Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-649/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X1 üçün 2010-cu il oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin gecikdirilməsinə görə 7544,12 manat məbləğində dəbbə pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-649/2023 saylı mülki iş və 2(011)-650/2023 saylı mülki işlər birləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” tələbi barədə 2(011)-650/2023 saylı mülki iş vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Cavabdeh mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqədar olduğundan və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-649/2023 saylı və 2(011)-650/2023 saylı mülki işlər birləşdirilməlidir. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)-649/2023 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan 2(011)-650/2023 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-649/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-649/2023
28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver