Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-923/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.07.2020-ci il tarixli YSLMB-6390 saylı kredit müqaviləsi üzrə kreditə görə 3250 manat əsas, faiz borcuna görə 305,71 manat, cərimə borcuna görə 275,19 manat olmaqla, borcun cəmi məbləği 3830,90 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinyət əşyalarına yönəldilməsi, qolbağ-2 ədəd, çəkisi-40,3 qr, əyarı-750; sep-1 ədəd, çəkisi-11,5 qr, əyarı- 750; komplekt-1 ədəd, çəkisi-14,5 qr, əyarı-583; cəmi 66,3 qr., bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 06.07.2020-ci il tarixli, YSLMB-6390 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 3830,90 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 18.01.2021-ci il tarixdə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh 06.07.2020-ci il tarixli YSLMB-6390 saylı kredit müqaviləsi üzrə borcunu tam ödədiyindən ərizənin baxılmamış saxlanması və sənədlərin geri qaytarımasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarıması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə ərizəni iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-923/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-923/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver