Məhkəmə qərarları › İş №2(011)-6355/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6355/2020

09.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6355/2020 09.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmək haqqı və digər ödənişlər üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona işlədiyi müddətlərin əmək stajına daxil edilməsi, əmək haqqının əmək müqaviləsi ilə nəzərdə tutulan məbləğdə ödənilməsi və digər ödənişlərin ödənilməsi, evdə olduğu müddətdə ona ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirillməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1500 manat əmək haqqının və digər kəsrlər son haqq-hesab ödənişlərinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixindən, orta aylıq əmək haqqı 400 (dörd yüz) manat olmaqla Taksi xidməti şirkətində xəzinədar vəzifəsində əmək fəaliyyətinə başlamışdır, şirkət tərəfindən ona əmək müqaviləsi təqdim edilməsə də o, öz peşə vəzifələrini yerinə yetirməyə başlamış, çalışdığı müddətdə ona tapşırılan vəzifələri tam yerinə yetirmiş, heç bir nöqsana, qüsura yol verməmiş və əmək məcəlləsinin tələblərinə uyğun olaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmişdir, kadlar şöbəsi tərəfindən onu işə qeydiyyata alarkən X3 qizi adı ilə rəsmiləşdirilmişdir, 2 il 2 ay həmin şirkətdə işləmişdir, bütün dünyada yeni növ koronavirus infeksiyasının yayılmasından sonra cari ilin may ayında Taksi Xidmətinin rəhbəri ona 10 günlük qısa fasilə götürməsini və evdə oturub işə gəlməməsini bildirmişdir, ona on gündən sonra işə çağıralacağı bildirilsə də, bu günə kimi rəhbərlik onu işə çağırmamışdır, həmin müddətdə ona əmək haqqı da ödənilməmiş və işdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmişdir, cari ilin oktyabr ayında o, rəhbərliyə işi ilə bağlı müraciət etdikdə ona ASAN Xidmətlə problemlərinin olduqlarını və bu səbəbdən də onun hələ çağırıla bilməyəcəklərini bildirmişlər, bununla bərabər ona məlum olmuşdur ki, 2018-cİ ilin aprel ayından 2020-ci ilin iyun ayına kimi o, həmin Taksi Xidmətində X2 adı altında işləmiş və onun adı ilə əmək haqqı almışdır, indi isə rəhbərliyin ona dediyinə görə Taksi Xidmətində rəsmi olaraq cari ilin iyun ayından rəsmi işə başlamışdır, yəni işlədiyi 2 il 2 ay onun əmək stajına daxil edilməmişdir, bundan əlavə 2018-ci ilin aprel ayından bu günə kimi ona məzuniyyət hüququndan istifadə etməyə icazə verilməmişdir, 2018-ci ilin aprel ayından hər ay cari ilin fevral ayına kimi əmək fəaliyyətində olduğu müddətdə hər ay 400 manat əmək haqqı ilə çalışmış, həmin müddətdən sonra ona may ayına kimi 200 manat əmək haqqı verilməyə başlanmışdır, işəgötürənin təqdim etdiyi sənədlərdən görünür ki, onun əmək haqqı 250 manatdır və xx.xx.2020-ci il tarixdən işdən azad olunmuşdur, o, işə bərpa olmaq niyyətində deyil, əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirmir, əmək haqqının aşağı salınması barədə ona heç bir məlumat verilməmişdir və ya şirkət-daxili əmr olmamışdır, işdən çıxarılmasına baxmayaraq ona son haqq-hesab, o cümlədən əmək haqqı ödənilməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxsdir, iddiaçı ilə əmək qanunvericiliyinə uyğun olaraq müqavilə bağlamış, bu barədə məlumat elektron məhkəmə portalına da daxil edilmişdir, əmək haqqı 250 manat həddində müəyyən edilməsi barədə tərəflər razılığa gəlmişlər, onlar arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir, işlədiyi dövrdə işçiyə əmək haqqı tam şəkildə ödənilmişdir, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onunla son haqq hesab aparılmış və ona ödənilməli olan bütün ödənişlər həyata keçirilmişdir, qeyd edilənlər məhkəməyə təqdim etdikləri sənədlərlə öz təsdiqini tapır. Sonda Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İX-10 saylı əmrlə İddiaçı ilk 3 ay sınaq müddəti olmaqla kassir vəzifəsinə xx.xx.2020-ci il tarixdən təyin edilmiş, aylıq zəhmət haqqı 250 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh və işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmrə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, X-2 saylı Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, İddiaçı şifahi tələbinə əsasən onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xəzinədar vəzifəsinə qəbul olunmuş, onun aylıq əmək haqqısı 250 manat təşkil edir. İş materiallarında olan mygov.az hökümət portalında çıxarışdan görünür ki, iddiaçı “Yeni *8555 taksi xidməti”-də xəzinədar vəzifəsinə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında qəbul olunmuş, işçinin aylıq əmək haqqı 250 manat təşkil edir. İş materiallarında olan 2020-ci ilin İİİ rübü üçün muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamənin surətindən görünür ki, İddiaçı Rəfail qızının əmək haqqının tərkibinə daxil olmayan gəlirləri 250 manat təşkil edir. İş materiallarında olan 2020-ci ilin aprel, may və iyun ayı üçün hesablanmış əmək haqqı cədvəllərindən görünür ki, kassir vəzifəsində işləyən İddiaçı 250 manat əmək haqqı hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə aylıq əmək haqqının miqdarı 250 manat olmaqla xəzinədar vəzifəsinə işə qəbul olunmuşdur, işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, bu işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirilmişdir, işçinin əmək fəaliyyəti 6 aylıq müddəti əhatə edir. Yuxarıda qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Tərəflər arasındakı mübahisə, əmək müqaviləsinin qüvvədə olduğu müddət dövrü üzrə əmək haqqının, o cümlədən son haqqhesabın ödənilməməsi barədədir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının əmək məzuniyyətindən istifadə etmək hüququnun yaranmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkili Vəkil “cavabdeh tərəfindən iddiaçıya işlədiyi dövr ərzində əmək haqqının tam şəkildə ödənilməsinə dair” dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh işəgötürən olaraq əmək qanunvericliyinə əsasən, əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi vəzifəsi daşıdığından, həmin hallara dair sübutetmə yükü onun üzərindədir. Belə ki, mülki iş üzrə tərəflər öz dəlillərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu dövr ərzində işçiyə əmək haqqının tam həcmdə ödənilməsini təsdiq edən mötəbər sübutlar (ödəniş tapşırığı, işçinin əmək haqqını qəbul etməsi barədə kitabçası, vərəqi, çeki) iş materiallarına əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş “2020-ci ilin aprel, may, iyun ayları üçün işçilərin əmək haqqlarının hesablanmasına dair cədvəllər”ə münasibətdə hesab edir ki, həmin sənədlər ödənişin həyata keçirildiyini deyil, müvafiq aylar üzrə əmək haqqının hesablanmasını təsdiq etdiyindən, bu sənədlər əmək haqqı, o cümlədən son haqq-hesab ödənişlərinin həyata keçirilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə, iddia tələbinin “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 1500 manat əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyindən və bu iddiaçı tərəfindən mübahisələnidirilmədiyindən, əmək haqqının ödənilməli olduğu dövr əmək müqaviləsinin bağlandığı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinin xitam verildiyi xx.xx.2020-ci il tarixədək olan zaman kəsiyini əhatə etməli, ödənilməli olan əmək haqqının miqdarı isə tərəflərin əmək müqaviləsi əsasında razılaşdığı miqdarda aylıq 250 manat olmaqla hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi qismən əsaslı hesab edilməli və işçiyə ödənilməli olan əmək haqqı borcu 6 ay, hər ay üçün 250 manat olmaqla, ümumilikdə 1500 manat həddində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “digər kəsirlər və son haqq hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən son haqq hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr başa düşülür ki, bundan da son haqq-hesab kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi mümkünlüyü işçinin əmək məzuniyyətindən istifadə hüququ ilə bilavasitə bağlıdır. Lakin iddiaçının birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra yaranır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 6 ay ərzində xitam verildiyindən və iddiaçının həmin müddət nəzərə alınmadan birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ məhkəmə tərəfindən müəyyən edilmədiyindən, bu hüquq yaranmamışdır. Məhkəmə, son haqq-hesaba aid edilən digər ödəmələrin mümkünlüyünə münasibətdə isə qeyd edir ki, iddia tələbi bu hissədə sübutetmə yükü ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan hissələrdə əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). xx.xx.1996-cı il tarixli Avropa Sosial Xartiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər işçinin sərbəst seçdiyi iş vasitəsi ilə öz yaşayışı üçün qazanc əldə etmək hüququnu səmərəli qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən isdtifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləğinə dair məlumatlar göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X1 Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə X1 Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında əmək müqaviləsinin bağlandığı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixinədək İddiaçı ödənilməli olan əmək haqqı kimi bir ay üçün 250 manat olmaqla 6 ay üzrə, cəmi 1500 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumunun kimdən tutulmasına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğundan, həmçinin, cavabdeh tərəfindən dövlət rüsumu ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi 500 manatdan çox olan iddialar üzrə 30 manat dövlət rüsumu ödənilməliməli olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat cavabdehdən alınaraq iddiaçıya, 10 manat məbləğində dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əmək haqqı kimi ümumilikdə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar