Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6077/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iş vaxtını itirməyə görə, prosessual qanunvericiliklə verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə məbləğin və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “iş vaxtını itirməyə görə, prosessual qanunvericiliklə verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə məbləğin və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, uzun müddətdir ki, Cavabdeh özü və əlbir olduğu X16 və X13 ilə birlikdə öyrədilmiş halda ona qarşı müxtəlif məhkəmələrdə əsassız iddialar qaldırmışdır. Həmin işlərə baxılmışdır və bütün iddia tələbləri rədd edilmişdir. Belə ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(011)-188/2018 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X11, X8, Cavabdeh, X5 və X9 qarşı-miras qoyan X1 ona olan əsas borcu 84360 manat və həmin məbləğdən əsassız faydalanmağa görə bank uçot dərəcəsi illik 15% müəyyən olunmaqla 4 ilə hesablanmış faiz borcu 50516 manat, cəmi 134876 manatın vərəsələr X6, X4, Cavabdeh, X2 və X3 müştərək qaydada alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 5292/2018 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(011)-188/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(011)- 2486/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və X5 qarşı mərhum həyat yoldaşı X19 oglu ilə birlikdə, birgə nikah dövründə Bakı şəhəri, Qafqaz küçəsi, 10 saylı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində inşa etdikləri və cavabdeh İddiaçı oglu tərəfindən istifadə olunan 3 yaşayış otaqlı fərdi yaşayış evinə görə çəkilmiş 60.000 manattikinti xərcinin 1/2 hissəsi, 30.000 manat məbləğinin cavabdeh İddiaçı tutulması və ünvan 1 ünvanda inşa etdikləri cavabdeh X12 tərəfindən istifadə olunan 4 yaşayış otaqlı fərdi: yaşayış evinə görə çəkilmiş 70.000 manat tikinti xərcinin cavabdeh X2 1/2 hissəsi, 35.000 manat məbləğinin tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9721/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(011)-2486/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(011)-7098/2019 saylı qətnaməsi ilə iddiaçı X13nın cavabdehlər İddiaçı, X11, X5, X8 və Cavabdeh qarşı - qalıq borc olan 18000 manat pulunun cavabdehlər Cavabdeh və onun mərhum əri X1 vərəsələri İddiaçı, X6, X2 və X4 alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-15017/2019 saylı qətnaməsi ilə iddiaçı X13nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(011)-7098/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2866/2022 saylı qərarı ilə iddiaçı X13nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-15017/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 2866/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, “Apelyasiya instansiya məhkəməsi Cavabdeh iddianı özünəməxsus şəkildə etiraf etməsi ilə bağlı qeyd etmişdir ki, əvvəla, qeyd olunduğu kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdə olan məhkəmə aktları da hazırkı iddianın əsassızlığına dəlalət edən sübut kimi qiymətləndirilir. İkincisi, Cavabdeh iddianı bilərəkdən etiraf edir. Lakin onun iddia tələbini bu formada etiraf etməsi heç də iddianın əsaslı olduğuna dəlalət edə bilməz. Çünki, cavabdehin iddianı etiraf etməsi qanunun tələblərinə uyğun olmalı və hər hansı bir şəxsin, o cümlədən hazırkı iş üzrə cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Lakin Cavabdeh iddianı etiraf etməsinin qanuna zidd olması və cavabdehlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materiallarından açıq-aşkar görünür. Üçüncüsü, apelyasiya baxışı zamanı da iddia tələbinin əsassız olması, iddiaçının hazırkı iddianı irəli sürməklə, Cavabdeh isə iddianı etiraf etməklə hüquqlarından pis niyyətlə sui-istifadə etmələri öz təsdiqini tapır. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddiaçının və Cavabdeh hüquqdan sui-istifadə edərək, digər cavabdehlərə ziyan vurmaq məqsədi ilə bu iddianı irəli sürməsi və iddianı etiraf etməsi təqdim olunan sənədlərlə, o cümlədən işdə olan məhkəmə aktları ilə təsdiq olunur. Belə ki, həmin qətnamələrdən görünür ki, Cavabdeh hazırkı iş üzrə cavabdehlərdən ikisi olan İddiaçı və X5 qarşı mərhum həyat yoldaşı X10 ilə birlikdə, birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evlərinə görə çəkilmiş tikinti xərcinin 1/2 hissəsini tələb etmiş, lakin iddiaları rədd olunmuş, eyni zamanda iddiaçı X7 cavabdehlər İddiaçı, X11, X5, X8 və Cavabdeh qarşı miras qoyan X1 ona olan əsas borcu 84360 manat və həmin məbləğdən əsassız faydalanmağa görə bank uçot dərəcəsi illik 15% müəyyən olunmaqla 4 ilə hesablanmış faiz borcu 50516 manat, cəmi 134876 manatın vərəsələrdən alınaraq ona ödənilməsi tələbi rədd edilmiş, hər iki qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhz bu iddialardan sonra əvvəlcədən düşünülmüş şəkildə planlaşdırılan hazırkı iddia ortaya çıxmış və Cavabdeh bu iddianı da etiraf etməsinə baxmayaraq, haqlı olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Əslində hazırkı iddia təmin edilərdisə bu cavabdehlərin mənafeyinə açıq-aşkar zidd olardı. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd olması məhz bu halla bağlıdır. Dördüncüsü, apelyasiya baxışı zamanı da müəyyən olunur ki, iddiaçının gətirdiyi dəlillər inandırıcı və ağlabatan olmamaqla işin hallarına da uyğun deyildir. Apelyasiya baxışı zamanı nə iddiaçının özü, nə də Cavabdeh məhkəmə iclasına gələrək apelyasiya şikayətində göstərilən dəlilləri təsdiq edəcək hər hansı bir mötəbər dəlil irəli sürməmişlər. Ona görə də, ədalət mühakiməsini həyata keçirən məhkəmə həqiqətə nail olunmasını təmin edərək həm işdə iştirak edən, həm də iştirak etməyən şəxslərin hüquqlarının və qanuni mənafeyinin qorunmasını təmin etməlidir. Bu həm də məhkəmənin dövlət və cəmiyyət qarşısında pozitiv öhdəliyinin icrası ilə bağlı olan bir məsələdir. Beşincisi, qeyd olunduğu kimi iddia tələbində və apelyasiya şikayətində göstərilən dəlillər hazırkı iddianın hüquqdan sui-istifadə edilməklə, məhz digər cavabdehlərə ziyan vurmaq məqsədilə iddiaçının və Cavabdeh birgə mövqedən çıxış edərək irəli sürüldüyünü, açıqaşkar təsdiq edir. Belə ki, onların bilərəkdən bu vasitədən istifadə edərək digər cavabdehlərdən pul əldə edilməsinə nail olmaları əlbəttə ki, onları məmnun etməyə bilməz. Əks halda, heç olmasa bu qətnamədən Cavabdeh da apellyasiya şikayəti verməli idi. Lakin bu cür qətnamənin onu da “qane" etməsi, onların vahid niyyətlə, bilərəkdən, məhz digər cavabdehlərə hüquqdan sui-istifadə edərək ziyan vurmaq, daha doğrusu onlardan pul əldə etmək məqsədilə düşünülmüş şəkildə edilməsinin bariz nümunəsidir”. Bununla əlaqədar yuxarıda qəbul edilmiş qanuni qüvvədə olan məhkəmə aktlarından da görünür ki, Cavabdeh özü və əlbir olduğu X16 və X13 ilə birlikdə öyrədilmiş halda iddiaçıya qarşı müxtəlif məhkəmələrdə əsassız iddialar qaldırmışdır və iddiaçı məcburiyyətdə qalıb vaxt itkisinə məruz qalaraq müxtəlif vaxtlarda məhkəmə iclaslarında dəfələrlə iştirak etmişdir. Cavabdehin iddiaçıya qarşı olan hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir, onun mənəviyyatına zərbə vurmuşdur, nəticədə iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanı 1000 manat həcmində qiymətləndirmişdir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin 08 fevral 2020-ci il tarixli qərarı ilə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ona qarşı verilən iddialarda prosessual qanunvericilikdə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə 4000 manat pulun və dəymiş mənəvi zərərə görə 1000 manat – cəmi 5000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçının atası - mərhum əri X10 ilə 2002-ci ildə Ukraynada tanış olmuş və ailə qurmuşdur. Onun özünə məxsus Ukraynada evi olmuş və həmin evi 10000 dollara satmış və bura gəlmişlər. Burada ərinin köhnə evi olmuş və orada yaşamışlar. Onlar F. Cabbarovun oğluna və qızına ev tikdirmişlər. 2013-cü ildə ərinin uşaqları onu əmlak bölgüsü tələbi ilə məhkəməyə vermiş, məhkəmə onun ərinin xeyrinə qərar çıxarmışdır. Əri 28 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. Əri vəfat edəndən sonra ərinin uşaqları onu evdən çıxarma tələbinə dair məhkəmədə iddia qaldırmışlar. O, özü də mərhum həyat yoldaşı X19 oglu ilə birlikdə birgə nikah dövründə Bakı şəhəri, Qafqaz küçəsi, 10 saylı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində inşa etdikləri və cavabdeh İddiaçı oglu tərəfindən istifadə olunan 3 yaşayış otaqlı fərdi yaşayış evinə görə çəkilmiş 60.000 manat-tikinti xərcinin 1/2 hissəsi, 30.000 manat məbləğinin cavabdeh İddiaçı tutulması və ünvan 1 ünvanda inşa etdikləri cavabdeh X12 tərəfindən istifadə olunan 4 yaşayış otaqlı fərdi: yaşayış evinə görə çəkilmiş 70.000 manat tikinti xərcinin cavabdeh X2 1/2 hissəsi, 35.000 manat məbləğinin tutulması tələbini qaldırmışdır, lakin iddiası rədd edilmişdir. 7 il məhkəmələrdə olmuşdur. Cavabdeh vurğulamışdır ki, o, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, iddia qaldırmışdır, İddiaçı ilə aralarında müxtəlif müddətlərdə və tələblərlə məhkəmə mübahisələri olmuş və hal-hazıra kimi də mübahisələr davam etməkdədir. Qeyd edilən məhkəmə mübahisələrinin 90%-da iddiaçı qismində İddiaçı çıxış etmişdir. Belə ki, sonuncu dəfə də avqust ayında Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən ona bildiriş göndərilmiş və ona məlum olmuşdur ki, İddiaçı ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır, sonradan özü də əsassız olduğunu bilib iddiasını geri götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 188/2018 saylı 19 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdehlər X11, X8, Cavabdeh, X5 və X9 qarşı-miras qoyan X1 ona olan əsas borcu 84360 manat və həmin məbləğdən əsassız faydalanmağa görə bank uçot dərəcəsi illik 15% müəyyən olunmaqla 4 ilə hesablanmış faiz borcu 50516 manat, cəmi 134876 manatın vərəsələr X6, X4, Cavabdeh, X2 və X3 müştərək qaydada alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5292/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 188/2018 saylı 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2486/2019 saylı 27 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və X5 qarşı mərhum həyat yoldaşı X19 oglu ilə birlikdə birgə nikah dövründə Bakı şəhəri, Qafqaz küçəsi, 10 saylı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində inşa etdikləri və cavabdeh İddiaçı oglu tərəfindən istifadə olunan 3 yaşayış otaqlı fərdi yaşayış evinə görə çəkilmiş 60.000 manat-tikinti xərcinin 1/2 hissəsi, 30.000 manat məbləğinin cavabdeh İddiaçı tutulması və ünvan 1 ünvanda inşa etdikləri cavabdeh X12 tərəfindən istifadə olunan 4 yaşayış otaqlı fərdi: yaşayış evinə görə çəkilmiş 70.000 manat tikinti xərcinin cavabdeh X2 1/2 hissəsi, 35.000 manat məbləğinin tutulması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9721/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2486/2019 saylı 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7098/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X13nın cavabdehlər İddiaçı, X11, X14ma, X17ma və Cavabdeh qarşı - qalıq borc olan 18000 manat pulunun cavabdehlər Cavabdeh və onun mərhum əri X1 vərəsələri İddiaçı, X6, X2 və X4 alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 15017/2019 saylı 13 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X13nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(011)-7098/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2866/2020 saylı 03 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15017/2019 saylı 13 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı ilə aralarında müxtəlif müddətlərdə və tələblərlə məhkəmə mübahisələri olmuş və hal-hazıra kimi də mübahisələr davam etməkdədir. Qeyd edilən məhkəmə mübahisələrinin 90%-da iddiaçı qismində İddiaçı çıxış etmişdir. Bu tələblə ona qarşı iddianın irəli sürülməsi onun İddiaçı qarşı deyil əksinə onun ona qarşı əsassız iddiaların qaldırılmasının və nəticə etibarı ilə ona maddi və mənəvi zərərin vurulmasının bariz nümunəsidir. Lakin İddiaçı sakitləşə bilmədiyinə görə hər bir vasitədən istifadə edərək ona qarşı bu cür əsassız iddiaların qaldırılmasına davam edir. İddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Bununla əlaqədar yuxarıda qəbul edilmiş qanuni qüvvədə olan məhkəmə aktlarından da görünür ki, Cavabdeh özü və əlbir olduğu X16 və X13 ilə birlikdə öyrədilmiş halda ona qarşı müxtəlif məhkəmələrdə əsassız iddialar qaldırmışdır və o məcburiyyətdə qalıb vaxt itkisinə məruz qalaraq müxtəlif vaxtlarda məhkəmə iclaslarında dəfələrlə iştirak etmişdir. Cavabdehin ona qarşı olan hərəkətləri nəticəsində mənəvi zərər də dəymişdir, onun mənəviyyatına zərər də vurmuşdur, nəticədə o mənəvi iztirab və sarsıntı keçirtmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyanı 1000 manat həcmində qiymətləndirir. Bununla əlaqədar olaraq məhkəmədən Cavabdeh ona qarşı verilən iddialarda prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə görə 4000 manat pulun və mənəvi zərərə görə 1000 manat cəmi 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.” İddiaçı öz iddia ərizəsinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 26,27,46 maddələrinə, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı xx.xx.2008-ci il tarixli qərarının 4-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 120 maddələrinə istinad etmişdir. İyun ayının sonlarında İddiaçı ona qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” növbəti əsassız iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İşin (hakim Emin Məmmədli – 2(003)-2802/2023) məhkəmədə hazırlanması mərhələsi xx.xx.2023-cü il tarixə saat 14:45-ə təyin edilmişdir. Hazırlıq iclasından sonra İddiaçı qaldırdığı iddia tələbinin əsassız və perspektivsiz olduğunu görərərək iddiasını geri götürmüş və bu barədə müvafiq qərardad qəbul edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan etiraz ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Cavabdeh göndərilmiş 2(003)-2802/2023 saylı 04 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi 07 sentyabr 2023-cü il tarixə, saat 14:45-ə təyin edilmişdir. İş materiallarında olan etiraz ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1803/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə olunmasına onun tərəfindən (digər borclu X22 ilə birlikdə) yaradılan maneələrin aradan qaldırılması barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixdə verilmiş 10 oktyabr 2019-cu il tarixli 2(007)- 2148/2019 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qeyd edilən torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə olunmasına yaratdığı maneələri davam etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və X15 haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X15 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı atası X10 ilə rəsmi nikahda olmuş, X1 vəfatından sonra onların arasında müxtəlif vaxtlarda məhkəmə mübahisələri olmuş, tərəflərin bir-birlərinə qarşı müxtəlif tələblərdə iddiaları olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özü və əlbir olduğu X16 və X13 ilə birlikdə öyrədilmiş halda ona qarşı müxtəlif məhkəmələrdə əsassız iddialar qaldırmışdır və o, məcburiyyətdə qalıb vaxt itkisinə məruz qalaraq müxtəlif vaxtlarda məhkəmə iclaslarında dəfələrlə iştirak etmişdir. İş materiallarından görünür ki, iddiaçının atası X1 vəfatından sonra tərəflər arasında yaranan mübahisələr əmlak münasibətləri ilə bağlı olmuşdur. İddiaçı Cavabdeh ona qarşı verilən iddialarda prosessual qanunvericilikdə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə 4000 manat pulun ödənilməsini xahiş etsə də, qeyd olunan halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən iddiaçıya 4000 manat maddi ziyan dəyməsi müəyyən edilməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi 4000 manat maddi zərərin vurulması hissəsində əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində də sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “iş vaxtını itirməyə görə, prosessual qanunvericiliklə verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməməsinə görə, onun işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə ardıcıl surətdə, vicdansızcasına maneçilik törətməsinə, prosessual hüquqlarından sui-istifadə etməsinə məbləğin və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6077/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6077/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver