Məhkəmə qərarları › İş №2(011)-6152/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6152/2025

15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6152/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi onunla saxlanılmalarına, cavabdehin hər cür gəlirindən xx.xx.2019-cu il X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər uşaq üçün 300 manat ümumilikdə 600 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh - Cavabdeh ilə rəsmi nikahdadır, onların birgə nikahlarından xx.xx.2019-ci il təvəllüdlü X6 və xx.xx.2021-cü il təvəllüdlü X8 adlı övladları vardır. İddiaçı nikahı ləğv olunmadan, azyaşlı övladları X6 və X3 üçün hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tələb etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələblərini qismən müdafiə etmişdir. O, xx.xx.2019-cu il X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 225 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək övladları xx.xx.2019-cu il X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün əmək haqqının yarısını, hər uşağa 200 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materillarında olan xx.xx.2025-ci il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişdirlər. İddiaçı 50 manat mediasiya xərci, 10 manat poç xərci ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(011)-700/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Nərimanov rayon X10 hissəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Nərimanov rayon X10 hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin manqa komandiri vəzifəsində xidmət edir və aylıq əmək haqqısı 872 manat təşkil edir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 225 manat aliment təyin edilməklə, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 (sıfır tam yüzdə əlli altı) misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X8 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti müvəqqəti təminat tədbiri ilə tutulan müvəqqəti aliment məbləğləri nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Müvəqqəti aliment məbləğləri nəzərə alınmaqla, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 (sıfır tam yüzdə əlli altı) misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 xx.xx.2025xx.xx.2025-ci il tarixlərində saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar