Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(011)-6183/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 3 (Badamdar qəsəbəsi), ev 50, mənzil 1043 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərini nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən xx xxxxxx 2020-ci il tarixli FSK3468 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 216 manat olan məişət avadanlığı almışdır. Borclunun müqavilə üzrə kreditora 216 manat borcu qalmışdır. Ona görə də borcludan 216 manat əsas, 20 manat dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli FSK3468 saylı alğı-satqı müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 216 manat dəyərində məişət avadanlığı almışdır. Borclu indiyə qədər heç ödəniş etməmişdir, onun 216 manat borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxxxx 1971-ci ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 42 saylı evin 417 saylı mənzilində qeydiyyatda olan Borclu 216 (iki yüz on altı) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 236 (iki yüz otuz altı) manat pul vəsaiti Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6183/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(011)-6183/2020
21.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver