Məhkəmə qərarları › İş №2(011)-613/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-613/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-613/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 08.04.2019-cu il tarixli, RBSB-6377 saylı kredit müqaviləsi üzrə əsas borca görə 32293,33 manat, faiz borcuna görə 3275,96 manat, cərimə borcuna görə 327,81 manat olmaqla borcun cəmi məbləğində 35897,1 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə bildirşlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması; tələbin Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsi 0.033 ha və üzərində mülkiyyətində olan mərtəbəliyi 2, ümumi sahəsi 141,2 kv.m., yaşayış sahəsi 86,9 kv.m., yardımçı sahəsi 54,3 kv.m. yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2, Cavabdeh1 08.04.2019-cu il tarixli, RBSB-6377 saylı kredit müqaviləsi üzrə cəmi 35897,1 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən torpaq sahəsi 0.033 ha və üzərində mülkiyyətində olan mərtəbəliyi 2, ümumi sahəsi 141,2 kv.m., yaşayış sahəsi 86,9 kv.m., yardımçı sahəsi 54,3 kv.m. yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən torpaq sahəsi 0.033 ha və üzərində mülkiyyətində olan mərtəbəliyi 2, ümumi sahəsi 141,2 kv.m., yaşayış sahəsi 86,9 kv.m., yardımçı sahəsi 54,3 kv.m. yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.01.2021-ci il tarixdə İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli 2(011)-5824/2020 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 15.01.2021-ci il tarixli 9/5738 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, iddiaçının məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat İddiaçı ASC-yə aid edilməli, iddiaçıdan 145 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar