yaranmış borcun ondan tələb edilməməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə Cavabdeh birgə nikah dövründə övladlarının ödənişli müəssisədə təhsil almasını birgə qərarlaşdırdıqlarından ödənişin də birgə həyata keçirilməli olduğunu əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin uşaqları “Azərbaycan British College” Təhsil Kompleksində təhsil alırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 107-ci maddəsinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, İddiaçı 28 noyabr 2023-cü ildən alimentin tutulması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı alimenti daha gec ödəməyə başladığını bildirmiş, lakin bu müddətə qədər - 28 noyabr 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına qədər övladlarından X2 təhsil haqqına görə aliment məbləğindən daha artıq məbləğ ödədiyini bildirmişdir. Hazırkı mərhələdə onun 2023-cü ilin noyabr ayından aliment ödəmədiyi üçün borcu yarandığından, əmək haqqından tutulmalı olan aliment məbləğindən daha artıq məbləğlərin tutulduğu və bu məbləğin də yığılmış borcun ödənilməsinə görə olduğu ona məlum olmuşdur. Hazırkı iddianı verərək İddiaçı müvafiq dövrdə ödədiyi vəsaitlərin nəzərə alınaraq 2023-cü ilin noyabr ayından yaranmış aliment borcundan azad olmasını xahiş etmişdir. Məhkəmə istinad olunan iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı deyil. Belə ki, qanunvericilikdə aliment borcundan azad olunması üçün konkret hallar müəyyən edilmişdir. İddiaçının istinad etdiyi hal həmin əsasların dairəsinə daxil olmamaqla onu özünün könüllü olaraq övladının təhsil haqqı üçün ödədiyi vəsaitdir. İddiaçı həmin dövrdə cavabdehlə aralarında məhkəmə mübahisəsi getdiyini və ondan da aliment tələb olunduğunu bildiyi halda, hazırkı dövrdə ödədiyi vəsaitin aliment üçün tələb olunan ödəniş kimi qeydiyyata alınması üçün zəruri tədbirlər görməmiş və ondan heç bir tələb olmadığı halda uşağının təhsil haqqını ödəmişdir. Məhkəmə X2 və X3 “Azərbaycan British College” Təhsil Kompleksində aldığı orta təhsilə görə iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısının, yəni 6.119 manat pulun, həmçinin X2 və X3 orada təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında təhsil pulsuzdur. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Qeyd olunanlar məhkəmədən belə qənaətə gəlməyə əsas verir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq Cavabdeh öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq İddiaçı tələb edilə bilməz. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar