Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6112/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “pul vəsaitinin tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 415,0 manat sığorta ödənişi məbləğinin və 20 manat dövlət rüsumunun, cəmi 435,0 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında 15.06.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Məhəmməd oğlu 14.07.2018-ci il tarixdə “Mercedes Benz 220” markalı **-ZG- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Tbilisi prospektində yolnəqliyyat hadisəsi törətmiş və “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 415,0 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhər BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi 27.07.2018-ci il tarixli 046-30330 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş AR Dövlət Miqrasiya Xidmətinin 16.05.2021-ci il tarixli, 04/1308 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş yol-nəqliyyat hadisəsinə dair arayışda Cavabdeh “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 19.09.2018-ci il tarixli, AS-18/2337 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. 11.08.2021-ci il tarixdə "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini tam həcmdə müdafiə edərək məhkəmədən bu iş üzrə bütün məhkəmə iclaslarına iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, cavabdeh iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.08.2018-ci il tarixli, 4331/18/AA-3357/18 saylı Sığorta aktının surətindən görünür ki, 14.07.2018-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 415 manat müəyyən edilmiş, hesablanmış sığorta ödənişinin məbləği 415,0 manat təşkil edir. İş materiallarında olan 16.07.2018-ci il tarixli Hesablamanın surətindən görünür ki, X4 məxsus “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin cəmi təmir xərcləri 415,0 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanlanan 19.09.2018-ci il tarixli, AS-18/2337 saylı geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 415,0 manat sığorta ödənişini 10 iş günü ərzində ödəməli olduğu, əks təqdirdə ona qarşı məhkəmə qaydasında iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan BO000010900 saylı, 29.08.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 4331/18/AA-3357/18 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 415,0 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 14.07.2018-ci il tarixdə saat 21:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 14.07.2018-ci il tarixində “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 27.07.2018-ci il tarixli arayışın surətindən görünür ki, “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sol yan hissədən zədələnmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, X1 mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı nəqliyyat vasitəsi 15.06.2018-ci il tarixdən 25.06.2019-cu il tarixədək "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. İş materiallarında olan 30.06.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 məxsus “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 1 il müddətinə yəni, 30.06.2018-ci il tarixinədək Cavabdeh etibar edilmişdir. İş materiallarında olan 01.01.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 məxsus “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 11 ay 26 gün müddətinə yəni, 27.12.2018-ci il tarixinədək X4 etibar edilmişdir. İş materiallarında olan 12.07.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 20 manat dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X2 məxsus “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, 14.07.2018-ci il tarixdə Cavabdeh Məhəmməd oğlu “Mercedes Benz 220” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və “Tofaş Şahin” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur, zərər vurulmuş həmin avtomobilin təmir-bərpa xərci 415,0 manat təşkil edir, avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 415 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, həmin vəsait cavabdeh tərəfindən geri ödənilməmişdir, bununla da iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Bununla belə cavabdehin məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi kimi 415,0 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 20 manat Cavabdeh aid edilməli, ondan 20 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan ödənilmiş sığorta məbləği kimi 415 manat və dövlət rüsumunun əvəzi qismində 20 manat, ümumilikdə 435 (dörd yüz otuz beş) manat pul məbləği alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6112/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-6112/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver