Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6463/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 20 iyul 2022-ci il tarixdən başlayaraq xeyrinə 03 mart 2022ci il tarixdə anadan olmuş əkiz X1 və 03 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bütün növ qazancından hər bir uşağa 193 manat miqdarında aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd edilən müddəalardan da göründüyü kimi ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, tərəflər nikahlarını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürüb. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində Cavabdeh atalığın müəyyən olunmasını təsdiq etmiş, 15 mart 2022-ci il tarixli, AZ-1№421207 və AZ-1№421208 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) «ailə həyatı» komponentini nəzərdən keçirərkən aydınlaşdırılmalı olan birinci məsələ bu maddədə «ailə» sözünün hansı mənada işlənməsidir. Məhkəmənin bu terminə verdiyi anlayış illər ərzində formalaşıb və Avropa cəmiyyətində bu məsələyə dair zaman-zaman dəyişən baxışları özündə ehtiva edir, adətlər dəyişdikcə bu anlayışda dəyişikliklər davam edə bilər. Məhkəmə özünün presedent hüququnda dəfələrlə qeyd edib ki, 8-ci maddədə yer alan «ailə həyatı» anlayışı: - yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin «ailə həyatı» təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb- yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Rəsmən təsdiqlənmiş ailə münasibətləri ilə yanaşı, faktiki ailə həyatı da Konvensiyaya əsasən tanınır. Conston İrlandiyaya qarşı işdə (Johnston v. İreland) Məhkəmə izah etdi ki, bir-birləri və uşaqları ilə daimi və stabil olaraq birgə yaşayan nikahsız cütlüklərin münasibətləri ailə həyatı sayıla bilər, beləliklə, onların münasibətləri nikaha əsaslanan münasibətlərdən fərqləndirilmir. Eynilə, ailə həyatının mövcudluğu üçün birgə yaşayışın olması zəruri deyil. 8-ci maddənin əhatə etdiyi «ailə həyatı» anlayışı, hətta birgə yaşayış mövcud olmadıqda belə, valideynlə uşağı arasındakı münasibətlərə şamil olunur (sonuncuların qanuni nikahdan doğulub-doğulmamasından asılı olmayaraq) Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ailə münasibətindən irəli gələn mübahisə üzrə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün iddiaçıya Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etməsi tövsiyə olunur. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı – 20 iyul 2022-ci il tarixdən başlayaraq xeyrinə 03 mart 2022ci il tarixdə anadan olmuş əkiz X1 və 03 mart 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bütün növ qazancından hər bir uşağa 193 manat miqdarında aliment tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, mediasiya prosesində iştirakı ilə bağlı tələbə riayət edildikdən sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6463/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6463/2022
30.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver