Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6171/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində az yaşlı uşağın olmasını, özünün rayonda kirayədə yaşamasını, müəyyən banglara kredit borcunun olmasını və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş alimentin iki hissəyə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2743/2009 saylı 02.12.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 20.11.2005-ci il təvəllüdlü X1 üçün ondan hər ay sabit pul məbləğində 70 manat alimentin tutulması qət edilmişdir. Bu günə kimi vaxtı-vaxtında həmin alimenti ödəmişdir. Lakin, Cavabdeh1 yenidən Xətai Rayon Məhkəməsinə müraciət edərək alimentin artırılması iddiasında olmuş, məhkəmə işin hallarını dəqiqləşdirməmiş, bir sıra qanun pozuntusuna yol verərək, əsassız olaraq iddiaçının xeyrinə, onun maddi prossesual hüquqlarını pozaraq, iki dəfə məhkəmə bildirişinin məhkəmə günü ona çatmasını nəzərə almadan, hər ikisində də teleqramlarla müraciət etməsi nəzərə alınmadan və qarşılıqlı İddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, izahatını dinləmədən qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi barədə 27.10.2020-ci il tarixli 2(011)-5337/2020 saylı yeni qətnamə qəbul etmişdir. Boşandıqdan sonra yenidən ailə qurmuşdur və 14.06.2018-ci il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsini əsas tutaraq indiki həyat yoldaşı Cavabdeh2 da məhkəməyə müraciət edərək ondan 14.06.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmiş və məhkəmə 08.05.2021-cil il tarixli 2(011)-3968/2021 saylı qətnaməsi ilə iddianı təmin edərək hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını qət etmişdir. Hər iki iddianın təmin olunması maddi prossesual hüquqlarını pozduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, hazırda “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında bağlanmış 22.09.2020-ci il tarixli, 13 saylı əmək müqaviləsinə əsasən X8 İstismarı İdarəsinə bir il müddətinə işə təyin olunmuşdur. Yeni işi ilə əlaqədar olaraq bütün gün rayonda olmaq məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyi göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)-5337/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilərək 20.11.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021-cil il tarixli 2(011)-3968/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilərək 14.06.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 22.09.2020-ci il tarixli, 13 saylı əmək müqaviləsinin surətindən görünür ki, Mehdiyev X4 Regional Qaz İstismarı İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqısı 1612 manat təşkil edir. Qeyd etmək lazımdır ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və 12.11.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)- 5337/2020 saylı və 08.05.2021-cil il tarixli 2(011)-3968/2021 saylı qətnamələri ilə təyin edilmiş aliment usaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Ona görə də iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutlar təqdim etmədiyindən və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6171/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6171/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver